Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-431/2022 12.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin kirayəsi müqaviləsi üzrə kirayə haqqı” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinin kirayəsi müqaviləsi üzrə kirayə haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş 5500 manat məbləğində kirayə haqqının və 50 manat məbləğində işıq sərfiyyatına görə yaranmış borc məbləğinin Cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh icarə müqaviləsi əsasında yaranmış 5500 borcun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdir ki, 25 iyun 2012-ci il tarixli Daşınmaz əmlakın İcarə müqaviləsi şərtlərinin tələblərinə uyğun olaraq, Nəbiyeva (Zakirova) Günel Kamran qızı 28 iyun 2012-ci il tarixindən hər ay üçün kirayə haqqı 500 (beş yüz) azn ödəmək şərti ilə mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, Mətbuat prospekti ev-4, mənzil 50 ünvanında 05 yanvar 2021-ci il tarixi müddətinə kimi kirayədə yaşamışdır. Müqavilə şərtlərinə əsasən, icarəçi 1 (bir) ay qabaqcadan 500 (beş yüz) manatın məzənnəsi ilə icarə haqqını ödəməyi öz üzərinə götürmüş və ödənişlər də hər ayın 01-05 tarixinə kimi aparılırdı. 2012-ci ildən 2019-cu il dekabr ayı tarixinə kimi icarə haqqları müəyyən gecikmələrə baxmayaraq, müqavilə şərtlərinə uyğun olaraq ödənilmişdir. Ödənişlər hər zaman köçürmə yolu ilə şəxsi Bank hesabına (Kapital Bankkart nömrəsi **********239447) ödənilmişdir. Güne Nəbiyeva ilə 2-ci kirayə müqaviləsi 01 yanvar 2020-ci il tarixində yenilənərək, müddəti də 19 noyabr 2028-ci il tarixinə kimi uzadılmışdır. 2020-ci ilin ilk aylarından etibarən Cavabdeh tərəfindən müqavilə, razılaşma şərtləri pozulmuş və icarə haqqlarının ödənilməməsi səbəbindən də ona dəfələrlə şifahi xəbərdarlıqları olmuşdur. 17 dekabr 2020-ci il tarixli yazılı müraciətində kirayə haqqına görə 5500 (beş min beş yüz) borcunun yarandığını və 05 yanvar 2021-ci il tarixinədək ödəmədiyi təqdirdə kirayədə yaşadığı mənzili boşaldacağı barədə ona xəbərdarlıq edilmişdir. Cavabdeh 30 iyul 2020-ci il tarixli yazılı izahatında hələ o dövr üçün yaranmış 3500 (üç min beş yüz) azn borc məbləğini ən qısa bir müddətdə ödəyəciyi barədə öhdəlik götürmüşdür. Cavabdeh 04.01.2021-ci il tarixli Təhvil-təslim aktında da kirayədə yaşadığı ünvandan artıq şəxsi əşyalarını götürdüyünü, mənzilin açarlarını R.Rəhimovun iştirakı ilə İddiaçı təhvil verdiyini, istifadə eydiyi işıq,qaz və su xərclərini artıq ödədiyini və 11 (on bir) ay üçün ödəyə bilmədiyi 5.500 (beş min beş yüz) azn borc məbləğini də ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh Kamran qızı iddianı etiraf edərək bildirdi ki, onun İddiaçı 5500 manat məbləğində kirayə haqqı borcu var və bu barədə iddianı tələbini qəbul edir. Ödəniş edə bilməməsinin səbəbi pandemiya şəraitində işləyə bilməməsidir. Həmin məbləği birdəfəlik ödəmə imkanı yoxdur. Bu səbəbdən məbləğdə güzəşt edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, həmçinin işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 25.06.2012-cü il tarixli, «TƏKAMÜL-B» Daşınmaz Əmlak Agentliyinin Daşınmaz Əmlakın İcarə Müqaviləsinin surətindən görünür ki, icarəyə verən İddiaçı ünvan 2 ünvanında yerləşən 50 saylı mənzili X1 icarəyə vermiş, müqavilə üzrə icarə haqqı aylıq 500 manat müəyyən edilmiş, X2 icarə haqqını 1 ay qabaqcadan icarəyə verənə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 01.01.2020-ci il tarixli, 1 saylı yaşayış sahəsinin kirayə müqaviləsinın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmış MH seriyalı ******* saylı çıxarış əsasən onun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 50 saylı mənzili yaşayış sahəsi qismində istifadə edilməsi üçün kirayəçi-Cavabdeh istifadəsinə verməyi, kirayəçi-Cavabdeh isə bunun qarşılığında hər ay 500 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 30.07.2020-cı il tarixli mövcud borcun etirafı haqqında yazılmış ərizədən (izahat) görünür ki, Cavabdeh 01.01.2020-ci il tarixli 1 saylı müqaviləyə əsasən kirayə haqqına görə aylıq 500 manat olmaqla 7 aydır ki, kirayə haqqını ödəmir və 3.500 manat məbləğində borcunun olduğunu təsdiq edir və borcu mümkün ən qısa zaman ərzində ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 15.12.2020-ci il tarixli X4 tərəfindən Cavabdeh yazılı olaraq ünvanlanmış xəbərdarlıqdan görünür ki Cavabdeh sonuncu ödənişi 2019-cu ildə iddiaçının kartına daxil etmişdir lakin həmin tarixdən sonra ödənişlər olmamışdır. Cavabdeh kirayə haqqına görə 11 ayın kirayəsi yəni 5500 azn borcu yaranmışdır, borcun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq edilmişdir. 5 yanvar 2021-ci tarixindən gec olmamaq şərti ilə borc qalığını, 5.500 manat məbləğində pulu ödəməlidir və qeyd olunan tarixə kimi mənzil boşaldılmalıdir. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən imzalanmış 04.01.2021-cı il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh iddiaçıya məxsus mənzildəki şəxsi əşyalarını götürdüyünü və mənzilin açarlarını X3 təhvil verdiyini, ödəyə bilmədiyi 11 ay üçün 5500 manat borcunu imkanı olanda ödəyəcəyini yazılı şəkildə təsdiq edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 50 saylı mənzili yaşayış sahəsi qismində istifadə edilməsi üçün kirayəçi-Cavabdeh istifadəsinə vermiş, kirayəçi-Cavabdeh isə bunun qarşılığında hər ay 500 manat məbləğində kirayə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 11 ay üzrə aylıq kirayə haqqını ödəməmiş və 5500 manat borcu yaranmışdır. Məhkəmə iclasında cabadeh borcun olduğunu etiraf etmiş, iddia tələbini mübahisələndirməmiş və həmin etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, tərəflər arasından kirayə müqaviləsindən irəli gələn münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1, 191.3, 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 01.01.2020-ci il tarixli 1 nömrəli yaşayış sahəsinin kirayəsi müqaviəsi üzrə ödənilməmiş kirayə haqqı borcu üzrə 5500 manat məbləgində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-431/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-431/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver