Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4337/2020 01.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi (əri) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi Yeni Yasamal yaşayış massivində yerləşən 2 nömrəli evin 116 nömrəli mənzilinə olan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (əri) X1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı onun arvadıdır, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi Yeni Yasamal yaşayış massivində yerləşən 2 nömrəli evin 116 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh onun əmisinin arvadıdır, cavabdeh formal olaraq iddiaçıya məxsus mənzildə qeydiyyatdadır. Cavabdeh başqa ünvanda yaşayır, cavabdehə məxsus olan hər hansı bir əşya onların iddiaçının mülkiyyətində olan mənzildə yoxdur. Cavabdehin qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi təqdim edilmiş, həmçinin “AZEMİS” Elektron Sistemi vasitəsilə SMS bildirişi göndərilməklə məlumat verilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdəBakı şəhəri 54 saylı Notariat Ofisində 8İ-4441 reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi Yeni Yasamal yaşayış massivində yerləşən 2 nömrəli evin 116 ünvandan qeydiyyatdan çıxarılması barədə Yasamal rayon Məhkəməsində qaldırılmış iddiadakı tələblə razıdır, qeydiyyatdan çıxarılmasına iradı yoxdur. Ona görə də, xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iddiaya onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, cavabdehin iddianı qəbul etməsinə dair xx.xx.2020-ci il tarixli ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları kimi müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi Yeni Yasamal yaşayış massivində yerləşən 2 nömrəli evin 116 nömrəli mənzili İddiaçı tam mülkiyyətindədir. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi Yeni Yasamal yaşayış massivində yerləşən 2 nömrəli evin 116 nömrəli mənzilində qeydiyyatda olsa da, iddiaçının ailə üzvü deyil, onunla birgə yaşamamış və ümumi təsərrüfat aparmamışdır. Cavabdeh iddiaçının əmisinin arvadı olmaqla, iddiaçının mülkiyyətində olan mənzilə formal olaraq qeydiyyata alınmış və ona xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət Mərkəzi tərəfindən AA******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Cavabdehin iddiaçının mülkiyyətindəki mənzildən istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli mənzillə bağlı tərəflər arasındakı hüquq münasibəti xx.xx.2009-cu il tarixdən sonrakı dövrdə yarandığına görə hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göründüyü kimi, Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi Yeni Yasamal yaşayış massivində yerləşən 2 nömrəli evin 116 nömrəli mənzilinə pasport qeydiyyatına alınsa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır. Bu səbəbdən, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması, onun həmin mənzil üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə qanunla müəyyən edilmiş qaydada istifadə hüququ yaranmamışdır, mövcud olmayan hüququn isə məhkəmə qaydasında itirilməsinə zərurət yoxdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi Yeni Yasamal yaşayış massivində yerləşən 2 nömrəli evin 116 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi Yeni Yasamal yaşayış massivində yerləşən 2 nömrəli evin 116 nömrəli mənzilinə istifadə hüququ olmayan şəxs hesab edilsin. Bu qətnamə Cavabdeh İddiaçı mülkiyyətindəki Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi Yeni Yasamal yaşayış massivində yerləşən 2 nömrəli evin 116 nömrəli mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4337/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4337/2020
01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver