Məhkəmə qərarları › İş №2(004)-4250/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4250/2024

07.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4250/2024 07.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 doğum tarixinin xx.xx.2021-ci il, doğum yerinin Bakı şəhəri, ananın X5, atanın naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində “Təmiz Dünya” X12 Birliyində (bundan sonra — Sığınacaq) məskunlaşmış X4 doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə zamanı adıçəkilən uşağın X5 ilə Rüstəmov Rəşad adlı şəxsin qeyri-rəsmi nikah münasibətindən dünyaya gəldiyi, Ü.Haqverdiyevə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(103)-19/2024 saylı qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 11 ay 8 gün müddətinə azadlıqdan məhrum edildiyi üçün Nizami Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 17961 nömrəli məktubuna əsasən Sığınacağa yerləşdirildiyi, eləcə də “X13” tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim edilmiş doğum haqqında arayışa əsasən xx.xx.2021-ci il tarixində adıçəkilən xəstəxanada Ü.Haqverdiyevə tərəfindən dünyaya gətirildiyi müəyyən edilmişdir. Adıçəkilən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-cü il tarixli 3-17/2-5075/2024 nömrəli məktubla Maraqlı şəxsnə müraciət olunmuşdur. Maraqlı şəxs Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli 3-16-5/8-09-576/24 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün uşağın doğum faktının müəyyən olunması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə1 ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək, hazırki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)- 19/2024 saylı qərarına əsasən X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 11 ay 8 gün müddətinə azadlıqdan məhrum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Nizami rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, 17961 nömrəli məktubuna əsasən 28 sentyabr 2023-cü il tarixində xx.xx.1986-cı il təvəllüdlü X1 RPİ-nin İŞ-də cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuşdur, X3 övladı xx.xx.2021-ci il təvəllüdlü X4 müvəqqəti olaraq “Təmiz Dünya” X12 Birliyinə yerləşdirilməsinə göstəriş verilməsi xahiş edilmiş və “Təmiz Dünya” X12 Birliyi tərəfindən qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Maraqlı şəxsnə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17/2-5075/2024 nömrəli məktubuna əsasən “Təmiz Dünya” X12 Birliyinə yerləşdirilmiş X4 doğum haqqında şəhadətnaməsinin olmadığının müəyyən edildiyi və doğumun qeydə alınması üçün dəstəyin göstərilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-5/8-09-576/24 nömrəli məktubuna əsasən doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən doğumun qeydiyyata alınmasının imkanları xaricində olduğu, doğum faktının müəyyən olunması üçün aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.3-ci maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 115.1-ci maddəsinə əsasən bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri, məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. 166.1-ci maddəsinə əsasən doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2-ci maddəsinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. 166.2-1-ci maddəsinə əsasən doğum faktının müəyyən edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X4 anası X6 28 sentyabr 2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 11 ay 8 gün müddətinə azadlıqdan məhrum edilmişdir. Belə olan halda, valideyn himayəsindən məhrum olmuş X7 “Təmiz Dünya” X12 Birliyinə yerləşdirilmişdir. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından uşağın doğum faktının müəyyən edilməsi üçün ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məhkəməyə müracət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 doğumunun qeyd edilməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X4 doğum tarixi xx.xx.2021-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında – naməlum, ana qrafasında – X2 məlumatlar göstərilməklə ona doğum haqqında şəhadətnamənin verilməsi qeydiyyat şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X4 doğum tarixi xx.xx.2021-ci il, doğulduğu yer Bakı şəhəri, ata qrafasında – naməlum, ana qrafasında – X5 göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X4 adına göstərilən məlumatlar əsasında doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar