Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4249/2021 08.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, çalışdığı X3 Agentliyi ilə birgə maliyyələşən layihənin idarə edilməsi qrupunun ləğv olunmadığı və işlərin davam etdiyi nəzərə alınaraq, layihəyə mühəndis vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir Cavabdeh ASCdə X6 X2 Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşən layihənin idarə edilməsi qrupunda mühəndis vəzifəsində fəaliyyət göstərmişdir. Tikintisində iştirak və nəzarət etdiyi bir çox layihələrdə- “Qusar rayonu içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması”, “Quba rayonu Dəvədabanı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması”, “Xızı rayonu, Altıağac qəsəbəsi içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” və “Xaçmaz rayonunun içməli su mənbəyinin inşası” layihələrində işlər uğurla başa çatmışdır. Həmçinin tikintisinə nəzarət etdiyi Xızı rayonu X16 Qurğuları, Altıağac qəsəbəsi X16 Qurğuları və Xaçmaz rayonu X16 Qurğuları layihələrinin inşası işləri davam etdirilməkdədir. Təəssüf ki bilinməyən səbəblərdən (bəlkə də arxa-dayaq olmadığından) sabiq X12 tikintisi başa çatmış layihə idarəetmə qruplarının ləğv olunması ilə əlaqədar verdiyi qərarla, çalışdığı layihəyə aidiyyətı olmasa da ixtisar siyahısına salınmışdır. Cavabdeh baş verən yoxlamalar zamanı Q.Hüseynov vəzifəsindən azad olunandan sonra bu işlərin icrasını İşlər İdarəsi müdiri Möhsün Quliyev davam etdirib. Dövlət başçısının dəfələrlə “cavan kadrlara xüsusi ilə pandemiya dönəmində iş şəraiti yaradın” göstəriş və tapşırıqlarına məhəl qoymayaraq yaşı 70-dən yuxarı olan pensiya müavinəti alan əməkdaşların (tapşırılan vəya öz qohum əqrabası) işdə qalmasına şərait yaratmış ,əvəzində onun kimi cavan kadrların ixtisara düşməsinə və işdən çıxarılmasına səbəb olmuşdur. Başa düşülən hal kimi hansısa yaşı çox olan təcrübəli əməkdaşın işdə saxlanılması mümkün ola bilər, lakin bu digər gənc və perspektivli kadrların işdən uzaqlaşdırılmasına səbəb olmamalıdır. X9 Respublika Komitəsinə yazılan məktubda onu çalışdığı layihədə yox, fəaliyyət göstərməyən X15 (KFW) ilə birgə maliyyələşən layihənin idarə edilməsi qrupunun mühəndisi kimi qeyd etmiş və ixtisara düşməsinə səbəb olmuşdur. Belə böyük bir yalanı isə M.Quliyevin tabeliyində olan kadrlar şöbəsi, texniki səhv olduğunu əsaslandırmağa çalışmışdır. Hərkəsə məlumdur ku, texniki səhv deyilən hal vergül, nöqtə və hərf xətasıyla olur. M.Quliyevlə görüşündə çalışdığı X3 Agentliyi ilə birgə maliyyələşən Layihə İdarə etmə qrupunun ləğv olunmadığını, layihələrin davam etdiyini və işdən azad olunmağının hansı qanuni əsaslarla həyata keçirildiyini bildirdikdə və soruşduqda M.Quliyev tərəfindən artıq gec olduğunu, X7 işinə xitam verildiyini (əmr olmadan qanuna zidd hərəkət edərək, əmri sonradan imzaladıb), 6 təqvim həftəsinin tamamından sonra işə bərpa olunmağın mümkünlüyünü bildirdi (ƏM maddə 75/ç bəndinə uyğun yazılı öhdəlik olmadan). X10 ilə görüşdə hildirildi ki, işə yenidən qayıda bilmək üçün 6 təqvim həftəsinin bitməsiylə əlaqədar qanunvericilikdə hər hansısa maddə yoxdur. Məqsədi 1 ayın tamamından sonra hər hansısa quruma və ya Məhkəməyə şikayət edə bilməyinin qarşısını almaqdı. X13 portalına kadrlar tərəfindən ərizə yazılaraq texniki səhv olduğunu qeyd edərək, 18.05.2021-çi il tarixdən işə elektron bərpanın mümkünlüyü bildirildi və hər cür yardıma hazır olduqlarını qeyd etdilər. 27.05.2021-ci il tarixdə sədr əvəzi Köçərli Həsənova işə bərpa olunması üçün yazdığı ərizəyə də M.Quliyev öz adından şablon məktubla cavab verərək guya ona iş təklif olunduğunu, onun isə təklifi qəbul etmədiyini bildirilmişdir. Bir daha hansı əsasa və qanuna görə işdən ixtasara düşməsini yazdıqda eyni cavabla ərizə cavabsız qaldı.Təklif olunan işə gəldikdə isə 1420 AZN maaş aldığı vəzifənin layihələr bitmədiyi halda hansı əsasla 800 manatlıq işlə əvəzlənməsinə etiraz etmişdir (olunan təklif əmək qanunvericiliyinə tamamən ziddir). Cavabdeh ASC-nin nümayəndəsi X8 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbini əsassız hesab edir. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə əsasən 02.03.2015-ci il tarixdən 12-ci dərəcə ilə Tikilməkdə olan X1 üzrə tikinti departamentinin Beynəlxalq layihələr üzrə tikintiyə texniki nəzarət şöbəsinə mühəndis vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC-nin 01.07.2019-cu il tarixli 186-k №li əmrinə əsasən, İddiaçı Cavabdeh ASC-nin X6 Müdiriyyətinin Layihə İdarəetmə qrupları ilə işin təşkili şöbəsinin X3 Agentliyi ilə birgə maliyyələşdirilən layihənin idarə edilməsi qrupunun texniki nəzarət üzrə mühəndisi ilə bağlanmış əmək müaviləsinə edilmiş dəyişikliyə əsasən 01.07.2019-cu il tarixdən 14-cü dərəcə ilə X6 Müdiriyyətinin Layihə idarəetmə qrupları ilə işin təşkili şöbəsinin X3 Agentliyi ilə birgə maliyyələşdirilən layihənin idarə edilməsi qrupuna mühəndis vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC-nin “ştat cədvəlinə dəyişiklik edilməsi haqqında” 30.03.2021-ci il tarixli, 161 №li əmrinin 1.9-cu bəndinə əsasən, X3 Agentliyi ilə birgə maliyyələşdirilən layihənin idarə edilməsi qrupundan bir vahid 14-cü dərəcəli mühəndis ştatı ləğv edilmişdir. Bundan sonra, Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinə ünvanlanmış “əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında” 07.05.2021-ci il tarixli, 01/1/01-1/1/6770 nömrəli məktuba əsasən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ixtisarına düşdüyünə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən, xəbərdarlıq müddəti bitdikdən sonra onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq ləğv edilməsinə razılıq verilməsi xahiş edilmişdir. Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin “ştat vahidinin ixtisarı ilə bağlı əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında” 08.05.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Bütün bunları nəzərə alaraq, İddiaçı Cavabdeh ASC-nin X6 müdiriyyətinin layihə idarəetmə qrupları ilə işin təşkili şöbəsinin X3 Agentliyi ilə birgə maliyyələşdirilən layihənin idarə edilməsi qrupunun mühəndisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə 18.05.2021-ci il tarixli, 189-K nömrəli əmrlə ləğv edilmişdir. Qeyd etmək istərdi ki, İddiaçı ştatın ixtisara düşməsi ilə əlaqədar peşə təcrübəsinə uyğun “Bakı Sukanal” İdarəsinin Texniki istehsalat şöbəsinin mühəndisi vəzifəsi üzrə müvafiq iş təklif edilsə də, o təklif edilən vəzifədə işləməkdən imtina etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarınıını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə iş materiallarını araşdıraraq, müəyyən etmişdir ki, tərəflər ilə Cavabdeh ASC arasında bağlanmış 02.03.2015-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı 12-ci dərəcə ilə "Cavabdeh" ASC-nin Tikilməkdə Olan X1 üzrə tikinti departamentinin Beynəlxalq layihələr üzrə tikintiyə texniki nəzarət şöbəsinə mühəndis (Qusar rayonu üzrə) vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC-nin 01.07.2019-cu il tarixli 186-k №li əmrinə əsasən, İddiaçı Cavabdeh ASC-nin X6 Müdiriyyətinin Layihə İdarəetmə qrupları ilə işin təşkili şöbəsinin X3 Agentliyi ilə birgə maliyyələşdirilən layihənin idarə edilməsi qrupunun texniki nəzarət üzrə mühəndisi ilə bağlanmış əmək müaviləsinə edilmiş dəyişikliyə əsasən 01.07.2019-cu il tarixdən 14-cü dərəcə ilə X6 Müdiriyyətinin Layihə idarəetmə qrupları ilə işin təşkili şöbəsinin X3 Agentliyi ilə birgə maliyyələşdirilən layihənin idarə edilməsi qrupuna mühəndis vəzifəsinə təyin edilmişdir. Cavabdeh ASC-nin “ştat cədvəlinə dəyişiklik edilməsi haqqında” 30.03.2021-ci il tarixli, 161 №li əmrinin 1.9-cu bəndinə əsasən, X3 Agentliyi ilə birgə maliyyələşdirilən layihənin idarə edilməsi qrupundan bir vahid 14-cü dərəcəli mühəndis ştatı ləğv edilmişdir. Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinə ünvanlanmış “əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında” 07.05.2021-ci il tarixli, 01/1/01-1/1/6770 nömrəli məktuba əsasən İddiaçı tutduğu vəzifə üzrə ştat vahidi ixtisarına düşdüyünə görə xəbərdarlıq müddəti bitdikdən sonra onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə müvafiq olaraq ləğv edilməsinə razılıq verilməsi xahiş edilmişdir. Azərbaycan Su Təsərrüfatı X4 Respublika Komitəsinin “ştat vahidinin ixtisarı ilə bağlı əmək müqaviləsinin ləğv edilməsinə razılıq verilməsi haqqında” 08.05.2021-ci il tarixli məktubuna əsasən, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 18.05.2021-ci il tarixli, 189-K nömrəli əmrlə ləğv edilmişdir. İddiaçı ştatın ixtisara düşməsi ilə əlaqədar peşə təcrübəsinə uyğun “Bakı Sukanal” İdarəsinin Texniki istehsalat şöbəsinin mühəndisi vəzifəsi üzrə müvafiq iş təklif edilmiş, o təklifdən imtina etmişdir. Hazırda iddiaçı qeyd edilən əmri mübahisənləndirərək ləğv edilməsi və işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, ə) bəndinə görə isə bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1 və 2-ci bəndinə görə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsinə görə isə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Qanunvericiliyinə əsasən, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər.Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə ştatın ixtisar edilməsi əsası ilə xitam verilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyəsinin daha yüksəkliyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi Əmək qanunvericiliyi ilə ştatların ixtisarı zamanı işçinin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi hüququ işəgötürənə aid edilmişdir. "Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tədbiqinin məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 dekabr 1993-cü il tarixli, 5 nömrəli Qərarının 14-cü maddəsində qeyd edilir ki, məhkəmələr nəzərdə tutmalıdırlar ki, işçilərin sayı və ya ştatı ixtisar edilərkən, müdiriyyət yaxın peşələr və vəzifələr daxilində işçilərin yerini dəyişdirə (yenidən qruplaşdıra) bilər və vəzifəsi ixtisar olunan daha yüksək ixtisaslı işçini onun razılığı ilə daha aşağı ixtisaslı işçinin vəzifəsinə keçirə bilər və göstərilən əsas üzrə aşağı ixtisasiı işçini həmin vəzifədən azad edə bilər. Əgər müdiriyyət bu hüquqdan istifadə etməmişdirsə, məhkəmə belə yerdəyişmənin (yenidən qruplaşmanın) məqsədəuyğunluğu məsələsini müzakirə etməməlidir". İş materiallarından aydın olur ki, işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən müvafiq qanunvericiliyin tələblərinə tam riayət edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa tələbinə dair” iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4249/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4249/2021
08.07.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver