Məhkəmə qərarları › İş №2(004)-4247/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4247/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4247/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi , Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh X1rşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 KATV1 əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 78 manat məbləğində dəymiş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkənödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 248 manat 40 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh X6 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx xxxxxx 2011-ci il tarixli 0063 K saylı, xx xxxxx 2012-ci il 0741 K saylı, xx xxxx 2012-ci il tarixli 1294 K saylı aktlara əsasən,Yasamal rayonu Talıblı küçəsi ev 5, mənzil 22 ünvanında “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar edilmişdir. İş materiallarında olan İddiaçı MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli arayışına əsasən Yasamal rayonu Talıblı küçəsi ev 5, mənzil 22 ünvanında şəbəkədən ayrıldığı xx xxxxxxxx 2011-ci il tarixdən qanunsuz qoşulma barədə xx xxxx 2012-ci il tarixli 1294 K saylı aktın tərtib olunması tarixinə qədər olan müddət 260 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün müvafiq olaraq 30 qəpik maddi ziyan hesablamaq şərti ilə cəmi 78 manat ziyanın dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan mədaxil qəbzinə əsasən müəyyən edilmişdir ki, “Adalat-A LLC”-yə qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödənilmişdir. İş materiallarında olan 56 saylı MKİS-nin xx.xx.2012-ci il tarixli, 30 nömrəli arayışına əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X4 xx.xx.1972-ci ildən Ə.Əhmədov(Talıblı) küçəsi, ev 5, mənzil 22 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qsmən təmin edilməli, İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 78 manat məbləğində zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 50 manat, iddia ərizəsi verilərkənödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 148 manat 40 qəpik məbləğində pul cavabdeh X2 tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2011-ci il tarixli 0063 K saylı, xx xxxxx 2012-ci il 0741 K saylı, xx xxxx 2012-ci il tarixli 1294 K saylı aktlara əsasən,Yasamal rayonu Talıblı küçəsi ev 5, mənzil 22 ünvanında “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulmanın olduğu məhkəmə tərəfindən müəyyən edilmişdir. Məhkəmə həmçinin iddia tələbi qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat məbləğində xidmət haqqının tutulması hissəsində qeyd edir ki, bu hissədə iddia tələbi qismən təmin edilməli və ağlabatan məbləğdə 50 manat məbləğində xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Vəlı̇yevnadan 78 manat məbləğində zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 50 manat, cəmi 128 manat pul və ödənilmiş 20.40 məbləğində dövlət rüsumu tutularaq "İddiaçı" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar