Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-427/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin 3 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisinə qarşı “öhdəliyin qoyulması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin 3 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat ofisinə qarşı “öhdəliyin qoyulması” iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Ədliyyə Nazirliyinin 3 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinin üzərinə İddiaçı X2 varisi olması barədə şəhadətnamə verməsi öhdəliyi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, anası X6 1 fevral 2022 -ci ildə vəfat etmişdir. Onun mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində “Şıx – Pirsaat” b/y - nın 95 saylı, 0,05 ha ölçülü bağ sahəsi (DƏDR - dən çıxarış: MA 0383182) miras əmlakdır. O- İddiaçı X2 oğludur və varisidir. Mirası müddət ötürmədən faktiki qəbul etmişdir. Vərəsəlik şəhadətnaməsi almaq üçün 3 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmişdi. Varislər arasında münasibətlər pis (fikir ayrılığı) olduğuna görə, notariat ofisi 31 mart 2023-cü il tarixli, 509 saylı notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərar (xüsusi notarius Xuraman Əliyeva) qəbul və təqdim etmişdir. Varislər arasında fikir ayrılığını həll etmək mümkün olmamışdır. Bu səbəbdən də, 01 fevral 2022-ci ildə vəfat etmiş X2 oğlu və varisi kimi ona-İddiaçı miras əmlakdan ona düşən paya vərəsəlik şəhadətnaməsi verilməsi üçün 3 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinə müraciət etdi. Müraciəti təmin edilmədi və canlı (əyani) qəbul zamanı şifahi bildirildi ki, məhkəməyə müraciət etsin. Notariat ofisinin ona vərəsəlik şəhadətnaməsi verməməsi qanuna ziddir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 11697/2024 saylı inzibati iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə bu iddianın inzibati icraat qaydasında baxılması mümkün sayılmamışdır. Həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1(103)-3766/2024 saylı, 04 oktyabr 2024-cü il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavadbehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11697/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh 3 saylı Bakı Asan Xidmət Mərkəzi Notariat kontoruna qarşı “vərəsəlik şəhadətaməsinin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. ЖГ seriyalı, 481742 saylı Doğum haqqında Şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Salyan şəhərində anadan olmuşdur. X4, anası isə X3r. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 244298 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il tarixdə X6 vəfat etmişdir. Ölümün səbəbi kardiogen şoku göstərilmişdir. AR ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi xx.xx.2012-ci il tarixli qeydiyyatla X2 xüsusi mülkiyyətindədir. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 021757 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 08 avqust 2019-cu il tarixdə vəfat etmişdir. Ölümün səbəbi xroniki böyrək xəstəliyi V mərhələsi göstərilmişdir. 3 saylı Bakı “ASAN” Xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 037699 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 07 dekabr 2018-ci il tarixdə vəfat etmişdir. Ölümün səbəbi aşındırıcı turşular və turşuya bənzər maddələrin toksik təsiri göstərilmişdir. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 009538 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X7, anası isə X8r. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 502229 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X7, anası isə X8r. Azərbaycan SSSR Nefçalı rayonu tərəfindən verilmiş İ-ЖГ seriyalı, 299324 saylı Nikah haqqında Şəhadətnamədən görünür ki, X14 ilə X5 10 oktyabr 1976-ci il tarixdə 03 saylı akt qeydli nikaha daxil olmuşdurlar. Nikah bağlandıqdan sonra ərə Muradov, arvada isə Muradova soyadı verilmişdir. . AR Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisindən verilmiş 1543 nömrəli, xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X2 adına 3 saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisində vərəsəlik işi açılmış, lakin vərəslik hüququ haqqında şəhadətnamə verilməmişdir. AR İcra Hakimiyyəti mənzil-kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 ölən günə kimi X18, X11, İddiaçı, Muradova Əhdiyyə Vəkil qızı, X19, X20, X15 ünvan 2 ünvanında yaşamışdır və ölənə qədər və qeydiyyatda olmuşlar və yaşamışlar. AR Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 509 nömrəli “Notariat hərəkətinin aparmaqdan imtina edilməsi haqqında” qərarından görünür ki, İddiaçı 28 mart 2022-ci ildə notariat ofisinə müraciət edərək, 01 fevral 2022-ci ildə vəfat etmiş anası mərhum X1 qalan miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İddiaçı 31 mart 2023-cü ildə notariat ofisinə ərizə təqdim edərək, digər vərəsələrin (mərhum qardaşı X12 vərəsələri) paylarının ayrılmasına etirazı olduğu üçün məhkəməyə müraciət etmək niyyətində olduğunu bildirmişdir. Qeyd olunanları nəzərə alıb. “Notariat haqqında" Azərbaycan Respublikası qanununun 40-cı maddəsinin 1-ci bəndini rəhbər tutaraq, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsini qərara aldı. İddiaçı tərəfindən 3 saylı saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətindən görünür ki, İddiaçı 01 fevral 2022-ci ildə vəfat etmiş X2 oğlu və varisi olaraq, ona miras əmlakdan düşən paya vərəsəlik şəhadətnaməsinin verilməsi üçün yenidən Notariat Ofisinə müraiət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29.5-ci maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyan) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, miras qoyan X6 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Oğlu, iş üzrə İddiaçı miras əmlakı qəbul etmək üçün 28 mart 2022-ci ildə notariat ofisinə müraciət etmiş, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin xx.xx.2023-cü il tarixli, 509 nömrəli qərarı ilə “Notariat hərəkətinin aparmaqdan imtina edilmişdir. Əsas qismində digər vərəsələrin (mərhum qardaşı X12 vərəsələri) paylarının ayrılmasına iddiaçının etirazı olduğu göstərilmişdir. Daha sonra İddiaçı xx.xx.2024-cü il tarixdə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün yenidən Notariat Ofisinə müraiət etmişdir. Lakin ona vərəsəlik şəhadətnaməsi verilməmişdir. Notariat Ofisi tərəfindən iddiaçının müraciətinə cavab verilmədiyindən nəticə etibarilə, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1321.1-ci maddəsinə əsasən Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1325-ci maddəsinə əsasən Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il tarixli qərarına əsasən “. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.” Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə; X16 X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 307-311-ci və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia tələbi təmin edilsin. X16 X1 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat ofisinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-427/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-427/2025
28.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver