Məhkəmə qərarları › İş №2(004)-427/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-427/2022

13.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-427/2022 13.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X46 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Mədən Şirkətinə (X12 Company Limited) və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsindən istifadəyə görə onillik kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Beynəlxalq Mədən Şirkətinə (X12 Company Limited) və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədəbəy Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsindən istifadəyə görə onillik kompensasiya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ictimai ehtiyaclar üçün İddiaçı (təsərrüfat başçısı) müsadirə olunmuş 43,5613 sot əkin təyinatlı torpaq sahəsinin onillik istifadəsi üçün hər sotuna görə cavabdeh tərəfindən ona 267,75 ABŞ dollarından hesablanmaqla, ümumilikdə 11663,54 ABŞ dolları (on bir min altı yüz altmış üç ABŞ dolları 54 sent), milli valyuta ilə 19828,02 manat (on doqquz min səkkiz yüz iyirmi səkkiz manat 02 qəpik) məbləğində kompensasiyanın və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 149,48 manat (bir yüz qırx doqquz manat 48 qəpik) vəsaitin ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək İddiaçı ictimai ehtiyaclar üçün İddiaçı (təsərrüfat başçısı) müsadirə olunmuş 43,5613 sot əkin təyinatlı torpaq sahəsinin onillik istifadəsi üçün hər sotuna görə cavabdeh tərəfindən ona 294,18 ABŞ dollarından hesablanmaqla, ümumilikdə 12814,65 ABŞ dolları (on iki min səkkiz yüz on dörd ABŞ dolları 65 sent), milli valyuta ilə 21784,90 manat (iyirmi bir min yeddi yüz səksən dörd manat 90 qəpik) məbləğində kompensasiyanın və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 149,48 (bir yüz qırx doqquz manat, qırx səkkiz qəpik) vəsaitin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbini tamamilə qəbul etmirlər. Hesab edirlər ki, iddia tələbi aşağıda qeyd olunan faktlara və hallara görə tamamilə əsassızdır. İlk növbədə qeyd edirlər ki, iddiaçının iddia tələbi aşağıdakı kimidir: “İctimai ehtiyaclar üçün İddiaçı (təsərrüfat başçısı) müsadirə olunmuş 43,5613 sot əkin təyinatlı torpaq sahəsinin onillik istifadəsi üçün hər sotuna görə cavabdeh tərəfindən ona 267,75 ABŞ dollarından hesablanmaqla, ümumilikdə 11663,54 ABŞ dolları (on bir min latı yüz altmış üç ABŞ dolları 54 sent), milli valyuta ilə 19828,02 manat (on doqquz min səkkiz yüz iyirmi səkkiz manat 02 qəpik) məbləğində kompensasiyanın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 149.48 manat vəsaitin ona ödənilmsəinə dair qətnamə qəbul edəsiniz”. İddiaçı iddia ərizəsinin ilk abzasında göstərmişdir ki, “cavabdeh 2007-ci il tarixindən Gədəbəy rayonu, Arıxdam kəndində mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan və ailə üzvlərinin də paylara malik olduğu kənd təsərrüfatlı torpaq sahəsini (43,5613 sot ərazini əhatə edən əkin və 80 sot ərazini əhatə edən biçənək hissədən ibarət) əlvan metal və qızıl yataqlarının istismarı və həmin metalların çıxarılması məqsədilə müsadirə etmişdir. Lakin torpaq sahəsi əvəzinə ona və ailə üzvlərinə eyni ölçüdə və uyğun keyfiyyətli torpaq sahəsi verilməsi və ya tam olaraq kompensasiya ödənilməsini təmin etməmişdir”. İddiaçının bu dəlilinə münasibət bildirərək məhkəmənin nəzərinə çatdırlar ki, iddiaçının nəzərdə tutduğu 43,5613 sot torpaq sahəsinə dair hal-hazırda nə onun, nə də hüquqi varisi olduğu atası X47 mülkiyyət hüquqları yoxdur. Belə ki, preyudisial əhəmiyyət daşıyan Gədəbəy rayon Məhkəməsinin 11.10.2007-ci il tarixli, 2(041)-179/2007 saylı qətnaməsi ilə, (43,5613 sot əkin və 80 sot biçənək hissəsi olmaqla cəmi 1.24 ha) torpaq sahəsinin iddiaçının (hüquqi varisin) atası X58 və onun ailə üzvvlərinə məxsus olmasını təsdiq edən Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.12.2007-ci il tarixli, 04 saylı qərarı əsasında verilmiş JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ləğv edilmiş, həmin dövlət aktı əsasında verilmiş torpaq sahəsi dövlətin mülkiyyətinə qaytarılmış, bağlanan sazişə əsasən "xxxx" Şirkətinin istifadəsinə verilmiş, eyni zamanda cavabdehlər də daxil olmaqla, dövlət aktları ləğv edilmiş 150 nəfər kənd sakininə eyni ölçüdə başqa sahədən torpaq sahəsinin ayrılması qət edilmişdir. Yəni həmin qətnamədə mübahisəli torpaq sahəsinin dövlətin müstəsna mülkiyyətinə aid olması öz təsdiqini tapmışdır. Buna baxmayaraq, həmin torpaq sahəsi Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.12.2007-ci il tarixli, 04 saylı və Gədəbəy rayon Arıqdam Bələdiyyəsinin 16.11.2007-ci il tarixli, 04 saylı qərarları ilə yenidən X58 verilmiş, bu barədə X47 adına A seriyalı 135897, 135898 və 135899 saylı "‘Torpaq sahəsinin planı və ölçüsü” hazırlanmışdır. Bundan sonra, "xxxx" Şirkəti tərəfindən məhkəmədə iddia qaldırılmış, Gədəbəy rayon Məhkəməsinin 05.07.2012-ci il tarixli, 2(041)-832/2012 saylı qətnaməsi ilə. Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10.12.2007-ci il tarixli, 04 saylı və Gədəbəy rayon Arıqdam Bələdiyyəsinin 16.11.2007-ci il tarixli, 04 saylı qərarlarının X58 və digər cavabdehlərə aid hissədə etibarsız hesab edilməsi, X58 verilmiş A seriyalı 135897, 135898 və 135899 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsi, X47 hüquqi varisi İddiaçı həmin torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin "xxxx" Şirkətinin istifadəsinə verilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 30.11.2012-ci il tarixli, 2( 104)-1251 /2012 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Gədəbəy rayon Məhkəməsinin 05.07.2012-ci il tarixli, 2(041)- 832/2012 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra qanııni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Şirkətin istifadəsinə verilmiş həmin torpaq sahələri üzərində cavabdehlərin heç bir mülkiyyət hüquqlarının qalmadığı halda, həmin torpaq sahələrindən çıxarılmış cavabdehlərə, o cümlədən X47 hüquqi varisi olan İddiaçı "xxxx" Şirkəti xoş məramla kompensasiya vermək niyyətini ifadə etmiş, İddiaçı isə kompensasiya almaq arzusunu bildirmişdir, bu məqsədlə "xxxx" Şirkəti ilə İddiaçı arasında 29 sentyabr 2012-ci il tarixli Razılaşma imzalanmış, həmin Razılaşmaya əsasən, İddiaçı 43,5613 sot əkin torpağı üçün 6056 manat məbləğində birdəfəlik kompensasiya ödənilmişdir. Hansı ki, Şirkət həmin torpaq sahəsinə görə İddiaçı kompensasiya ödəmək öhdəliyi daşımırdı. Belə ki, həmin 43,5613 sot torpaq sahəsinə dair cavabdeh X47 adına olan bütün hüquqi sənədlər məhkəmə qətnaməsi ilə ləğv edilmiş və onun həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin dövlətlə bağlanmış Sazişə əsasən Şirkətin istifadəsinə verilməsi qət edilmişdir. Eyni zamanda həmin kompensasiya dövrü xarakter daşımırdı, qanunla şirkətin torpaq sahəsindən istifadə etməsinə görə vətəndaşa kompensasiya ödəmək öhdəliyinin olması anlamına gəlmirdi və yalnız "xxxx" Şirkətinin belə bir öhdəlik daşımadan xoş məramla kompensasiya vermək niyyətini ifadə edirdi. Həmçinin, qeyd etməyi zəruri sayırıq ki, cavabdehlərə dövlət tərəfindən başqa ərazidən torpaq sahələrinin ayrılıb-ayrılmamasına görə Şirkət qarşısında heç bir öhdəlik qoyulmamış, eləcə də məhkəmə qətnaməsi ilə dövlətin mülkiyyətinə verilmiş torpaq sahələri üçün cavabdehlərə kompensasiya ödənilməsi barədə Şirkət üzərinə heç bir vəzifə qoyulmamışdır. Eyni zamanda qeyd edirik ki, iddiaçının hazırki mübahisə üzrə kompensasiya almaq hüququ olmadığından iddia ərizəsində kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd etdiyi məlumatlar da iddianın müsbət həlli üçün heç bir əhəmiyyət daşımır. Qeyd olunanlara əsasən hesab edirik ki, İddiaçı "xxxx" Şirkətindən hal-hazırda məhkəmə qətnamələri dövlət mülkiyyətinə keçirilmiş və Azərbaycan Respublikası ilə bağlanmış Saziş əsasında Şirkətin qanuni istifdaəsində olan. Gədəbəy rayonu, Arıqdam kəndində yerləşən 43,5613 sot əkin torpaq sahəsi üçün kompensasiya tələb etməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə olan halda, iddia tamamilə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X70 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə heç bir mülkiyyət hüququ yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-118 nömrəli dövlət aktından görünür ki, Gədəbəy Rayonu Aqrar İslahat Komissiyasının 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə 1,24 hektar torpaq sahəsi Gədəbəy Rayonu Arıqdam kənd sakini X58 və onun ailə üzvləri X27, X48, X49, X21, X28, X4 təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmişdir. İş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 2(041)-832/12 saylı 05.07.2012-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunur ki, "xxxx" Şirkətinin müraciəti əsasında Gədəbəy Rayon AİK-ı 2007-ci ildə bir sıra Arıxdam sakinlərinin, o cümlədən cavabdehlərin adına verilmiş Dövlət Aktlarının ləğv olunması barədə məhkəmədə iddia qaldırmış və Gədəbəy Rayon Məhkəməsinin 11 oktyabr 2007-ci il tarixli 2(041)-179/2007 saylı qətnaməsi ilə cavabdehlərin adına verilmiş, müvafiq olaraq JN-0085, JN-0090, JN- 0092, JN-0096, JN-0097, JN-0098, JN-101, JN-102, JN-103, JN-106, JN-113, JN-114, JN-115, JN-116, JN-118, JN-119, JN-121 və JN-129 saylı Dövlət aktları ləğv olunmuş, həmin Dövlət aktları əsasında kənd sakinlərinin xüsusi mülkiyyətinə verilmiş, ümumilikdə 8,53 ha əkin və 44,98 ha biçənək sahəsi Dövlət mülkiyyətinə qaytarılıb, bağlanan Sazişə əsaəsn Azərbaycan Beynəlxalq Mədən Şirkətinin istifadəsinə verilmiş, eyni zamanda cavabdehlər də daxil olmaqla, dövlət aktları ləğv olunmuş 150 nəfər kənd sakininə eyni ölçüdə başqa sahədən torpaq sahəsinin ayrılması qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(041)-832/12 saylı 05.07.2012-ci il tarixli qətnaməsi ilə “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələkli) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının "xxxx" Dövlət Şirkəti ilə R.V.İnvestment Group Services, LLC USA arasında bağlanmış 20 avqust 1997-ci il tarixli saziş və onun əlavələrindən görünür ki, Arıxdam kəndinin torpaqları da daxil olmaqla, Gədəbəy rayonunun ərazisində mədən-filiz əməliyyatlarının aparılması üçün "xxxx" Şirkətinin müvəqqəti istifadəsinə 30.000 ha torpaq sahəsi verilmişdir. Lakin Gədəbəy rayonu Arıxdam kəndində torpaq islahatı aparılarkən Gədəbəy Rayon Aqrar İslahat Komissiyası tərəfindən həmin torpaqların kontrakt sahəsinə aid edilməsi nəzərə alınmamış, nəticədə RAİK-in 15 yanvar 2001-ci il tarixli 02 saylı qərarı ilə bu torpaqlar pay torpağı kimi kənd sakinlərinə verilmişdir. Həmin qətnamə ilə Gədəbəy rayonu Arıqdam Bələdiyyəsinin 16 noyabr 2007ci il tarixli 04 saylı və Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 2007-ci il tarixli 04 saylı qərarlarının X50, X59, X5, X60, X29, X13, X30, X31, X36, X51, X37, X61, X52, X65, X66, X38, X39 və X71 aid hissədə etibarsı hesab edilməsi, X40 verilmiş A seriyalı 135873 saylı, X53 verilmiş A seriyalı 135872 saylı, X3 verilmiş A seriyalı 135878 saylı, X54 verilmiş A seriyalı 135832 saylı, X14 verilmiş A seriyalı 135883 saylı, X7 verilmiş A seriyalı 135884 saylı, X15 verilmiş A seriyalı 135887 saylı, X16 verilmiş A seriyalı 135883 saylı, X32 verilmiş A seriyalı 135889 saylı, X33 verilmiş A seriyalı 135890 saylı, X22 verilmiş A seriyalı 135892 saylı, X55 verilmiş A seriyalı 135894 saylı, X41 verilmiş A seriyalı 135895 saylı, X62 yerilmiş A seriyalı 135896 saylı, X63 verilmiş A seriyalı 135897, 135898 və 135899 saylı, X23 verilmiş A seriyalı 135900 saylı, X24 verilmiş A seriyalı 135914 saylı, X71 verilmiş A seriyalı 135918 saylı «Torpaq sahəsinin planı və ölçüsü»nün ləğv oluması, X8, X42, X1, X43, X25, X26, X17, X34, X56, X18, X19, X67 qeyd olunan torpaq sahələrindən, eləcə də X9 hüquq varisi X2, X6 hüquq varisi X44, X45 hüquq varisi X10, X57 hüquq varisi İddiaçı və X20 həm öz adına olan, həm də hüquq varisi olduğu anası X11 adına olan torpaq sahələrindən çıxarılaraq, bu sahələr "xxxx" Şirkətinin istifadəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 30.11.2012-ci il tarixli 2(104)-1251/2012 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, Gədəbəy Rayon Məhkəməsinin 2(041)-832/12 saylı 05.07.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti (şirkət) ilə İddiaçı (şəxs) arasında bağlanmış 29.09.2012-ci il tarixli razılaşmadan görünür ki, Gədəbəy Rayon Məhkəməsinin 05 iyul 2012-ci il tarixli, 2(041)-832/12 saylı qətnaməsi və 2(041)-832/12 saylı 09 avqust 2012-ci il tarixli Əlavə Qətnaməsi ilə İddiaçı X47 hüquqi varisi kimi tanınmışdır. Şirkət tərəfindən mübahisləi torpaq sahəsi ilə bağlı məhkəməyə iddia verilmiş və Gədəbəy Rayon Məhkəməsinin 05 iyul 2012-ci il tarixli, 2(041)-832/12 saylı qətnaməsi və 2(041)-832/12 saylı 09 avqust 2012-ci il tarixli Əlavə Qətnaməsi ilə iddiası təmin edilmişdir. Şəxs və onun ailə üzvləri, həmçinin X47 digər varisləri Gədəbəy Rayon Məhkəməsinin 05 iyul 2012-ci il tarixli, 2(041)-832/12 saylı qətnaməsi və 2(041)-832/12 saylı 09 avqust 2012-ci il tarixli Əlavə Qətnaməsi ilə tam razıdır, iddianı etiraf edir və çıxarılmış qətnamələrdən gələcəkdə o və onun ailə üzvləri, həmçinin X47 digər varisləri tərəfindən hər hansı şikayət verilməyəcək, həmçinin mübahisəli torpağa dair hər hansı iddia irəli sürülməyəcəkdir. Razılaşmanın predmetini Sazişə uyğun olaraq Şirkətə ayrılmış və Gədəbəy rayon Məhkəməsinin 2(041)-832/12 saylı 05 iyul 2012-ci il tarixli Qətnaməsi və 2(041 )-832/12 saylı 09 avqust 2012-ci il tarixli Əlavə Qətnaməsi ilə Gədəbəy Rayon Aqrar İslahat Kommisiyası tərəfindən qanunsuz aparılmış islahatla Şəxsə əkin üçün verilmiş cəmi 4356,13 kv.m pay torpaq sahəsinin Şirkətə geri qaytarılmasını nəzərə alaraq şirkət tərəfindən xoş məramla şəxsə kompensasiya verilməsi və şəxs tərəfindən isə bu Razılaşmada müəyyən ediləcək qaydada müvafiq pul vəsaitini alması təşkil edir. Şəxs bəyan edir ki, 17 mart 1998-ci il tarixli qanunla sazişin icrası üçün şirkətə ayrılmış və müstəsna istifadə hüququ verilmiş Gədəbəy rayonu üzrə 300 km2 ərazini əhatə edən torpaq sahəsi Gədəbəy Rayon Aqrar İslahata Kommisiyası tərəfindən qanunsuz aparılmış islahatla yerli sakinlər arasında torpaqların bölüşdürülməsi nəticəsində sahənin sərhədləri daxilində şəxsə də qeyriqanuni olaraq əkin üçün cəmi 4356,13 kv.m pay torpağı verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində İddiaçı ictimai ehtiyaclar üçün İddiaçı (təsərrüfat başçısı) müsadirə olunmuş 43,5613 sot əkin təyinatlı torpaq sahəsinin onillik istifadəsi üçün kompensasiya verilməsini tələb etsə də, qeyd edilən torpaq sahəsinin onun mülkiyyətində olması iş materialları ilə müəyyən edilməmiş və iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi üzrə subyektiv hüququ olmadığından iddia tələbi rədd edilməli və Mülki Porsessual Məcəllənin 119-cu maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27.08.2012-ci il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 101.1-ci maddəsinə əsasən torpaq sahələrinin geri alınması (məcburi satın alınması) və ya müvəqqəti tutulması, habelə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşdırılması, yaxud hüquqi və fiziki şəxslərin fəaliyyətinin təsiri ilə torpaqların keyfiyyətinin pisləşməsi nəticəsində dəymiş zərər və əldən çıxmış gəlir bu itkilərə məruz qalmış torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə tam həcmdə ödənilməlidir. Torpaq sahələri geri alınarkən qeyd olunan xərclərlə yanaşı, habelə torpaq mülkiyyətçisinin üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar düşdüyü xərci də ödənilməlidir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən vurulmuş zərəri, o cümlədən əldən çıxmış gəliri, geri alınan torpaq sahələrini əldə etmiş hüquqi və fiziki şəxslər, habelə fəaliyyəti torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının məhdudlaşmasına, yaxud yaxınlıqda yerləşən torpaqların keyfiyyətinin pisləşməsinə səbəb olan hüquqi və fiziki şəxslər bu Məcəllə ilə və digər normativ-hüquqi aktlarla müəyyən edilən qaydada ödəyirlər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən zərərin ödənilməsi ilə əlaqədar mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı ictimai ehtiyaclar üçün İddiaçı (təsərrüfat başçısı) müsadirə olunmuş 43,5613 sot əkin təyinatlı torpaq sahəsinin onillik istifadəsi üçün hər sotuna görə cavabdeh tərəfindən ona 294,18 ABŞ dollarından hesablanmaqla, ümumilikdə 12814,65 ABŞ dolları (on iki min səkkiz yüz on dörd ABŞ dolları 65 sent), milli valyuta ilə 21784,90 manat (iyirmi bir min yeddi yüz səksən dörd manat 90 qəpik) məbləğində kompensasiyanın və məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 149,48 (bir yüz qırx doqquz manat, qırx səkkiz qəpik) vəsaitin ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar