Məhkəmə qərarları › İş №2(004)-4310/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-4310/2023

18.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-4310/2023 18.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əkbərli Günel Bəkir qızı, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi faktın müəyyən olunması” barədə ərizəsinə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi faktın müəyyən olunması” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X2 mərhum X3 öhdəsində olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X1 Elxan Məmməd oğlu tərəfindən övladlığa götürülmüş və buna dair şəhadətnamə verilmişdir. Lakin qeyd olunan faktı təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Eləcə də qeyd olunur ki, həmin sübut məhkəməyə təqdim olunsa da belə, övladlığa götürülməsi faktı özü-özlüyündə uşağın valideyn statusunda olan övladlığa götürənin himayəsində olmasını təsdiq edir. Yəni dolayısı ilə qeyd olunan hal ilə bağlı məhkəmə araşdırması zərurəti yoxdur və xüsusi icraat qaydasında baxıla bilməz. Ərizəçi hazırki halda hüquqi əhəmiyyətli fakt kimi təsdiq edilməsini iddia etdiyi faktın məhkəmə qaydasında müəyyən edilməsinin zərurililiyini kifayət qədər əsaslandırılmamış və həmin faktın başqa yolla müəyyən edilməsinin mümkün olmamasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, ərizəçi nə üçün maraqlı şəxs kimi Dövlət Sosial Müdafiə Fondunu cəlb etməsini əsaslandırmamış, maraqlı şəxs kimi DSMF-yi cəlb etməsinə baxmayaraq qeyd olunan faktla bağlı ilkin orqana – DSMF-yə müraciət etməsinə, yəni qanunla müəyyən edilmiş pretenziya qaydasına əməl etməsinə dair sübutlarını ərizəyə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsin əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə qeyd edir ki, ərizə geri qaytarıldığından ödənilmiş dövlət rüsumu ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 152 və 308-ci maddəlini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçı Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan etibarən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar