Məhkəmə qərarları › İş №2(004)-426/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-426/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-426/2021 15.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 5.030 manat borcun və vurulmuş maddi zərərə görə 2.000 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələbinə uyğun olaraq iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, iddia ərizəsində vurulmuş maddi ziyanın əvəzi kimi tələb etdiyi 2.000 manat pulun ödənilməsini tələb etmədiyini, yalnız 5.030 manat borcun tutulması baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Cavabdeh qonşu kimi tanımış və aralarında yaxın münasibət olmuşdur. 2014-cü ilin noyabr ayının əvvəllərində cavabdeh onun yanına gələrək, Ramana qəsəbəsində tikdirdiyi evi başa çatdırmaq üçün ona pul lazım olduğunu bildirmiş və ondan borc istəmişdir. Həmin vaxt imkanı olmadığını bildirmişdir. Bu zaman cavabdeh təhkid etmişdir ki, bankdan borc pul götürüb ona versin və cavabdeh onun əvəzindən banka olan borcu ödəyəcəyinə söz vermişdir. Hətta iddiaçı öz pensiya kartını ona vermişdir ki, bu kartda 150 manat pul var, qoy səndə qalsın, hər ay 150 manat pul keçirərsən. O, cavabdehin səmimiyyətinə, yaxın qonşu olduğuna inanıb, 2014-cü il noyabr ayının axırlarında “xxxx” ASC-dən 7.700 ABŞ dolları kredit götürmüş, manat məzənnəsi ilə cavabdehə 3.500 manat pul vermiş, уerdə qalan 2.000 manatı isə özü üçün götürmüşdür. Cavabdehin pul kartı onda olmuş və iki ay ərzində hər ay 150 manatı cavabdehə verdiyi pula görə ödəniş etmişdir. 2015-ci ilin fevral ayıda baş vermiş devalvasiyadan sonra ödəniş dayandırılmışdır, 2015-ci ilin sentyabr ayında bank götürdüyü krediti 1.05 manat məzənnəsi ilə 7.344,00 manat hesablamış, üç illik müqavilə ilə 10.614,51 manat ödəməli idi. Bir qədər keçdikdən sonra cavabdeh ondan xəbərsiz olaraq, ailəsi üçün mobil telefon götürmüş, bağlanmış müqaviləyə əsasən onun pul kartından hər ay 60 manat tutulmağa başlamışdır. O, bu barədə xəbər tutub etiraz etdikdə, cavabdeh bildırmışdir ki, narahat olma kreditin qalan əskikliyini də ödəyəcəkdır. Lakin cavabdeh verdiyi sözə əməl etməmışdır. Heç bir ödəniş etməmışdir. Bank müqaviləsinə əsasən əsas məbləğ qalmaqla əsasən əsas məbləğ qalmaqla, hər gün üçün ödəniş etmədiyimə görə hər gün üçün 10 manat cərimə tutulmağa başlayıb. 2018-ci ilin oktyabr ayında cavabdeh ondan yenidən 250 manat pul istəmişdir. O, da bankın “Bolkartı” vasitəsilə bankamatdan 250 manat çıxarıb cavabdehə vermişdır. Lakin cavabdeh tam ödəniş etməmiş, onun yerinə 30 manat cərimə ödəməli olmuşdur. Sonradan ailəsində baş vermiş ailə-məişət problemləri ilə əlaqədar banka heç bir ödəniş edə bilməmişdir. “xxxx" ASC onu məhkəməyə vermiş və iş üzrə qətnamə çıxarılmışdır. Həmin müddətdə cavabdehi axtarmasına baxmayaraq tapa bilməmişdir. 2019-cu ilin sentyabr ayında “xxxx” onu banka dəvət etmiş və cavabdehlə birgə banka getmişlər. Götürdüyü kredit restrukturasiya ilə 4.277,23 manat hesablanmışdır. Cavabeh yenə heç bir ödəniş etməmişdir. Nəticədə bank faizləri cərimələrin üstünə hesablanmış və 6.402,93 manat təşkil etmişdir. 2020-ci ilin mart ayında məcbur olub, cavabdehin borcu qaytarmadığına görə Yasamal RPİ-nə 29-cu PB-nə ərizə ilə müraciət etmiş və xx.xx.2020 tarixli ***-**** saylı məktubla ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Odur ki, 5.030 manat borcun cavabdehdən tutulub ona ödənilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin Cavabdeh xx.xx.2020-ci il tarixdə poçt vasitəsilə məhkəməyə xx.xx.2020-ci il tarixli ərizə göndərərək, İddiaçı 5.030 (beş min otuz) manat borcu olmasını etiraf etmiş və borcu ödəcəyinə söz vermişdir. Ərizə xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası MPM-in 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin iddianı etiraf etməsinə dair yazılı ərizəsini nəzərdən keçirib, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5.030 manat pul tutularaq İddiaçı ödənilidir, Cavabdeh 30 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 191.3, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5.030 (beş min otuz) manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar