Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4221/2023 17.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 və X4 maraqlı şəxslər qismində cəlb etdiyi doğum faktının qeydə alınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 və X4 maraqlı şəxslər qismində cəlb etdiyi doğum faktının qeydə alınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ondan doğulmuş qız övladının doğum faktının müəyyən edilməsi, uşaq bəndində X10, doğum tarixi xx.xx.2005-ci il, doğum yeri “Bakı şəhəri”, ata bəndində X5, milliyyəti - azərbaycanlı, ana bəndində Ərizəçi, milliyyəti - azərbaycanlı yazılaraq doğum haqqında şəhadətnamənin Ərizəçi veilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X8 ilə faktiki nikah münasibətində olmuşdur. Faktiki nikahdan dörd övladı var idi. İki övladı rəhmətə gedib. Övladı Fidanın doğum haqqında şəhadətnaməsi yoxdur. Övladı ev şəraitində doğulub, həkim sənədi yoxdur. X1 ilə doqquz il olar ki, əlaqəsi yoxdur. Hal-hazırda övladına doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ala bilmir. Övladının doğum faktının qeydiyyata alınması üçün Maraqlı şəxs1nə müraciət etmişdir. Qeydiyyat şöbəsi tərəfindən ona doğumun qeydiyyata alına bilməməsi barədə qanunvericiliyin tələbləri izah edilərək xx.xx.2023-cü il tarixdə imtina məktubu verilərək məhkəməyə müraciət etməyini tövsiyə etdilər. İşə məhkəmə iclasında baxılan zaman ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ondan doğulmuş qız övladı Fidan adlı qız övladının xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi, X6 təvəllüdü xx.xx.2005-ci il, doğum yeri Bakı şəhəri, anası qrafasında Ərizəçi, miliyyəti - azərbaycanlı, ata qrafasında Maraqlı şəxs2, miliyyəti - azərbaycanlı qeyd olunmaqla doğum haqqında şəhadətnaməsinin verilməsi Maraqlı şəxs1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uygun izahat verdi və məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxslər Maraqlı şəxs1 nümayəndəsi və X11 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, ərizəçi onun doğma qızıdır. Onun qızı ilə X8 toy edərək ailə həyatı qurmuş, lakin rəsmi nikaha daxil olmamışlar. Onların birgə yaşadıqları dövrdə ilk “Türkan” adlı qız uşağı olmuşdur. Onun 3 yaşı olanda qızı ər evindən onun evinə müvəqqəti yaşamağa gəlmiş və onda bilmişdir ki, artıq ikinci uşağa hamilədir. Onun qızı həmin qız uşağını ev şəraitində onun evində 12-ci Xrebtovı, 34 saylı ünvanda doğmuş və adını Fidan qoymuşlar. O, Ərizəçi “Fidan” adlı qız uşağının xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulması faktını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 bildirdi ki, ərizəçi onun bacısıdır. Onlar atalarının həyətində yaşayır, ataları onların hərəsinə ev vermişdi. X2 ilə toy edərək ailə həyatı qurmuş, lakin rəsmi nikaha daxil olmamışlar. Onların birgə yaşadıqları dövrdə ilk “Türkan” adlı qız uşağı olmuşdur. Bundan 3-4 ay sonra bacısı ər evindən onların həyətinə müvəqqəti yaşamağa gəlmiş və onda bilmişlər ki, o, artıq ikinci uşağa hamilədir. Bacısının ər evi bildirmişdir ki, uşaq oğlan olsa onu saxlayacaqlar, lakin qız olsa qəbul etməyəcəklər. Həmin vaxt həyətlərində iki kirayəçi qalırdı və onlar doğumu qəbul etmişlər. Uşaq 2005-ci ilin aprelin 18 anadan olmuşdur və adını Fidan qoymuşlar. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1ndən Ərizəçi müraciətinə cavab olaraq 20 iyul 2023-cü il tarixli, 316-5/8-1633/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyət aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydə alınması üçün, doğum faktını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi № 103 formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin, Maraqlı şəxs1 aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-сi maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iclasında “Fidan” adlı qız uşağının xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulması, anası Ərizəçi olması faktı işin halları, eləcədə şahid ifadələri ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin ərizəsi bu hissədə təmin edilməli və Ərizəçi “Fidan” adlı qız uşağının xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin X6 təvəllüdü xx.xx.2005-ci il, doğum yeri Bakı şəhəri, anası qrafasında Ərizəçi, miliyyəti - azərbaycanlı, ata qrafasında Maraqlı şəxs2, miliyyəti azərbaycanlı qeyd olunmaqla doğum haqqında şəhadətnaməsinin verilməsi Maraqlı şəxs1nə həvalə edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 53.5-ci maddəsinə əsasən atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. Həmin Məcəllənin 168.2-ci maddəsinə əsasən atalıq müəyyən edilmədiyi halda atanın milliyyəti ananın göstərişi ilə yazılır. Belə ki, məhkəmə hesab edir ki, “Fidan” adlı qız uşağına ata adı və soyadı ananın göstərişi ilə yazılmalı və yeni doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, tərəfin gələcəkdə atalığın mübahisələndirilməsi ilə bağlı iddia qaldırmaq hüququ da vardır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi “Fidan” adlı qız uşağının xx.xx.2005-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. “Fidan” adlı qız uşağına ata adının və soyadının ananın göstərişi ilə yazılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxs1 həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4221/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4221/2023
17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver