Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4209/2021 01.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədirliyi, X2 oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan LG-GL-F502HMHU (gümüşü) soyuducunun cavabdehdən alınaraq ona qaytarılması, bu mümkün olmadıqda onun dəyəri olaraq 2111,3 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 25 mart 2015-ci il tarixdə qızı X1 ilə nikaha daxil olaraq ailə qurmuş və cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Bir müddət mehriban yaşasalar da, sonradan aralarındakı nikah cavabdehin təqsiri ucbatından məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh qeyd olunan ünvanda yerləşən 3 otaqlı fərdi yaşayış evini genişləndirmək istədiyini bildirmiş və bu məqsədlə ondan borc pul istəmişdir. İddiaçı öz vəsaiti ilə tikinti materialları alaraq həmin ünvanda usta kimi inşaat və təmir işləri aparmışdır. Bir müddət sonra Cavabdeh evlərinə kredit yolu ilə soyuducu almaq istədiyini, lakin ona kredit verilmədiyini bildirmişdir. Sonradan kredit ödənişlərini özü ödəmək şərti ilə sənədləşmənin onun adına rəsmiləşdirilməsini xahiş etmişdir. İddiaçı da ona etiraz etməmişdir. Bundan sonra 05.01.2020-ci il tarixli 20012967 saylı müqavilə əsasında “Kontakt Home”dan kredit yolu ilə soyuducu alaraq ddiaçının adına rəsmiləşdirilmiş və müvafiq ödəniş qrafiki tərtib olunmuşdur. Ödəniş qrafikinə uyğun “Kontakt Home”a 1875,6 manat pul qaytarılmalı idi. Lakin cavabdeh ödənişləri həyata keçirməmiş, onun əvəzindən ödənişləri iddiaçı həyata keçirmişdir. Ödənişlər olunmadığı üçün 235,7 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehin əvəzindən 08.05.2021-ci il tarixə 890 manat ödənilmişdir. Hesab edir ki, soyuducu, yaxud onun dəyəri olan 1875,6 manat pul vəsaiti cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edlmiş "xxxx" MMC-nin 10 avqust 2021-ci il tarixli məktubuna, təhvil-təslim aktına və arayışa əsasən İddiaçı 20012967 saylı 05.01.2020-ci il tarixli alqısatqı müqaviləsi əsasında "xxxx" MMC-dən ümumi dəyəri 1875,60 manat olan LG-GL- F502HMHU soyuducunu almışdır. Həmin soyuducu Cavabdeh tərəfindən 06 yanvar 2020-ci il tarixdə təhvil-təslim aktına imza edilməklə Bakı şəhəri, Yasamal rayon, Ümid Əkbərov 86 ünvanında təhvil alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla iddia ərizəsində göstərilən əşyanın iddiaçıya müqavilə ilə məxsus olduğu, lakin iddiaçı tərəfindən cavabdehə istifadə üçün verildiyi və ödənişlərin də iddiaçı tərəfindən həyata keçirildiyi müəyyən edildiyindən edir ki, iddiaçı haqlı olaraq həmin əmlakın qaytarılması tələbi ilə məhkəməyə müravciət etmişdir. Bundan əlavə məhkəmə soyuducunun iddiaçıya qaytarılmasının mümkünlüyü barədə məhkəmədə məlumat olmadığından, eyni zamanda soyuducunun bir il səkkiz ay ərzində istifadədə olmasını (06 yanvar 2020-ci il tarixdən cavabdehin istifadəsində olmasını) nəzərə alaraq hesab edir ki, iddia əmlakın dəyərinin ödənilməsi hissəsində təmin edilməli və Cavabdeh 1875,6 manat pul tutularaq İddiaçı ödənilməlidir. Cərimə hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən edilmiş gecikmələrə görə məsulyyət daşımadığından iddia bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçının öz təqsiri üzündən, yəni müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi və ödənişləri vaxtında etməməsi nəticəsində ona cərimə hesablanmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən olunurlar. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi üzrə dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 27 manat dövlət rüsumu tutularaq dövlət nəfinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia qismən təmin edilsin. Cavabdeh 1875,6 (bir min səkkiz yüz yetmiş beş manat altmış qəpik) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 27 (iyirmi yeddi) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülsün. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-4209/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4209/2021
01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver