Məhkəmə qərarları › İş №2(004)-4211/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4211/2022

25.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4211/2022 25.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 1300 (bir min üç yüz) manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təxminən 1 il əvvəl Bakı şəhərində yaşayan dayısı oğlu Vasifin vasitəsi ilə tanış olmuşdur. O, 3-cü qrup əlillik dərəcəsi pensiya alırmış, lakin pensiyası dayandırılmışdır. Ona görə də 3-cü qrup əlillik dərəcə təqaüdünü bərpa etdirmək istəyirmiş və belə bir niyyətinin olduğunu Vasifə də bildirmişdir. Buna görə Vasif də onu özünü «Sevil» kimi təqdim edən, Cavabdeh ilə tanış etmiş və ona köməklik göstərəcəyini bildirmişdir. 2021-ci ilin iyul ayında Cavabdeh ünvan 1 ünvanında yerləşən evində görüşmüşlər. Söhbət zamanı cavabdeh onun pensiyasını bərpa edəcəyinə söz vermiş və bunun müqabilində ona 1300 (bir min üç yüz) manat pul verməli olduğunu bildirmişdir. Ancaq pulun hansı məqsəd üçün lazım olduğunu bildirməmişdir. O cavabdehlə razılaşıb, evində ona 1300 manat pul vermişdir. Cavabdeh yaxın vaxt ərzində təqaüdü düzəldəcəyinə söz verib, Bakı şəhərinə qayıtmışdır. Müəyyən müddətdən sonra müxtəlif vaxtlarda dəfələrlə cavabdehə zəng etmiş, lakin sonuncu müxtəlif bəhanələrlə aldadıb təqaüdünü düzəltməmişdir. O pulunu tələb edəndə isə yenə müxtəlif bəhanələr edib, yalan vədlər verərək pulunu qaytarmaqdan imtina etmişdir. O da Bərdə rayon polis şöbəsinə şikayət ərizəsi verməyə məcbur olmuşdur. Bərdə rayon Polis şöbəsində araşdırma aparılıb, material ərazi aidiyyatı üzrə Bakı şəhər Nizami rayon polis idarəsinə göndərilmişdir. Cavabdeh həm Bərdə rayon polis şöbəsində, həm də Nizami rayon polis idarəsində verdiyi izahatlarında ondan 1300 manat pul aldığını etiraf etmişdir. Nizami rayon polis idarəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək, mülki qaydada məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. İddiaşı İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq əməliyyat olunması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, onun iştirakı olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etmədiyini, qeyd olunan məbləği əlbəəl iddiaçıdan götürüb onun xahişi ilə Xuraman adlı şəxsə çatdırdığını, həmin pul məbləğini öz mənafeyi üçün istifadə etmədiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhəri Nizami RPİ-nln 25-ci PŞnin təhqiqatçısı, polis baş leytenantı Nurlan Talıbovun qərarından müəyyən olunur ki, İddiaçı müraciətinə baxılmış cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, Cavabdeh Bakı şəhəri Nizami RPİ-nln 25-ci PŞ-də verdiyi izahatında bildirmişdir ki, o Pərvanə adlı qadınla təxminən 7 ay əvvəl tanış olmuş, onlar qohumu Vasif adlı şəxs tanış etmişdir. Təxminən 7 ay əwəl Vasif ona zəng edərək qohumu İddiaçınm 3-cü qrup əlil olduğunu və buna görədə təqaüd düzəltdirmək niyyətində olduğunu bildirmişdir, sonradan o tanışı Xuraman adlı qadınla danışmış və Pərvanəyə köməklik etməsini istəmişdir. Xuraman köməklik etməyə razılıq vermiş və bunun müqabilində 1300 manat pul istəmişdir və həmin pulu Bakı şəhərində yaşayan adını bilmədiyi həkimə verəcəyini və sonradan sənəd alacağını bildirmişdir. Sonradan o Bərdə rayonuna getmiş və Pərvanə ilə görüşmüşdür. Pərvanə ona 1300 manat pul vermişdir və o, həmin pulu Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Q.Qarayev metrosu yaxınlığında Xuraman adlı qadına vermişdir və Pərvanəyə köməklik etməsini istəmişdir. Təxminən 2-3 ay sonra Xuraman ona Pərvanənin sənədlərinin hazır olduğunu bildirmişdir və Xuramandan sənədləri götürmüş və İddiaçı vermişdir. Lakin sonradan İddiaçınm sənədlərinin düzgün olmadığı müəyyən edilmişdir. Buna görə də Pərvanə ona vermiş olduğu 1300 manat pulu tələb etmişdir, lakin o həmin pulu Bakı şəhərində yaşayan Xuramana verdiyini demişdir, bundan sonra o Xuramanın onu aldadaraq İddiaçınm pulunu ələ keçirməsi barədə Bakı şəhərində 25-ci polis bölməsinə şikayət etmişdir. Məhkəmə ilk növbədə iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsin əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Belə ki, məhkəmə araşdırması zamanı İddiaçı 3-cü qrup əlillik dərəcə təqaüdünü bərpa etdirmək məqsədilə Cavabdeh manat məbləğində pul vermişdir. Bu hal cavabdehin məhkəmə iclasında, eləcə də Bakı şəhəri Nizami RPİ-nln 25-ci PŞ-də vermiş olduğu izahatında da öz təsdiqini tapmışdır. Bununla əlaqədar məhkəmə belə qənaətə gəlir ki, İddiaçı məxsus 1300 manat məbləğində pul hər hansı hüquqi əsas olmadan Cavabdeh saxlanılmış, bununla da Cavabdeh əssassız varlanmış və cavabdeh tərəfindən hüquqi əsas olmadan iddiaçının hesabına əmlak (pul) əldə etmə kimi qiymətləndirilməlidir. Odur ki, Cavabdeh 1300 (min üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır”. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1300 (min üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar