Məhkəmə qərarları › İş №2(004)-4210/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4210/2020

21.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4210/2020 21.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızı Ərizəçi maraqlı şəxslər Dayanıqlı və X1 Agentliyi publik hüquqi şəxs və Maraqlı şəxs2nə qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyən etdi: Ərizəçi maraqlı şəxslər Dayanıqlı və X1 Agentliyi publik hüquqi şəxs və Maraqlı şəxs2nə qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun fəaliyyət qabiliyyəti olmayan şəxs qismində 2001-ci il tarixdən təqaüd almağı üzrə hüququnun təmin olunmsı, eyni zamanda ona qulluğa görə həyat yoldaşına stajın hesablanmaı üçün göstərilən müddətdən onun öhdəsində olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş Maraqlı şəxs2 başçısının xx.xx.2020-ci il tarixli sərəncamına əsasən fəaliyyət qabiliyyəti olmayan xx.xx.1960-cı il təvəllüdlü Ərizəçi arvadı qəyyum təyin edilmişdir. Hazırki ərizə fəaliyyət qabiliyyəti olmayan Ərizəçi tərəfindən imzalanmışdır. Bu halda məhkəmə hesab edir ki, ərizə hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bundan əlavə ərizədə həmin faktın müəyyən edilməsinin hansı sənəd üçün lazım olması və bu sənədin başqa yolla əldə edilə bilməməsi əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci və 268-ci maddələrinə əsasən Qərara aldı: Ərizəçi maraqlı şəxslər Dayanıqlı və X1 Agentliyi publik hüquqi şəxs və Maraqlı şəxs2nə qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar