Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4293/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Oleqovnaya qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini azaldaraq ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə Cavabdeh1 istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək izahatında bildirir ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzili 2014-cü ildə alğı-satqı yolu ilə almış və xx xxxxxxxx 2014-cü il tarixli MH ******* nömrəli çıxarışla mülkiyyət hüququ tanınmışdır va hazırda da istifadəsindədir. Cavabdeh1 onun mənzilinin keçmiş mülkiyyətçisidir. Cavabdehin harda yaşaması məlum deyil və mülkiyyətində olan mənzildə qeydiyyatda qalması ona maddi və hüquqi cəhətdən ziyan vurduğundan və mülkiyyət hüququnu pozaraq mülkiyyətində olan mənzilə sərbəst idarə edilməsində, sərbəst səkildə sərəncam verməyinə maneə yaradır. Ona görə da cavabdehin ona məxsus mənzildən qeydiyyatından çıxarılmasını və iddianın təmin edilməsini xahiş edir. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi onların məlum olan axırıncı yaşayış yerləri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, AN-İ seriyalı və ******* nömrəli yaşayış sahəsinin alğı-satqısı müqaviləsinə əsasən, Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 13 saylı mənzili İddiaçı tam mülkiyyətinə vermişdir. Satıcı–Cavabdeh1 həmin müqavilənin 8-ci bəndinə əsasən alıcıya üçüncü şəxslərin hüquqlarından azad əmlakı verməyi, müqavilənin 13-cü bəndinə əsasən isə müqavilənin notariat qaydasında təsdiq olunduğu tarixdən 1 ay müddətinə, yəni xx.xx.2014-cü il tarixədək həmin mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı və ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir və bu barədə xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AR Bakı şəhər İcra Hakimiyyətinin Yasamal rayon Mənzil Kommunal Təsərrüfat Birliyi 157 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 327 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, İddiaçı ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə qeydiyyatdadır, mənzilin keçmiş sahibi Cavabdeh1 həmin mənzildə qeydiyyatda olmasına baxmayaraq 5 ildən çoxdur ki, həmin ünvanda yaşamır. İş materiallarında olan AR DİN-nin xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri haqqında qeydiyyat haqqında arayışına əsasən hazırki Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 13 saylı mənzildə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materialları ilə müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil iddiaçının mülkiyyətindədir və cavabdeh həmin mənzildə qeydiyyatdadır. Cavabdehin həmin mənzildə yaşamadığı və qeydiyyatının formal xarakter daşıması sübut olunur. Beləliklə, mənzilə mülkiyyət hüququ iddiaçıya məxsusdur və cavabdehlərin həmin mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə olan istifadə hüququna xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə Cavabdeh1 istifadə hüququna xitam verilsin. Qətnamə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 13 saylı mənzilə qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4293/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4293/2020
14.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver