Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4202/2020 17.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 77 nömrəli evin 63 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, RX seriyalı ******* nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 77 nömrəli evin 63 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı həmin mənzili xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi X1 57.000 manata satın almışdır. Cavabdeh satıcı X2 etibarnamə verməklə, həmin mənzilin iddiaçıya satılmasına dair Bakı şəhəri 19 saylı Notariat Ofisinə xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş ərizə verməklə öz razılığını vermişdir. Cavabdeh hazırkı vaxta kimi iddiaçının mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehə məxsus hər hansı bir əşya iddianın mənzilində yoxdur. Cavabdehin faktiki yaşadığı ünvan iddiaçıya məlum deyildir. Cavabdehin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məlum olan sonuncu yaşayış yeri üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamağına görə bildirişi onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə “xxxxxxxx” MMC-nin AZ1122 indeksi olan Poçt Şöbəsi tərəfindən bildirişin üzərində müvafiq qeyd yazılmaqla, bildiriş məhkəməyə qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş həqiqi halları, 4Ə-1 nömrəli notariat işində olan və iddia ərizəsinə əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 77 nömrəli evin 63 nömrəli mənzilini xx.xx.2019-cu il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən keçmiş mülkiyyətçi X1 57.000 manata satın almışdır. Cavabdeh həmin mənzilin iddiaçıya satılmasına dair Bakı şəhəri 19 saylı Notariat Ofisinə xx.xx.2018-ci il tarixdə təsdiq edilmiş ərizə verməklə öz razılığını vermişdir (razılıq ərizəsinin Cavabdeh əvəzində onun Bakı şəhəri 39 saylı notariat ofisində xx.xx.2018-ci il tarixdə verdiyi 10722 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X3 imza etmişdir). Cavabdeh hazırkı vaxta kimi iddiaçının mülkiyyətindəki mənzildən qeydiyyatdan çıxmamışdır. Cavabdehin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır və onları sərbəst şəkildə həyata keçirməsinə mane olur. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 77 nömrəli evin 63 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2979 nömrəli reyestr kitabının 278129 nömrəli vərəqində xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bakı 3 saylı “ASAN Xidmət” Mərkəzinin Azərbaycan Respublikası DİN-nin xx.xx.2020-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 77 nömrəli evin 63 nömrəli mənzilində qeydiyyatdadır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən мülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Məhkəmə qeyd edir ki, mənzil mülkiyyət hüququ hazırda iddiaçıya keçdiyinə, cavabdeh mənzilin satılmasına razılıq verdiyinə, cavabdehin qeydiyyatda qalması iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarını pozduğuna görə cavabdehin iddiaçının mülkiyyətindəki mənzilə olan istifadə hüququna xitam verilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 77 nömrəli evin 63 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilsin. Bu qətnamə Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Həsənbəy Zərdabi prospektindəki 77 nömrəli evin 63 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4202/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4202/2020
17.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver