Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4304/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı nümayədəsi vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 33, mənzil 8 – yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 85, M3, 2 saylı mənzildən istifadə hüququna itirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 33 mənzil 8) yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42.39 kv.m, yaşayış sahəsi 29.39 kv.m olan 2 otaqlı mənzili mən xx xxxx 2016-cı il tarixdə Hüseynova (Kərimova) Aynurə Rafiq qızından AN-1 seriyalı ******* №-li daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən almış və bu barədə Bakı şəhəri 12 saylı notariat Kontorunda 4Ə-290 № ilə müvafiq qeydiyyat aparılmışdır. Qeyd edilən mənzil onun xüsusi mülkiyyətindədir, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Dasınmaz əmlakın Dövlət Reyestri Xidmətində 650 nömrəli revestr kitabının 59641 nömrəli vərəqində müvafiq qeydiyyat aparılmış və ona RX seriyalı ******* №-li çıxarış verilmişdir. Mülkiyyət hüququ əldə edəndən sonra onun razılığı ilə əri Bağırov CahangirTofıq oğlu, X2 və qızı X1 qeyd edilən mənzilə pasport qeydiyyatına düşmüşlər və onlar ailəliklə həmin mənzildə yaşayırlar. Alqı-satqı zamanı satıcı olan Hüseynova (Kərimova) Aynurə Rafiq qızı öhdəlik götürmüşdü ki, xx xxxxxx 2016-cı il tarixinədək onun mülkiyyətində olan yuxarıda qeyd edilmiş mənzildən qeydiyyatdan çıxacaqdır. Lakin təəssüflər olsun ki, o, bunu etməyərək X3 adlı qohumunu da onun mülkiyyətində olan mənzilə qeydiyyata aldırmışdır. Buna baxmayaraq alqı-satqıdan sonra cavabdehlər bir gün də olsun onun mülkiyyətində olan mənzildə yaşamamışlar və bunun heç bir əsası olmamışdır. Cavabdehlər Hüseynova (Kərimova) Aynurə Rafiq qızı və Cavabdeh2 onun mülkiyyətində olan evdə qeydiyyatda olması mülkiyyətçi kimi onun hüquqlarını pozur, onun üçün kommunal xərclərin ödənilməsində müəyyən problemlər yaradır və evlə əlaqədar əmlakdan istifadə hüquqlarına çətinlik törədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə ünvanlanmış məhkəmə bildirişi onun məlum olan axırıncı yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına (mənzil kommunal təsərrüfatı birliyi) göndərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, alıcı İddiaçı və satıcı X4 arasında xx xxxx 2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 33, mənzil 8 – yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 85, M3, 2 saylı mənzilədair alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı, RX seriyalı çıxarışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 33, mənzil 8 – yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 85, M3, 2 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 33, mənzil 8 – yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 85, M3, 2 saylı mənzildə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda qalması onun mənzil üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 33, mənzil 8 – yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 85, M3, 2 saylı mənzil üzərində istifadə hüquqları itirilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildə istifadə hüququ saxlana bilməz. Odur ki, iddia təmin edilərək, cavabdehin mübahisəli mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 33, mənzil 8 – yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 85, M3, 2 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4304/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4304/2020
01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver