Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4242/2024 06.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi ünvan 1 ünvanında yerləşən ona aid olan bir otaqlı mənzildən özünə aid əşyalarla birlikdə çıxarılması və həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2003-cü il tarixli notarial qaydada təsdiq edilmiş yazılı iltizam əsasında ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzili 2300 ABŞ dolları pul vəsaiti müqabilində X6 tam ödəyərək almışdır. Bir müddət özü aldığı otaqda ailəsi ilə qalmış, daha sonra isə otağını kirayə verərək başqa mənzilə çıxmışdır. Son illərdə otağı yararsız halda olduğundan və sair səbəblərdən icarəyə verə bilməmiş və plana düşdüyündən də təmir etdirməmişdir. Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin köçürmə komissiyasıda otağının kvadratını hesablayaraq onun adına yazmışdır. Qonşularda bunu təsdiq edə bilər. Bütün kommunal ödənişləri etmiş, borcu yoxdur və kommunal sayğaclarda öz adınadır. Eyni zamanda da bildirir ki, həmin mübahisə edilən mənzilə də pasport qeydiyyatına düşmüşdür. Lakin o, evinə baxış keçirmək üçün xx.xx.2021-ci ildə sonuncu dəfə gedərkən ona aid olan otağın cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edildiyinin, qapını icazəsiz olaraq qırıb içəri daxil olaraq bir qrup şəxslərlə (makler və s.) tikinti işləri aparıldığının və bacısı X1 aldığı otağın bilmədiyi şəxs tərəfindən qanunsuz zəbt edərək başqa qapı qoyaraq bağlandığının şahidi olmuşdur. Dəfələrlə cavabdehlə əlaqə saxlasa da o, həmin otağın ona məxsus olmasını və təmir edərək satacağını bildirmişdir. Bütün bundan sonra o, dərhal DİN 102 xidmətinə müraciət etmiş, tərəflər çağırılmış, izahatlar alınmış və Yasamal RPİ 27-ci PB-i işin mülki xarakterli olduğunu və məhkəməyə müraciət etməyini bildirmişlər. Bütün bunlar isə onun mülki hüquqlarının pozulması deməkdir. Cavabdehin hazırda bu qanunsuz hərəkətləri və otaqlarından çıxmaması isə həm ona ciddi şəkildə maddi ziyan vurur, həmdə ki, kobud şəkildə hüquqlarının pozulmasına gətirib çıxarır. Bütün bu səbəblərdən də məcbur olaraq cavabdehin ona aid olan otaqdan çıxarılmasını və otağın ona təhvil verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi o faktiki olaraq alqısatqı ilə aldığı mülkiyyətindən məhrum olunmuşdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, Cavabdeh qanunsuz olaraq zəbt etdiyi ünvan 1 ünvanında yerləşən ona aid olan ümumi sahəsi 33 kv.m olan bir otaq və kolidordan ibarət mənzilindən özünə aid əşyalarla birlikdə çıxarılması və həmin mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3754/2021 nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında İddiaçı aid olan ümumi sahəsi 33 kv.m olan bir otaq və kolidordan ibarət mənzilindən özünə aid əşyalarla birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçı X3 təhvil verilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3754/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsinin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3754/2021 nömrəli, xx.xx.2021ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə mübahisəsinin mövcudluğundan, məhkəmə iclaslarından heç bir formada xəbəri olmamışdır. Qeydiyyatda olduğu ünvan 1 ünvanına məhkəmədən onun adına heç bir məktub və ya bildiriş gəlməmişdir. Bu səbəbdən həmin iş üzrə iclaslarda iştirak edə bilməmişdir. Qeyd olunan qiyabi qətnamənin mövcudluğundan bu axınlarda yaşadığı həmin ünvana icra məmuru gələrkən xəbər tutmuşdur. Daha sonra məhkəməyə müraciət edərək qətnamənin surətinin rəsmi qaydada ona verilməsini xahiş etmişdir. Qətnamə ona bu yaxınlarda bir neçə gün əvvəl rəsmi qaydada təqdim edilmişdir. Əlavə olaraq qeyd edir ki,qətnamədə yer alan iddianın xüsusatları tamamilə həqiqətən uzaqdır. Şəxsin iştirakı və izahatı alınmadan belə bir qətnamənin qəbul edilməsini əsaslı və qanuni hesab etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4242/2024 nömrəli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3754/2021 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və mülki mübahisəyə dair iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə İmişli şəhərində anadan olmuş və ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərara əsasən İddiaçı şikayət ərizəsi 27-ci PB-nə müraciət edərək, ona məxsus olan evin Cavabdeh tərəfindən zəbt edildiyini bildirmiş və ərizə əsasında toplanmış materiallar nəzərdən keçirilərkən faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Kamal Əliyevə məxsus notarial qaydada təsdiq edilmiş xx.xx.2003-cu il tarixli iltizama əsasən X2 Reyhan Böyükbəy qızından aldığı 2300 ABŞ dolları məbləği qarşılığında ona məxsus olan Qədirli küçəsi, Vıyezdnoy, ev 14-ü sonuncuya satmışdır. İş materiallarında olan Yasamal rayon MKTB-nin 2011-ci il noyabr tarixli mədaxil qəbzinə əsasən İddiaçı 9-cu keçid, ev 14 üçün kommunal xidmətlərə görə 24 manat ödəniş etmişdir. İş materiallarında olan 276653 nömrəli, ÇCY seriyalı ödəniş qəbzinə əsasən İddiaçı 9-cu keçid, ev 14 üçün 15 manat məbləğində qazdan istifadəyə görə ödəniş etmişdir. İş materiallarında olan 524619 nömrəli, AƏJ seriyalı, xx.xx.2010-cu il tarixli mədaxil qəbzinə əsasən İddiaçı 9-cu keçid, ev 14 üçün məişət tullantıları daşınması üçün 7.20 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan **********80000 nömrəli abunəçi koduna əsasən Yasamal rayonu, 9-cu keçid ünvanında yerləşən mənzilə dair quraşdırılmış sayğac üzrə İddiaçı xx.xx.2015-xx.xx.2015 dövləri ərzində borcu olmamışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 14 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi, 14 saylı fərdi yaşayış evinin yerləşdiyi ərazi torpaqların dövlət ehtiyacları üçün satın alınması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının təsir dairəsinə düşmədiyindən hazırda söküntü mərhələsinə düşmədiyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 64 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən 9-cu Viyezdnoy küçəsi, 14 saylı ünvanda Cavabdeh xx.xx.1998-ci ildən, İddiaçı isə xx.xx.2003-cü il tarixdən qeydiyyatdadırlar. Həmin ünvanın kimə məxsus olması barədə 64 saylı MKİS-də heç bir məlumat yoxdur və əlavə məlumatı Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətindən alınması nəzərdə tutulmuşdur. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsinin və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ünvan 1 ünvanında yerləşən bir otaqlı mənzili xx.xx.2003-ci il tarixdə cavabdehin atası X6 2300 ABŞ dolları pul vəsaiti ödəyərək almışdır. Bu barədə X7 notarial qaydada öz adından yazılı xx.xx.2003-cu il tarixli iltizam yazaraq, İddiaçı aldığı 2300 ABŞ dolları məbləği qarşılığında ona məxsus olan Qədirli küçəsi, Vıyezdnoy, ev 14-ü sonuncuya satdığını bildirmişdir. İddiaçı evi aldığı müddətdən 2014-cü il tarixədək evdə özü və ailəsi ilə birlikdə yaşamış və həmin evə də, pasport qeydiyyatına alınmışlar. Daha sonra iddiaçı ona məxsus evi bir neçə il müddətinə kirayə verərək, başqa yerdə yaşamışdır. 2019-cu il tarixdə mübahisəli evin yerləşdiyi ərazidə söküntü işləri aparıldığından evdə olan kirayəçilər həmin ərazidən çıxıb getmiş və evi kirayə verməyə adam tapılmadığı üçün iddiaçı evin qapılarını bağlamışdır. Keçən müddət ərzində iddiaçı öz evini yoxlamaq məqsədi ilə bir neçə dəfə ora gəlmiş və sonuncu dəfə 2021-ci ilin fevral ayında mənzilinin zəbt edildiyinin və təmir işlərinin aparıldığının şahidi olmuş, bu barədə dərhal olaraq DİN-nin 102 xidmətinə məlumat vermişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərar ilə sözü gedən mənzildə cavabdeh tərəfindən təmir işlərinin aparıldığı müəyyən edilmiş və toplanmış materiallar nəzərdən keçirilərkən faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bugünədək mənzilə dair kommunal xərcləri iddiaçı özü ödəmiş və hazırda da mənzildə yerləşən sayğaclar və qurğular iddiaçının adınadır. Eyni zamanda cavabdeh polis bölməsində verdiyi izahat ilə sözü gedən əmlakı zəbt etdiyi etiraf etmiş və bunun səbəbi kimi həmin əmlakın atasına məxsus olmasını, iddiaçının isə pul qarşılığında atası tərəfindən ora qeydiyyata salınmasını göstərmişdir. Bundan başqa iş materialları ilə mübahisəli əmlakın DƏDRX-də qeydiyyata alınmaması və özbaşına tikili olması da müəyyən edilmişdir. İddiaçı Cavabdeh qanunsuz olaraq zəbt etdiyi ünvan 1 ünvanında yerləşən ona aid olan ümumi sahəsi 33 kv.m olan bir otaq və kolidordan ibarət mənzilindən özünə aid əşyalarla birlikdə çıxarılması və həmin mənzilin ona təhvil verilməsi tələbi il məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3754/2021 nömrəli qiyabi qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh ünvan 1 ünvanında İddiaçı aid olan ümumi sahəsi 33 kv.m olan bir otaq və kolidordan ibarət mənzilindən özünə aid əşyalarla birlikdə çıxarılması və mənzilin boşaldılaraq iddiaçı X3 təhvil verilməsi qət edilmişdir. Cavabdeh məhkəmədən onun adına heç bir məktub və ya bildiriş gəlmədiyini, məhkəmə mübahisəsinin mövcudluğundan, məhkəmə iclaslarından heç bir formada xəbəri olmadığını bildirərək qiyabi qətnamənin ləğvi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-4242/2024 nömrəli qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-3754/2021 nömrəli qiyabi qətnaməsi ləğv edilərək mülki mübahisəyə dair iş üzrə icraatın təzələnmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh yenə məhkəmə iclaslarında iştirak etməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 251-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh gəlmədikdə, işə yenidən baxılarkən çıxarılan məhkəmə qətnaməsi qiyabi qətnamə hesab edilmir. Cavabdehin qiyabi icraat qaydasında bu qətnaməyə yenidən baxılması üçün təkrar ərizə vermək hüququ yoxdur. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında ümumi sahəsi 33 kv.m olan bir otaq və dəhlizdən ibarət mənzildən özünə aid əşyaları ilə birlikdə çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında ümumi sahəsi 33 kv.m olan bir otaq və dəhlizdən ibarət mənzildən özünə aid əşyaları ilə birlikdə çıxarılsın və mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minirİddia təmin edilsin. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-4242/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4242/2024
06.12.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver