Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4268/2025 03.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2, Cavabdeh1 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız edilməsi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız edilməsi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, 3 saylı Bakı ASAN хidmət mərkəziпdə Notariat Ofisinin xiisusi notariusu tərəfiпdən təsdiq edilmiş Bakı şəhəri, Yasamal rауоnu, Behbud Şaxtaxtinski küçəsi, ev 5N saylı fərdi yaşayış evinin alqı-satqısına dair Cavabdeh1 ilə Вədəlov Nurlan Azər oğlu arasında xx.xx.2025-ci il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqısına dair" müqavilənin etibarsız hesab еdilməsinə, аdıçəkilən daşınmaz əmlaka dair Вədəlov Nurlan Аzər oğlunun adına daşınmaz əmlakın dövlət rеуеstrində aparılmış xx.xx.2025-ci il tarixli qeydiyyat yazısının (müvafiq çıxarışın) ləğv edilməsinə, iddiaçıların ünvan 1 ünvanında yerləşən yaşayış еvinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisində anadan olmaqla, həmin mənzildə yaşamışdır. Ailə qurduqdan sonra da həyat yoldaşı həmin mənzilə gəlin köçüb. Həmçinin övladları da həmin evdə anadan olmuşdur. Oğlu-hazırkı iş üzrə iddiaçılardan biri olan İddiaçı2 da xx.xx.2003-cü il tarixdə həmin mənzildə anadan olmuşdur. 2018-ci ilin may ayınadək həmin mənzildə yaşamışlar. 2018-ci ilin may ayında Cavabdeh1 tərəfindən zorla həmin mənzildən çıxarılmışlar. 2018-ci ildən yəni mənzildən zorla çıxarılmalarından az müddət sonra o - İddiaçı1 müvəqqəti olaraq xarici ölkəyə -Polşaya getmişdir. Qeyd etdiyi kimi xarici ölkəyə müvəqqəti olaraq getdiyindən, bir müddət sonra Azərbaycan Respublikasına qayıdacaqdır. Azərbaycan Respublikasına qayıdacağı təqdirdə, istifadə hüququnun mövcud olduğu ünvan 2 ünvanında “B” tikilisində yaşamağı düşünmüşdür. Oğlu İddiaçı2 da xaricdə təhsil alır. Lakin o da təhsilini başa çatdırıb, qeyd olunan mənzildə yaşamaq niyyətindədir. Hazırkı mülki iş üzrə cavabdeh A.H. Hacıyev tərəfindən həmin mənzildən zorla çıxarılanadək biz həmin mənzildə yaşamışlar və həmin mənzildən istifadə hüquqları mövcuddur. Hər ikisinin qeydiyyatda olduqları və istifadə hüququ mövcud olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin “B” tikilisinin 1/2 hissəsi hazırki mülki iş üzrə Cavabdeh1 məxsusdur. İstifadə hüquqları mövcud olduğu halda, Cavabdeh1 mülkiyyətində olan va onların istifadə hüququ mövcud olduğu ünvan 2 ünvanında уеrləşən fərdi уаşayış evini "В" tikilisinin 1/2 hissэsina dair xx.xx.2024-cii il tаriхdə yeni çıxarış almıç və həmin çıxarışda ünvan ünvan 3n sonra cavabdeh А.В.Hacıyev mülkiyyətində olan fərdi yaşayış evini 17 mart 2025-ci il tarixli alqı-satqı miiqavilasinə əsasən cavabdeh Вədəlov Nurlan Аzər оğlunа satmışdır. Lakin qeyd olunan alqt-satqı miiqaviləsi bağalanarkən onların razılığı alınmamış və qanunvericliyin tələbləri pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir və onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, ünvan 4 ünvandan yerləşən mənzili Cavabdeh1 almışdır. Yaşayış evi hazırda onun mülkiyyətindədir. Həmin evlə bağlı alqı-satqı müqaviləsi bağlanarkən mənzildə heç kəs qeydiyyatda olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili Vəkil2 izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, ev 5 ünvanda yerləşən yaşayış evinin B tikilisi ½ hissədə Cavabdeh1, ½ hissədə isə X1 adına qeydə alınmışdır. Daha sonra Cavabdeh1 və X1 mülkiyyət hüquqları ayrılıqda qeydə alınmaqla, Cavabdeh1 mülkiyyətində olan payı 5N kimi adlandırılmış və onun hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçılar cavabdehin oğlu və nəvəsidir. Onlar 2018-ci il tarixdə cavabdeh tərəfindən mənzillə təmin olunmuş və mübahisəli mənzildən getmişlər. Uzun müddət həmin mənzildə yaşamamış, mənzil sahəsinə ehtiyacları olmamışdır. Mənzil Cavabdeh2 satılmış və onun hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırda iddia əsassız hesab edilməklə rədd edilməlidir. Məhkəmə iclasında şahid qismidə dindirilmiş X4 izahatında bildirmişdir ki, iddiaçıların onun oğlu və nəvəsidir. O, keçmiş həyat yoldaşı Cavabdeh1 ilə boşanmış və bir müddət həmin mənzildə yaşamamışdır. Məhkəmə qərarı ilə əmlak üzərində paylar müəyyən edildikdən sonra yenidən həmin mənzildə yaşamışdır. Oğlu Samir də əvvəl atası ilə yaşamış, sonra isə Polşaya getmiş, Bakı şəhəri, Yasamal rayonu, Behbud Şaxtatinski küçəsi, ev 5 ünvanda yerləşən yaşayış evində yaşamamışlar. Cavabdeh1 özünə məxsus yaşayış evini başqa şəxsə satmışdır, hazırda həmin ünvanda digər şəxslər yaşamaqdadır. Məhkəmə prosesdə iştirak edən tərəflərin nümayəndə və vəkillərinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli, **********8 qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Şaxtatinski küçəsi, ev 5 ünvanda yerləşən mənzil X2 adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi barəsində alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmetini təşkil edən Bakı şəhəri, Yasamal rayonu, B.Şaxtatinski küçəsi, ev 5 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlcə A və B tikilisi olmaqla paylı mülkiyyətdə olmuş, məhkəmə qərarı əsasında əmlak üzərində Cavabdeh1 və X2 adına B tikilisi üzərində hər birinin ½ payı müəyyən edilmişdir. İddiaçılar həmin mənzildə yaşamış, 2018-ci ildən həmin mənzili tərk etməklə Polşa Respublikasına köçmüşlər. Daha sonra, Cavabdeh1 ½ hissədə payı ünvan 5 olmaqla mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdeh özünə məxsus əmlakı alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satmaqla özgəninkiləşdirmişdir. Hazırda iddiaçılar həmin mənzil üzərində istifadə hüquqlarının mövcudluğuna əsaslanmaqla alqı-satqı müqaviləsinin etibarsızlığını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəfin tələbinin əsası kimi istinad etdiyi dəlilə münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 tərəfindən oğlu və nəvəsinə ayrı mənzil almaqla yaşayış üçün şərait yaradılmışdır. İddiaçılar cavabdehə məxsus mənzildən köçüb getməklə başqa yaşayış yeri seçmiş, beləliklə mənzilə dair hər hansı hüquqları mövcud olmamışdır. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla, iş materialları ilə də təsdiq olunur ki, iddiaçının mübahisələndirdiyi ünvan 5 saylı fərdi yaşayış evi məhz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2025-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Cavabdeh2 adına qeydiyyata alınmıdır. Göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır. İddiaçılar mənzil üzərində istifadə hüquqlarının mövcudluğuna əsaslanmaqla alqısatqı müqaviləsinin etibarsızlığını tələb etsə də, iddiaçı tərəfindən aktiv sübutetmə prosessual fəaliyyət təmin edilməmiş, iddia tələbinin dəlilləri əsaslandırılmamış, hətta tələb üzrə faktiki münasibətlər barədə də məhkəməyə sənəd, sübut və ya materiallar təqdim edilməmişdir. İstifadə hüqunun mövcudluğu ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıların mübahisəli mənzildən öz iradələri ziddinə qovulması halı ilə bağlı faktları təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, İddiaçı2 (satıcı) ilə Cavabdeh2 (alıcı) arasında bağlanılmış xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, müqavilənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Nəzərə almaq lazımdır ki, hazırda qüvvədə olan Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Sözügedən prezumpsiya (prinsip) bütün dövrlərdə (münasibətlərin yarandığı dövrü də götürsək) qüvvədə olmuşdur. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Göründüyü kimi, qanunvercilik əldə edənin vicdanlılığı prezumpsiyasını müəyyən etmişdir. Bu prezumpsiyaya görə əldə edən onun vicdanlı sahib olması sübut edilənədək vicdanlı sahib hesab olunur. Vicdanlı sahib o şəxsdir ki, bu şəxs əmlakı onun özgəninkiləşdirməyə hüququ olmayan şəxsdən əldə etməsini bilmir və ya bunu bilməli olmağa borclu deyildir. O, halda əldə edən vicdanlı sahib sayıla bilməz ki, əgər dəyəri ödənilməklə aparılan alqı-satqı anında mübahisəli əmlaka üçüncü şəxslərin iddiaları ona məlum olmuş olsun və bu iddialar sonradan qanuni sayılsın. Qanunun tələbinə görə əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakın geri qaytarılması formasında nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülərsə və bu cür mübahisəyə baxılan məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilərsə bu halda Mülki Məcəllənin 337.5-ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyrimüəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. Müqavilənin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi mənzilə köçürülmə hissəsində də iddiaçıların istifadə hüququ müəyyən edilmədiyindən təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız edilməsi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız edilməsi, daşınmaz əmlaka dair çıxarışın ləğv edilməsi və fərdi yaşayış evinə köçürülmə” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-4268/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4268/2025
03.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver