Məhkəmə qərarları › İş №2(004)-4263/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4263/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4263/2021 03.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “icarə haqqı borcunun və dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi, dəymiş zərərin aradan qaldırılması, dəymiş ziyanın əvəzinin ödənilməsi və əmlakın geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə icarəyə verilmiş “Hunday Tucson” markalı **- SB-*** dövlət qeydiyyat nişanlı və “Mersedes E240” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərin geri qaytarılması, 7500 manat icarə haqqı borcunun, avtomobillərin idarə edilməsindən yaranmış müxtəlif qanun pozuntularına görə 470 manat məbləğində cərimələrin, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması və avtomobillərin idarə edilməsindən yaranmış müxtəlif zədələrin cavabdeh tərəfindən təmir edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, iddia tələbinin avtomobillərin təmiri hissəsindən imtina etdiyini göstərmiş, bununla yanaşı cərimə məbləğinin artaraq 630 manat təşkil etdiyi nəzərə alınmaqla, cavabdehə icarəyə verilmiş “Hunday Tucson” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı və “Mersedes E-240” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərin geri qaytarılması, 7500 manat icarə haqqı borcunun, avtomobillərin idarə edilməsindən yaranmış müxtəlif qanun pozuntularına görə 630 manat cərimələrin, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli 2(004)518/2020 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, “Hunday Tucson” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı və “Mercedes E-240” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinin cavabdeh "xxxx" MMC-dən alınaraq İddiaçı qaytarılması, cavabdeh "xxxx" MMC-dən 7.500 manat icarə haqqı borcu, törədilmiş inzibati xətalara görə tətbiq edilmiş 630 manat cərimə və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli 2(004)4263/2021 nömrəli qərardadı ilə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 ərizəsi təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli 2(004)518/2020 nömrəli qiyabi qətnaməsi ləğv edilmiş, işin məhkəmə baxışı 15.07.2021-ci il tarixə saat 11:30-a təyin edilmişdir. Tərəflər məhkəmə iclasına gəlmədiyinə görə işə baxılması 03.08.2021-ci il tarixə saat 11:30-a təxirə salınmış və bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, o, mülkiyyətində olan “Hunday Tucson” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobili 11.05.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ayda 600 manat ödənilməsi şərti ilə, 20.09.2018-ci il tarixli icarə müqaviləsinə əsasən ayda 500 manat ödənilməsi şərti ilə cavabdeh "xxxx" MMC-yə icarəyə vermişdir, avtomobillərinin idarə edilməsinə dair etibarnamələr vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh minik vasitələrinın idarə edilməsini, onların saz vəziyyətdə saxlanılmasını təmin edir, baş verəcək hər hansı qanun pozuntuları ilə bağlı məsuliyyəti və cərimələrin ödənilməsini öz üzərinə götürür. Avtomobilləri tam saz vəziyyətdə cavabdehin əməkdaşı X1 təhvil vermişdir. Şifahi razılaşmaya əsasən hər ayın sonu Firdovsi Şəkərov avtomobillərin icarə haqqını ona çatdırmalı idi. Lakin bütün bu müddət ərzində dəfələrlə şifahi müraciətlərinə baxmayaraq cavabdeh tərəfindən icarə haqqları vaxtında ödənilməmiş, ödənildiyi təqdirdə isə 2 avtomobil üçün ümumilikdə 1100 manat ödəməli olduğu halda, hər dəfə müxtəlif bəhanələr gətirilməklə 500-600 manat ödənişlər edilmiş və ya ödənişlər edilməmişdir. Nəticədə 2019-cu ilin oktyabr ayı üçün cavabdehin 7.500 manat borcu yaranmışdır. Bundan başqa, razılaşmalarına əsasən avtomobillərin idarə edilməsindən yaranmış müxtəlif qanun pozuntularına görə cərimələr cavabdeh tərəfındən ödənilməli olduğu halda, həmin cərimələr də ödənilməmişdir. Bununla əlaqədar olaraq dəfələrlə şifahi qaydada xəbərdarlıq edilmiş, cərimələrin vaxtında ödənilmədiyi təqdirdə üzərinə faizlərin gəlməsi bildirilmişdir. Lakin cavabdeh tərəfindən həmin cərimələr ödənilməmiş, yaranmış cərimə balları da onun sürücülük vəsiqəsinə yazılmışdır. Nəticə olaraq hazırda hər iki avtomobil üçün ümumulikdə 630 manat cərimə müəyyən edilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirmədiyinə görə, o, 18.11.2019-cu ildə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli 2(004)518/2020 nömrəli qiyabi qətnaməsi ilə onun iddiası təmin edilmişdir. Qətnamə 20.02.2020-ci il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra məmuru 21.02.2020-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmiş və könüllü icra üçün borcluya xəbərdarlıq etməklə 10 gün möhlət vermişdir. Bundan sonra cavabdeh "xxxx" MMC-nin rəhbəri X2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli qiyabi qətnaməsini qismən icra edərək, “Hunday Tucson” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı və “Mercedes E-240” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərini ona qaytarmışdır. O, 09.01.2020-ci il tarixli icra sənədi üzrə avtomobillərin cavabdeh "xxxx" MMC tərəfindən ona qaytarıldığına dair 18.03.2020-ci il tarixdə ərizə yaşaraq Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə təqdim etmişdir. Bu səbəbdən hazırda onun avtomobillərin qaytarılmasına dair tələbi yoxdur, iddia tələbinin həcmini azaldır, cavabdeh "xxxx" MMC-dən 11.05.2018-ci il tarixli və 20.09.2018-ci il tarixli icarə müqavilələri üzrə ümumilikdə yaranmış icarə haqqı borcuna görə 7.000 manat, törədilmiş inzibati xətalara görə tətbiq edilmiş 630 manat cərimə və ödədiyi 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.660 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə, həmçinin “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmişdir, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, təqdim edilmiş yazılı sübutlarla mübahisəsiz qaydada təsdiq edilir ki, Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan şöbəsinin 18.12.2019-cu il tarixli 118916-1219 nömrəli arayışına və əlavə olunmuş kompyuter çıxarışlarına əsasən İddiaçı adına 01.05.2018-ci il tarixdə “Hunday Tucson” markalı **-SB-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyata alınmış, 02.05.2018ci il tarixdə həmin avtomobilə dair "xxxx" MMC-nin adına etibarnamə verilmişdir. İddiaçı adına 27.02.2016-cı il tarixdə “Mersedes Benz E-240” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil qeydiyyata alınmış, 17.09.2018-ci il tarixdə həmin avtomobilə dair "xxxx" MMC-nin adına etibarnamə verilmişdir. İcarəyə verən İddiaçı ilə icarəyə götürən "xxxx" MMC-nin qanuni təmsilçisi X3 arasında 11.05.2018-ci il tarixdə bağlanmış daşınar əmlakın icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan “Hunday Tucson” markalı **-SB-*** dövlət nömrə nişanlı avtomobili "xxxx" MMC-yə icarəyə vermişdir. Müqavilənin şərtlərinə görə icarə müqaviləsinin müddəti 3 il, aylıq icarə haqqı 600 manat müəyyən olunmuşdur. Təhvil alınmış avtomobilin saz vəziyyətdə saxlanılmasına, icarə müddətində baş verə biləcək hər hansı qanun pozuntuları və cərimələrin ödənilməsi ilə bağlı məsuliyyət icarəyə götürənin üzərinə düşür. İcarəyə verən İddiaçı ilə icarəyə götürən "xxxx" MMC-nin qanuni təmsilçisi X3 arasında 20.09.2018-ci il tarixdə bağlanmış daşınar əmlakın icarə müqaviləsinə əsasən İddiaçı mülkiyyətində olan “Mersedes Benz E-240” markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobili "xxxx" MMC-yə icarəyə vermişdir. Müqavilənin şərtlərinə görə icarə müqaviləsinin müddəti 3 il, aylıq icarə haqqı 500 manat müəyyən olunmuşdur. Təhvil alınmış avtomobilin saz vəziyyətdə saxlanılmasına, icarə müddətində baş verə biləcək hər hansı qanun pozuntuları və cərimələrin ödənilməsi ilə bağlı məsuliyyət icarəyə götürənin üzərinə düşür. 02.05.2018-ci il tarixli AR-İ № 610567 nömrəli və 17.09.2018-ci il tarixli ƏN-İ № 749759 nömrəli etibarnamələrə əsasən İddiaçı mülkiyyətində olan “Hunday Tucson” markalı **-SB-*** dövlət nömrə nişanlı və “Mersedes Benz E-240” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilləri idarə etməyi "xxxx" MMC-yə etibar etmişdir. İddiaçı 02.11.2019-cu il tarixli ərizələrlə Qusar rayon notariat ofisinə müraciət edərək, “Hunday Tucson” markalı **-SB-*** dövlət nömrə nişanlı və “Mersedes Benz E-240” markalı **-BG- *** dövlət nömrə nişanlı avtomobillərə dair "xxxx" MMC-yə verilmiş etibarnamələrə xitam verilməsini xahiş etmişdir. Ərizələr reyestrdə Sİ-7195 və Sİ-7196 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil olunmuşdur. 21.10.2019-cu il tarixli Aİ-481/2019 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə 31.10.2019-cu il tarixədək avtomobillərin qaytarılması, icarə borcunun və dəymiş zərərin ödənilməsi barədə xəbərdarlıq etmiş, əks təqdirdə müvafiq tələblə məhkəməyə müraciət olunacağını bildirmişdir. Cavabdeh "xxxx" MMC-nin rəhbəri X2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09.01.2020ci il tarixli qiyabi qətnaməsini qismən icra edərək, “Hunday Tucson” markalı **-SB-*** dövlət qeydiyyat nişanlı və “Mercedes E-240” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərini İddiaçı qaytarmışdır.Bu səbəbdən İddiaçı iddia tələbinin həcmini azaldaraq, yalnız cavabdeh "xxxx" MMC-dən 11.05.2018-ci il tarixli və 20.09.2018-ci il tarixli icarə müqavilələri üzrə ümumilikdə yaranmış icarə haqqı borcuna görə 7.000 manat, törədilmiş inzibati xətalara görə tətbiq edilmiş 630 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.660 manat pul tutularaq ona ödənilməsini tələb edir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Mülki Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Cavabdeh "xxxx" MMC-nin 11.05.2018-ci və 20.09.2018-ci il tarixli icarə müqavilələri üzrə İddiaçı ümumilikdə 7.000 manat icarə haqqı borcu yaranmış, törədilmiş inzibati xətalara görə tətbiq edilmiş 630 manat cərimə borcu yaranmışdır, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh yaranmış icarə haqqı borcunu ödəməkdən imtina edir. Mülki Müqavilənin 685.2, 685.2.1 və 685.2.2-ci maddələrinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə və ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 11.05.2018-ci il tarixli və 20.09.2018-ci il tarixli icarə müqavilələri üzrə ümumilikdə yaranmış icarə haqqı borcuna görə 7.000 manat, törədilmiş inzibati xətalara görə tətbiq edilmiş 630 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.660 manat pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 11.05.2018-ci il tarixli və 20.09.2018-ci il tarixli icarə müqavilələri üzrə ümumilikdə yaranmış icarə haqqı borcuna görə 7.000 manat, törədilmiş inzibati xətalara görə tətbiq edilmiş 630 manat cərimə və 30 manat dövlət rüsumu olmaqla, cəmi 7.660 (yeddi min altı yüz altmış) manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar