Məhkəmə qərarları › İş №2(004)-4321/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4321/2021

17.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4321/2021 17.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, İddiaçı İddiaçının vəkili X10 Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 nümayəndəsi və vəkili Nİftəliyev Zaur Gülaməddin oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X23, X11, X5, X6, X19, X15, X12, X13, X16 ,X7, X17, X20, X14 və X18 qarşı mənzildən istifadəyə maneənin qadağan edilməsi və mənzilə köçürülmə tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X23, X11, X5, X6, X19, X15, X12, X13, X16, X7,X17, X20, X14 və X18 qarşı mənzildən istifadəyə maneənin qadağan edilməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən istifadə etməsinə qarşı maneənin qadağan edilməsi və iddiaçının ünvan 1 ünvanında yerləşən mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X24 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh mənzilin digər mülkiyyətçisi X1 bacısıdır hal-hazırda həmin mənzildə yaşayır və Cavabdeh iddiaçının həmin mənzildən istifadə etməsinə maneələr yaradır. Əmlak paylı mülkiyyətdə olduğundan iddiaçı digər müılkiyyətçilər kimi əmlakdan istifadə etmək hüququna malikdir. Buna görə də iddia tələbinin əsaslı hesab edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs X1 nümayəndəsi və vəkili Nİftəliyev Zaur Gülaməddin oğlu məhkəməyə verdiyi izahatında bildirmişdir ki, mübahisəli mənzillə bağlı iddia ərizəsi verilmiş və həmin mənzillə bağlı verilmiş çıxarış mübahisələndirilir və həmin çıxarışın etibarsız hesab edilməsi iddia tələbinin əsasını təşkil edir. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə və müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Məhkəmə cavabdehin və müstəqil tələb irəli sürməyən digər üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir və 03.05.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı 2/6 hissənin 2-ci 1 otağından ½ hissədə pay hüququ qeydiyyata alınmışdır və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə X1, Orucova Asya Yaqub qızının, X4, X8, X3, X9 da mülkiyyət hüququ vardır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarının izahatlarını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə paylı mülkiyyət hüququ iş materialları ilə müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyətdə olduğundan mülkiyyətçilər həmin mənzildən bərabər sahiblik və istifadə hüququna malikdirlər. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh iddiaçının mülkiyyət hüququ olan fərdi yaşayış evindən istifadə etməsinə maneələr törətməsi qanunsuzdur. Belə ki, cavabdehin həmin mənzilə mülkiyyət və digər əşya hüquqlarının olması müəyən edilmir, həmçinin iddiaçının, cavabdehin daşınmaz əmlaka hüququnun olub-olmamasından asılı olmayaraq, iddiaçının mənzildən, paylı mülkiyyətdən irəli gələn hüquqları təmin edilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ mövcud olduğundan iddia tələbi əsaslı hesab edilməli Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etməsinə maneə törətməsi qadağan edilməli və iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən istifadə etməsinə maneə törətməsi qadağan edilsin və iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar