Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4223/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər X18, X19, X15, X11, X16, X3, X13 və X12 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X18, X19, X15, X11, X16, X3, X13 və X12 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, mənzil 14-də yerləşən ümumi sahəsi 81.36 kv.m olan 4 otaqdan ibarət mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzil xx xxxx 2013-cü il tarixdə X7 alqı-satqı müqaviləsi əsasında alınmışdır. Mənzil xx xxxx 2013-cı il tarixdən onun adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçmiş və onun tam mülkiyyətindədir. Bu barədə ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Mənzil alındıqdan sonra onun mülkiyyətində olan mənzildə ailə üzvləri olmayan digər şəxslər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh6, Cavabdeh7, X8 və Cavabdeh8 qeydiyyatda qalmışlar. Hesab edir ki, cavabdehlərin qeydiyyatı formal xarakterli olmaqla mülkiyyətçi kimi onun qanunla qorunan hüquqlarını pozmaqdadır. Bundan başqa cavabdehlər həmin mənzildə yaşamır, onlara məxsus hər hansı əşya orada qalmamışdır. Cavabdehlər özünə başqa yaşayış yeri seçmişdir. Hesab edir ki, cavabdehlərin onun mülkiyyətində olan mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.Cavabdehlər qeydiyyatda olduğuna görə onun tərəfindən əlavə xərclər çəkilir, mənzilə dair sənədləşdirmə işlərində maneələr yaşanılır. Belə ki, hər hansı sənədləşmə işlərində cavabdehlərin razılığı alınmalıdır. Hesab edir ki, cavabdehlərin onun mülkiyyətində olan mənzildə qeydiyyatda olması formal xarakter daşıyır və bu hal aradan qalxmalıdır. Cavabdehlərin mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması həmin mənzildən əmlak hüquqlarını yaratmır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh6, Cavabdeh7, X4 və Cavabdeh8 ona tam mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1, 14 nömrəli mənzilinə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsibarədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərəkiddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər X18, X19, X15, X11, X16, X3, X13 və X12 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmişdir. Eyni zamanda cavabdehin faktiki yaşadığı yer məlum olmadığına görə məhkəmə tərəfindən bildiriş cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, “xxxxxx” İKB ASC, İddiaçı və X14 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 20-İP-AİF-1-0-152-13 saylı alqısatqı və ipoteka müqaviləsinə əsasən, satıcı X14 ünvan 1 ünvanında yerləşən 14 saylımənzili alıcı-ipoteka qoyan İddiaçı 82000 manata satmışdır. Həmin mənləğin 32000 manatını alıcı-ipoteka qoyan İddiaçı, qalan 50000 manatını isə kreditor-ipoteka saxlayan “xxxxxx” İKB ASC tərəfindən ödənilmişdir. ünvan 1 ünvanında yerləşən 14 saylımənzilİddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1218 nömrəli reyestr kitabının 110735 nömrəli vərəqində qeydiyyata alınmış və sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Cavabdehlərdən X13, X19, X15 və X3 mənzilin satılmasına və ipotekaya qoyulmasına etiraz etməmiş, məhkəməyə müraciət etmədən mənzili qeyd-şərtsiz tərk edəcəklərini bildirmiş, onların ailə üzvləri olan digər cavabdehlər isə həmin dövrdə azyaşlı olduqlarından onların notarial qaydada ərizləri alınmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.4-cü bəndinə əsasən satıcı bu müqavilə notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətinə ipoteka predmeti üzrə qeydiyyatda olan şəxslərlə birlikdə qeydiyyatdan çıxmağı öhdəsinə götürsə də, cavabdehlər bu günə kimi qeydiyyatdan çıxmamışdır və mənzildən qeydiyyatdan çıxmaqla bağlı öhdəliyi yerinə yetirməmişdir. Cavabdehlərin hal-hazırda harada yaşaması müəyyən deyildir. Məhkəmə sübutları araşdıraraq hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarının itirilməsi barədə iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 203.1-ci maddəsində təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Beləliklə, qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, cavabdehlər X18, X19, X15, X11, X16, X3, X13 və X10 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 2 saylı evin 14 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər X18, X19, X15, X11, X16, X3, X13 və X10 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 2 saylı evin 14 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-4223/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4223/2020
30.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver