Məhkəmə qərarları › İş №2(004)-4220/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4220/2023

15.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4220/2023 15.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı X1 Cavabdeh MTK-ya qarşı maraqlı şəxs qismində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək Müəyyən etdim: İddiaçı X3 Cavabdeh MTK-ya qarşı pozulmuş öhdəliyin bərpası, yəni müqavilə üzrə nəzərdə tutulmuş 144.06 kvadrat metr olan 2 (iki) təmirli mənzilin (sahəsi 51 kvadrat metr olan 1 otaqlı və 93.6 kvadrat metr olan 2 otaqlı mənzil olmaqla) iddiaçı X2 təhvil verilməsi və ya cavabdeh tərəfindən təqdim edilmiş (1 otaqlı, sahəsi 44 kvadrat metr, 2 otaqlı sahəsi 77.46 kvadrat metr olmaqla, ümumi sahəsi 121.46 kvadrat metr olan, 2 mənzil) 2 mənzilin sahəsi ilə müqavilə üzrə razılaşdırılmış sahə arasında yaranmış 20.6 kvadrat metr sahə üçün nəzərdə tutulan 32.960 ( otuz iki min doqquz yüz altmış ) manat maddi zərərin və dövlət rüsumu olaraq ödənilmiş pul məbləğinin Cavabdeh MTK-dan tutularaq, iddiaçı X2 ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə... 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün qanunla müəyyən olunmuş 188,88 manat məbləğində dövlət rüsumu ödənilməmişdir. Bundan əlavə təqdim olunan sübutlardan görünür ki, iddiaçı ilə müqavilələr Cavabdeh MMC ilə bağlanmışdır. İddiaçı isə iddianı Cavabdeh MTK-ya qarşı qaldırmışdır. İddiaçı tərəfindən Cavabdeh MTK-nın Cavabdeh MMC-nin hüquqi varisi olmasına dair vergi orqanının arayışı məhkəməyə təqdim edilməmişdir. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddianın verilməsi üçün qanunla nəzərdə tutulmuş dövlət rüsumu ödənilmədiyindən və iddiaçı tərəfindən verilmiş tələbi təsdiq edən sənədlər tam təqdim olunmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 2(004)-4220/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı X1 Cavabdeh MTK-ya qarşı maraqlı şəxs qismində Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cəlb edilməklə müqavilə öhdəliklərinin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:00-da başladı. Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar