Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4202/2022 14.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımi sənədlərin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımi sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 23 mərtəbəli bir bloklu binanın “B” bloku, 6-cı mərtəbə 17(6-4A) nömrəli, 1 ədəd 4 otaqlı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımi sənədlərin cavabdehlər tərəfindən iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 MMC-nin direktoru X2 arasında bağlanmış 17(6-4A)/2013 saylı, 09 aprel 2013-cü il tarixli müqavilənin 2-ci bəndinə əsasən “İcraçı” ünvan 1 ünvanında yerləşən 23 mərtəbəli bir bloklu binanın “B” bloku, 6-cı mərtəbə 17(6-4A) Nə-li mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 27740 (iyirmi yeddi min yeddi yüz qırx) manat ümumi salış sahəsi 148,18 kv. m. olan 1 ədəd 4 otaqdan ibarət mənzilin mənə təhvil verilməsini öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndində isə “İcraçı” tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini iddiaçıya təhvil verməyini öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri icra etsə də digər tərəflər bu öhdəliyi icra etməmişdir. Belə ki, iddiaçının şirkətə olan borcunu tam ödənilməsinə baxmayaraq, iddiaçının mənzil üzərində hüquqlarım dövlət qeydiyyatına alınmamışdır. Binada tikinti işlərinin artıq 5-6 il bundan əvvəl başa çatmasına, bina sakinlərinin, o cümlədən iddiaçının bir neçə ildir ki, həmin mənzildə yaşamağına baxmayaraq, iddiaçıya yuxarıda qeyd olunan mənzilə dair bu günə qədər mülkiyyət hüququnu təsdiq edən sənədi ala bilməmişdir. Buna səbəb isə cavabdehlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin iddiaçıya verilməməsi olmuşdur. İddiaçı dəfələrlə lazımi sənədlərin ona verilməsi xahişi ilə cavabdehlərə müraciət etsə də onlar müxtəlif bəhanələrlə bundan yayınmışdırlar. Sözügedən binada yerləşən digər mənzillərin payçılarına lazımi sənədlər verilmişdir. Beləliklə, iddiaçının məhkəməyə təqdim etdiyi hüquq müəyyənedici sənədlərdən və işin faktiki hallarından məlum olur ki, onunla cavabdeh arasında müqavilə bağlanmışdır, o müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra etmişdir. Belə ki, o cavabdehlərə müqavilədə nəzərdə tutulmuş pay haqqını tam ödəmişdir. Buna baxmayaraq, cavabdehlər iddiaçıya ünvan 2 ünvanında yerləşən 23 mərtəbəli bir bloklu binanın “B” bloku, 6-cı mərtəbə 17(6-4A) nömrəli, 1 ədəd 4 otaqlı mənzil üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün lazımi sənədləri verməmişlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 17 avqust 2022-ci il tarixdə məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh Gilan” MMC-nin vəkili X1 iddia tələbini qəbul etdiyini bildirmiş və mübahisənin həll edilməsi üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən mübahisənin məhkəmədənkənar həllinə nail olunması üçün məhkəmə hazırlıq iclası 31 avqust 2022-ci il tarixə təxirə salınmış. Həmin məhkəmə hazırlıq iclasında cavabdehlərin nümayəndələri iştirak etməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilmiş, həmçinin “AZEMİS” vasitəsilə mobil telefon nömrəsinə SMS bildirişi göndərilməklə xəbərdar edilmiş edilmiş, lakin cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 (Gilan MMC-nin 13 sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən) və İddiaçı arasında bağlanmış GMPB17(6-4A)/2013 saylı, xx.xx.2013cü il tarixli mənzil tikintisi haqqında müqavilənin 1-ci bəndindən görünür ki, müqavilənin predmeti “İcraçı”nın 13 Sentyabr 2011-ci il tarixli etibarnaməyə əsasən "GİLAN” MMC-nin Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89 - da tikintisini həyata keçirdiyi 23 mərtəbəli yaşayış binasındakı mənzillərdən birinin tərəflərin razılaşdığı qiymətlə bu müqaviləyə əlavə edilən 1 Nömrəli texniki şərtlərə uyğun tikilmiş halda “Sifarişçi”yə satmasından, “Sifarişçi”nin isə aldığı mənzilin dəyərini bu müqaviləyə əlavə edilən 2 Saylı öhdəliyə uyğun “Sifarişçi”nin ödəniş qrafikinə əsasən ödəməsindən ibarətdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “İcraçı”nın “Sifarişçi” ilə tikintisini razılaşdığı yer, Ş.Mehdiyev (Ə.Ələkbərov) küçəsi 89, 23 mərtəbəli, bir bloklu bina. “B” bloku 6-cı mərtəbə. 17 (6-4A) Ns-li mənzilində yerləşməklə razılaşma qiyməti ümumi dəyəri 27740 AZN ümumi satış sahəsi 148.18 m" , 1 ədəd 4 otaqdan ibarət olan mənzil olacaqdır. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən təqdim olunmuş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış binasında “B” bloku, 6-cı mərtəbə ümumi sahəsi 148.18 kv.m olan 17(6-4A) nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə Cavabdeh1 MMC-yə borcu yoxdur. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Mənzil Məcəlləsinin 135.2.4-cü maddəsinin tələbinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 adından etibarnaməyə əsasən Cavabdeh2 ilə bağlanmış GMPB17(6- 4A)/2013 saylı, xx.xx.2013-tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən yaşayış binalarının 23 mərtəbəli bir blok binasında “B” bloku, 6-cı mərtəbə, 17(6-4A) nömrəli ümumi sahəsi 148.18 kv.m mənzilin özəlləşdirilməsi üçün tələb olunan zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh1 üzərinə qoyulmalı, iddia Cavabdeh2nə dair hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il tarixli 17(6-4A) 2013 saylı müqaviləyə əsasən İddiaçı məxsus olan ünvan 5 ünvanında yerləşən 23 mərtəbəli bir bloklu binanın “B” bloku, 6-cı mərtəbə 17(6-4A) nömrəli, 4 otaqlı mənzilinin üzərində iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün tələb olunan zəruri sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh1 üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-4202/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4202/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver