Məhkəmə qərarları › İş №2(004)-4246/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4246/2023

01.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4246/2023 01.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1931-ci il təvəllüdlü X4 Azərbaycan Respublikası, Siyəzən rayonunda anadan olması, milliyətinin Azərbaycanlı olması, atasının X2, anasının isə X1 olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası X8 xx.xx.1931-ci il tarixdə Siyəzən rayonunda anadan olmuşdur. O, xx.xx.1990-cı il tarixdə yaşadığı ünvan 1 ünvanında dünyasını dəyişmişdir. Bununla bağlı xx.xx.1991-ci il tarixli “ölüm haqqında şəhadətnamə" verilmişdir. O dünyasını dəyişdikdən sonra onun doğum haqqında şəhadətnaməsini tapmaq mümkün olmamışdır. Hazırda mərhum X4 doğum haqqında şəhadətnaməsinin olmaması zəruri sənədləşmə işlərinin aparılmasını mümkünsüz edir. Bu səbəbdən də onun doğum faktının tanınması zərurəti yaranmışdır. Bu barədə “Asan Xidmət” Mərkəzinə və Maraqlı şəxsnə müraciət edilsə də, ərizəçiyə doğum haqqında şəhadətnamə verilməyərək xx.xx.2023-cü il tarixli, 3-16-5/8- 3379/15 nömrəli məktubla məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasında ərizəçi ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismidə dindirilmiş X11 Ərizəçi onun atasının dayısı oğlu olduğunu, atasının dayısının X8 olduğunu, onun təxminən 10 il əvvəl vəfat etdiyini bildirmişdir. Eyni zamanda şahid göstərmişdir ki, onun nənəsi X3 ilə X8 doğma bacı qardaş olmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Bakı Şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: 26 Bakı Komissarı adına (indiki Səbail rayon) Hərbi Komissarlığı tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş H3 No ******* saylı hərbi biletdən görünür ki, X8 1931-ci il tarixdə Siyəzən rayonunda anadan olmuş, milliyyəti Azərbaycanlıdır. 315007 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1990-cı il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında Oktyabr rayon (indiki Yasamal rayonu) VVAQ Şöbəsi tərəfindən 74 nömrəli qeyd aparılmışdır. AZ No 198707 nömrəli doğum haqqında şəhadətnamədən, görünür ki, X3 xx.xx.1924-cü ildə Sumqayıt şəhərində doğulmuş, atası X2,milliyəti Azərbaycanlı, anası isə X1, milliyəti Azərbaycanlı olmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 3-16-3/8-3379/15 saylı məktubuna əsasən müəyyən olunur ki, X7 doğum akt qeydinin bərpa edilməsi üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin həmin qeydin əvvəllər mövcud olmasını təsdiq edən sənəd qeydiyyat şöbəsinə təqdim edilmədiyindən akt qeydinin bərpa edilməsi mümkün olmamış və X5 doğum akt qeydinin bərpa edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2022-ci il tarixli, DA-00404- 2022 saylı, xx.xx.2022-ci il tarixli, DA-00830-2022 saylı məktublarına əsasən məlum olur ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1932-ci ilə dair Bakı şəhəri, Voroşilov (Səbail), Oktyabr (Yasamal), Dzerjinski (Nərimanov) rayonları üzrə, 1931-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında və 1931-ci ilə dair Xızı rayonu üzrə qismən qəbul olunmuş doğum haqqında qeydiyyat kitablarında X4 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 162.1. Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Maddə 162.2. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1 və 305.1.1-ci maddələrinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, tədqiq olunmuş sübutlarla ərizəçinin atası X4 doğum akt qeydinin məhkəmədən kənar əldə edə bilməməsi, doğum faktının müəyyən edilməsinin ərizəçiyə hüquqi rəsmiləşdirmə işləri ilə əlaqədar lazım olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin atasının doğum faktı, yəni xx.xx.1931-ci il tarixdə Siyəzən rayonunda doğulması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.1931-ci il tarixdə Siyəzən rayonunda anadan olması, milliyətinin Azərbaycanlı olması, atasının X2, anasının isə X1 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar