Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4296/2023 20.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X4 oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanan xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1QCHOC2000100 nömrəli əmək müqaviləsinə əsasən ona məxsus ünvan 1 ünvanında yerləşən “Audio” kafesində aşbaz vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2019-cu ildə isə o cavabdehə əvvəlcədən məlumat verməklə həmin kafedən işdən çıxmışdır. Lakin cavabdeh işdən çıxmağı barədə Elektron hökumət portalınana elektron imzası ilə məlumat verməmiş və bunun da nəticəsində həmin müqavilə portalda qüvvədə qalmışdır. Bu barədə 2023-cü ildə xəbər tutmuşdur. Belə ki, başqa yerdə işə düzəlmək istəyərkən, portalda cavabdehlə onun arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olması səbəbindən onun işə götürülməsi mümkün olmamışdır. Cavabdehlə bununla bağlı əlaqə saxlayaraq əmək müqaviləsinə xitam verilməsi barədə elektron hökumət portalına məlumat verməsini xahiş etsə də, lakin o, hər dəfə bu məsələni gecikdirmişdir. Cavabdehin bu məsələnin həllindən yayındığını görərək, X3 Xidmətinə şikayət etmişdir. Lakin Müfəttişlikdən ona ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-17-5/2-m-10596/2023 nömrəli məktubda əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. İddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-l(118)-2915/2023 saylı qərardadı ilə iddiası mümkün sayılmayaraq buna səbəb kimi mülki qaydada umumi məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X2 iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirmişdir ki, o 2014-cü ildən 2019-cu ilədək cavabdeh qurumda işləmişdir. Daha sonra şirkət bağlandığına görə işdən çıxmışdır. Lakin onun adı hələ də elektron portalda qalır. Dəfələrlə başqa iş üçün müraciət etsə də onun adının hələ də həmin şirkətdə işçi kimi qaldığını öyrənmişdir və ona məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sosial Arayışdan görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. İş materiallarında olan X3 Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X3 Xidmətinin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənin səlahiyyətli nümayəndəsinə və işəgötürən tərəfindən icra olunması mümkün olmadığı təqdirdə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2915/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə qarşı Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqviləsi bildirişinin Əmək və məşğulluq altsisteminə daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməsinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsindən görünür ki, Cavabdeh MMC ilə onun arasında bağlanan xx.xx.2014-cü il tarixli, 1QCHOC2000100 nömrəli əmək müqaviləsinə xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xəbərnamədən görünür ki, həmin məktubun Cavabdeh MMC-nin ünvan 1 ünvanında olmaması səbəbindən çatdırılması mümkün olmamış və ərizəçiyə geri qaytarılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh MMC ilə xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən cavabdehə məxsus “Audio” kafesində aşbaz vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2019-cu ildə isə o cavabdehə əvvəlcədən məlumat verməklə həmin kafedən işdən çıxmışdır. Lakin Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi Əmək və məşğulluq altsisteminə daxil edilməmişdir. Hazırda iddiaçı X2 Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanan xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən bu məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 68-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Bundan əlavə həmin Məcəllənin 69-cu maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı X2 ilə Cavabdeh MMC arasında 07 yanvar 2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı X2 ilə Cavabdeh MMC arasında 07 yanvar 2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4296/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4296/2023
20.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver