Məhkəmə qərarları › İş №2(004)-4302/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4302/2021

12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4302/2021 12.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı 09.07.2018-ci il tarixli, SBNPT-0052 sayli kredit müqaviləsi üzrə əsas borca görə 12594,63 manat, faiz borcuna görə 1039,8 manat olmaqla borcun cəmi məbləğində 13634,43 manat və Əmlak Məsələləri Dövlət Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması; tələbin Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.09215 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 41.31 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzilə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 09.07.2018-ci il tarixli, SBNPT-0052 saylı kredit müqavilə üzrə cəmi 13634,43 manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulu İddiaçı ASC-yə ödənilməsi; İpoteka predmeti olan Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.09215 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 41.31 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzil tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.0921 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, l-ci mərtəbəsində, 41.31 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzilinin cavabdehlər Cavabdeh2, Cavabdeh4 Sam oğlu və Cavabdeh3 tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 09.07.2018-ci il tarixli, SBNPT-0052 sayli kredit müqaviləsi üzrə əsas borca görə 9594,63 manat, faiz borcuna görə 2192,23 manat, cərimə borcuna görə 424,68 olmaqla, cəmi 12211,54 manat və Əmlak Məsələləri Dövlət Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 31 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 61 manat pulun tutulması; tələbin Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.09215 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 41.31 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzilə yönəldilməsi; həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 09.07.2018-ci il tarixli, SBNPT-0052 saylı kredit müqavilə üzrə cəmi 12211,54 manat və 61 (altmış bir) manat dövlət rüsumu məbləğində pulu İddiaçı ASC-yə ödənilməsi; İpoteka predmeti olan Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.09215 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 41.31 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzil tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh2 tam mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.0921 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, l-ci mərtəbəsində, 41.31 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzilinin cavabdehlər Cavabdeh2, Cavabdeh4 Sam oğlu və Cavabdeh3 tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək, izahatında kredit müqaviləsi üzrə bankdan göstərilən məbləğdə kredit götürdüyünü, lakin müqavilə üzrə ödənişləri maddi vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilmədiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməklə və “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmişdir, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş işin həqiqi hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09.07.2018-ci il tarixli, SBNPT-0052 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC illik 20% ödəmək şərti ilə 36 ay müddətinə qaytarmaq şərti ilə Cavabdeh1 30000 manat kredit vermişdir. İş materiallarında olan 09 iyul 2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 29700 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 09 iyul 2021-ci il tarixədək hər ay 1114,97 (bir min yüz on dörd manat doxsan yeddi qəpik) manat sonuncu ay 1113,35 (bir min yüz on üç manat otuz beş qəpik) manat ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MH seriyalı ******* nömrəli, 30 may 2008-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 68 nömrəli evin 17 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 731 nömrəli reyestr kitabının 68508 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 68 nömrəli evin 17 nömrəli mənzili İddiaçı ASC-nin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 20 iyul 2018-ci il tarixdə qeydə alınmışdır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış 09.07.2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən borcalan Cavabdeh1 09.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmək məqsədi ilə ipoteka Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.09215 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 41.31 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzili ipoteka saxlayan İddiaçı ASC-nin qarşısında ipoteka ilə yüklü etmişlər. İpoteka müqaviləsinin 2.2-ci bəndinə əsasən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.09215 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 41.31 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzil 58.000 manat dəyərində qiymətləndirilmişdir. Mənzilə dair bağlanmış ipoteka müqaviləsi notarial qaydada təsdiq olunmuş və 09.07.2018-ci il tarixli kredit müqaviləsinə əsasən ipoteka ilə yüklülük 20.07.2018-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. “İpoteka haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Göründüyü kimi, tərəflər arasında kredit və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq borcunu vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı ASC 07.04.2021-ci il tarixdə tələbin ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin Bakı Ərazi İdarəsində müraciət etmiş və 14.04.2021-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 68 saylı evin 17 saylı mənzilinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İddiaçı ASC-nin 30.09.2021-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh1 09.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.09.2021-ci il tarixə 9594,63 manat əsas borc, 2192,23 manat faiz borcu, 424,68 manat cərimə olmaqla, cəmi 12211,54 manat borcu yaranmışdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Çünki, müqavilədə dəbbə pulu əldə ediləcək gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 424,68 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 40 manat məbləğində müəyyən edilməlidir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Mülki Məcəllənin 203.3.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi zamanı əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilir. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Mülki Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli qərardadı ilə iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması isə müstəqil qiymətləndirici "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC-nin 20.09.2021-ci il tarixli LP-160/21 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 68 saylı evin 17 saylı mənzili hazırkı real bazar qiyməti 70.000 manat, likvid qiyməti 65.000 manat müəyyən edilmişdir. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat müəyyən edilmişdir. İş materiallarında olan 11 iyun 2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 09.07.2018-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 9594,63 manat əsas borc, 2192,23 manat faiz borcu, 40 manat cərimə olmaqla, cəmi 11826,86 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, ümumilikdə 11.887,86 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Tutma ipoteka predmeti olan və Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.09215 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 41.31 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti (likvid) 65.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan pul hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 11.887,86 manat pul İddiaçı ASC-yə ödənilməlidir. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh2 qaytarılmalıdır. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 68 saylı evin 17 saylı mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan ən geci 1 (bir) ay ərzində həmin mənzildən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmalı və mənzil boşaldılaraq yeni alıcıya təhvil verilməlidir. Mənzil hərracda satıldıqdan sonra əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsi ümumi qaydada icra edilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə keçirilmiş məhkəmə-qiymətləndirmə ekspertizasının xərci 300 manat pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 09.07.2018-ci il tarixli SBNPT-0052 nömrəli kredit müqaviləsi üzrə yaranmış 9594,63 manat əsas borc, 2192,23 manat faiz borcu, 40 manat cərimə olmaqla, cəmi 11826,86 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumu olmaqla, ümumilikdə 11.887,86 manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma ipoteka predmeti olan və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsində istifadədə olan 0.09215 ha torpaq sahəsində yerləşən 68 nömrəli, 5 mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində, 41.31 kv.m ümumi, 29.61 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 17 nömrəli mənzilə yönəldilsin, fərdi yaşayış evinin ilkin satış qiyməti (likvid) 65.000 (altmış beş min) manat müəyyən edilməklə açıq hərracda satılsın və satışdan əldə olunan pul vəsaiti hesabına Cavabdeh1 tutulmalı olan ümumilikdə 11.887,86 (on bir min səkkiz yüz səksən yeddi manat səksən altı qəpik) manat pul İddiaçı ASC-yə ödənilsin. Artıq qalan vəsait mülkiyyətçi Cavabdeh2 qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 68 saylı evin 17 saylı mənzilə tutma yönəldildikdən və həmin mənzil satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılsınlar, mənzil boşaldılsın və yeni alıcıya təhvil verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq "xxxx" MMC-nin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar