Məhkəmə qərarları › İş №2(004)-4215/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4215/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4215/2021 31.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7789.43 (yeddi min bir yüz qırx səkkiz manat 65 qəpik) manat məbləğində kredit borcunun - bundan 5394.30 (beş min üç yüz doxsan dörd manat 30 qəpik) manat əsas, 1611.46 (bir min altı yüz on bir manat 46 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 783.67 (yeddi yüz səksən üç manat 67 qəpik) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “VAZ-21214” markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban- 2135689), ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddiaçı "xxxx" ASCnin ona qarşı qaldırdığı iddia tələbinə dair iddiası 3 illik iddia müddəti ötürüldüyündən, iddia müddətini tətbiq edərək iddianın rədd barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında 3 illik iddia müddəti ötürüldüyündən iddia müddətini tətbiq edərək iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2013cü il tarixli 2273 saylı kredit müqaviləsinə əsasən müəyyən olunur ki, bank borcalana 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə, 8500 (səkkiz min beş yüz) manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri Banka qaytamağı üzərinə götürmüşdür. Bu müqavilə borc alanla və ya ipoteka qoyanla bağlanmış 15 iyul 2013-cü il tarixli İpoteka /Girov/ Zaminlik müqaviləsi ilə təmin edilir və kreditin qaytarılmasının təminatı ilə bağlı münasibətlər həmin müqavilə ilə tənzimlənir. Borcalana kredit avtomobilin alınması üçün verilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2013cü il tarixli 2273 №-li ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, həmin müqavilənin predmetini Bankla Cavabdeh arasında bağlanmış 2273 saylı 15 iyul 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə ipoteka müqaviləsinin 2.1-ci bəndində göstərilən mülkiyyət hüququ üzrə “İpoteka qoyana” məxsus olan daşınar əmlakın ipoteka ilə yüklü edilməsi barədə tərəflərin razılığa gəlmələri təşkil edir. İpotekanın predmetini mülkiyyət hüququ üzrə “İpoteka qoyana” məxsus olan VAZ-2121, mühərrik 0009131, buraxılış ili 2013, rəngi Ağ, ban 2135689, minik avtomobili təşkil edir. İş materiallarında olan İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 15 iyul 2013-cü il tarixli, AA№093771 seriya nömrəli çıxarışa əsasən müəyyən olunur ki, ipoteka qoyan şəxs Cavabdeh VAZ21214 minik markalı, 90EZ892 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Deka Bank ASC-yə ipotekaya qoymuşdur. İpoteka haqqında müqavilənin qüvvədə olma müddəti 15 iyul 2013cü ildən 15 iyul 2016-cı ilədəkdir. İş materiallarında olan 04.06.2021-ci il tarixli bildiirşin qeydə alınmasına dair ərizəyə əsasən müəyyən olunur ki, "xxxx" ASC ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin Qeydiyyat və İmtahan Şöbəsinə ərizə ünvanlamışdır. İş materiallarında olan 03 iyun 2019-cu il tarixli bildirişə əsasən müəyyən olunur ki, ididiaçı tərəfindən borcun ödənilməsi barədə cavabehə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 10 iyun 2019-cu il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh 5394,30 manat əsas, 1611,46 manat faiz, 783,67 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 7789,43 manat borcu vardır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2013-cü il tarixli 2273№li kredit müqaviləsi 15.07.2016-ci il tarixdə bitsə də, iddiaçı 10.06.2021-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Yəni iş üzrə pozulmuş hüququn müdafiəsi üçün iddia müddət ötürülmüşdür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia verilməsi üçün müddət ötürüldüyünə görə iddia tələbi təmin edilməməli və iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikasının MM-nin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin 7789.43 (yeddi min bir yüz qırx səkkiz manat 65 qəpik) manat məbləğində kredit borcunun - bundan 5394.30 (beş min üç yüz doxsan dörd manat 30 qəpik) manat əsas, 1611.46 (bir min altı yüz on bir manat 46 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 783.67 (yeddi yüz səksən üç manat 67 qəpik) manat faiz və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka predmeti “VAZ-21214” markalı (Tip:sedan, Buraxılış ili-2013, Ban- 2135689), ** EZ *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar