Məhkəmə qərarları › İş №2(004)-4382/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4382/2022

29.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4382/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X32 oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı Balaəhməd qızının, İlkin iddia üzrə Cavabdeh1, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Balaəhməd qızının ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin iddia ərizəsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Balaəhməd qızına qarşı “əmlakın qanuni vərəsələr üzrə bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İlkin iddia üzrə İddiaçı Balaəhməd qızı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin iddia ərizəsi təqdim edərək, ünvan 1 saylı mənzilə vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair məhkəmə qərarı qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, onun X2 26 mart 2017-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra miras əmlakı kimi yuxarıda qeyd olunan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 10, 118 saylı mənzil qalmışdır. Mənzil 4 otaqdan ibarət olmaqla ümumi sahəsi 58,99 kv.metr olmuşdur. İlkin iddia üzrə iddiaçı miras qoyan şəxslə onun ölümünə qədər həmin mənzildə yaşamış, onun ölümündən sonra miras əmlakı faktiki olaraq qəbul etmişdir və hal-hazıra qədər də mənzilin kommunal xərclərini ödəyir, miras əmlakın mühafizəsini və tamlığını mühafizə edərək faktiki olaraq həmin mirasda yaşamaqda davam edir. X1 17 iyun 2014-cü ildə bütün əmlakını, o cümlədən mübahisə predmeti olan Yeni Yasamal-1 küçəsi, ev 10, 118 saylı mənzili ilkin iddia üzrə iddiaçıya vəsiyyət etmiş və vəsiyyətnamə 17 iyun 2014-cü ildə Bakı şəhəri 3 saylı Asan Xidmət mərkəzində notarius X.R.Əliyeva tərəfindən yoxlanaraq təsdiq olunmuş və 2V/1-172 reyestr nömrəsi ilə qeydə alınmışdır. Vəsiyyətnamə ləğv olunmamış, qüvvədən düşməmiş və hazırda da qüvvəsindədir. İlkin iddia üzrə iddiaçının anasından qalan miras əmlakı faktiki qəbul etdiyindən ərizə ilə notariat orqanına mirasın qəbul olunması faktına görə ərizə verməmişdir. İddiaçının anası M.Məlikməmmədovanın ölümündən sonra iddiaçı ilə bərabər oğlu Cavabdeh2 və Cavabdeh1 qalmış olsalar da, miras əmlak onlar tərəfindən nə faktiki qəbul olunmamış, nə də notariat orqanına ərizə verməməklə mirası qəbul etməmişlər, iddiaçının anasının hər iki övladı ayrı-ayrı mənzillərdə yaşamaqla mirasa sahiblik etməmişlər. Mirasın açılmasına qədərki müddətdə də, mirasın açılmasından sonrakı müddətdə də miras iddiaçı tərəfindən faktiki qəbul olunmuş, ona sahiblik və istifadə hüquqlarımı həyata keçirmişdir. Cavabdehlər mirasın açılmasından sonra da mirasda yaşamamaqla və ona sahiblik etməməklə onu faktiki qəbul etməmiş və eyni zamanda mirasın notariata ərizə verməklə qəbul edilməli olan müddəti bilərəkdən ötürmüş, bununla da həmin şəxslərin miras əmlaka vərəsəlik hüquqlarının itirilməsi faktı yaranmışdır. Cavabdehlər mirasın açıldığı vaxtdan, yəni 26 mart 2017-ci il tarixdən mirası nə faktiki qəbul etməmiş, nə də mirasın qəbulu üçün qeyd olunan qanunla müəyyənləşdirilmiş 3-6 ay müddətində notariata ərizə verməməklə mirasın qəbulunu həyata keçirməmiş, bu səbəblə də qanunun tələbləri baxımından onların mirasa vərəsəlik hüquqları itirilmiş hesab olunmalıdır. İddiaçı notariat kontoruna mirasın vəsiyyət üzrə qəbulu ilə əlaqədar ərizə versə də, cavabdehlərdən Cavabdeh2 iddiaçının adına verilmiş vəsiyyətnamənin heç bir əsası olmadan ləğv olunmasını iddia etmiş və miras əmlakın bərabər bölüşdürülməsi tələbini iddia etdiyi halda notariat tərəfindən mirasın bölüşdürülməsindən imtina olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Balaəhməd qızına qarşı “əmlakın qanuni vərəsələr üzrə bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, ata əmakından ona və iki övladına çatan üçdə bi mülk payının sənədli çıxarışı üçün və yaşayış hüququndan istifadə imkanının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1969-cu il, oktyabrın 29-da Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Yeni Yasamal-1, bina 10-da, 118 nömrəli mənzil atası X15 tərəfindən alınıb və o, hazırda həmin ünvanda qeydiyyatdadır. 2007-ci ildə ailə qurmuşdur. O, qızı Məlikməmmədova Ayan və oğlu Məlikməmmədov Əhməd onunla birlikdə həmin evdə qeydiyyatdadırlar. Bacısı İddiaçı bigə yaşamaqları ilə bağlı yaratdığı problemlərə görə evdən çıxıblar. Onun xəbəri olmadan yaşlı və sağlam qərar verə bilməyən anasını gizlicə aparıb öz adına vəsiyyətnamə yazdırmış və hazırda həmin vəsiyyətnaməni əldə əsas tutaraq Yasamal Rayon Məhkəməsində ona iddia irəli sürmüşdür. X2 26 mart 2017-ci ildə vəfat etmiş, vəfatından 3-6 ay ərzində bacısı Ziyarətə mirasın bərabər şəkildə 3 yerə bölünməsini təklif etə də, razılaşmamış və o, notariat kontoruna müraciət edərək öz payına düşən hissəni istəmişdir. Bacıları Ziyarət və Rüxsarəyə pay bölgüsü üçün kontora gəlmək tələb edilsə də, bundan imtina etmişlər. 8 dekabr 2017-ci ildə notarial kontorundan ona məhkəməyə təqdim etmək üçün miras bölgüsündən imtina çıxarışı verilmişdir. O, səhhətilə əlaqədar olaraq məhkəməyə müraciət edə bilməmişdir. X35 ünvanında 39 saylı poliklinikada diabet xəstəsi olaraq qeydiyyatdadır. Evdən çıxarıldıqdan sonra uzun sürən həyəcan və narahatlıq səbəbindən miokard infarkt keçirmişdir. Təcili yardım vasitəsilə Mərkəzi Klinik xəstəxanasına çatdırılmışdır, ürəyinə angioqrafiya və stend olunub və hazırda da ailəsinin dəstəyi ilə müalicələri davam edir. Qarşılıqlı iddia üzrə iddiaçı artıq iki ildir ki, evinə yalnız bacısı evdə olanda girə bilir. Çünki İddiaçı tərəfindən 118 nömrəli mənzilin qapısının açarı dəyişdirilərək giriş-çıxış imkanı məhdudlaşdırılmışdır. Daha sonra qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Balaəhməd qızı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tələbinə dair qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək qanunvericiliyin tələblərinə uyğun olaraq vəsiyyətnamə əsasında vərəsəlik üzrə miras əmlakın ¾ hissəsi, yəni 75 faizinin ona çatmalı olduğunu bildirmişdir. Cavabdeh2 ata əmlakından 1/3 mülk payına dair qarşılıqlı iddia ərizəsinin rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı Balaəhməd qızı ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə Cavabdeh1 izahatında bildirmişdir ki, ona nə qədər düşürsə, həmin payı qəbul edir. Vəsiyyətnamə nəzərə alınmalıdır. İddiaçı daha çox pay düşməlidir, çünki analarına həmişə o qulluq etmişdir. Əlavə olaraq ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan ******* saylı çıxarışa əsasən ünvan 1 ünvanında olan mənzil X4 xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən 1-ci Yeni Yasamal küçəsi, ev 10, mənzil 118 X4 xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan 17 iyun 2014-cü il tarixli vəsiyyətnaməyə əsasən ünvan 2-də yaşayan X7 ona məxsus olan əmlakı xx.xx.1967-ci il təvəllüdlü qızı İddiaçı Balaəhməd qızına vəsiyyət edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərara əsasən Cavabdeh2, Cavabdeh1, İddiaçı Balaəhməd qızına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli, AZ-l 109239 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X10 xx.xx.2004-cü ildə ölmüşdür. İş materiallarında olan xx.xx.1975-ci il tarixli, 13 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1975-ci ildə Abşeron rayonunda anadan olmuşdur. X6, X2dır. İş materiallarında olan xx.xx.1967-ci il tarixli, 28 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı Balaəhməd qızı xx.xx.1967-ci ildə Abşeron rayonunda anadan olmuşdur. X6, X2dır. İş materiallarında olan xx.xx.1969-cu il tarixli, 37 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh2 xx.xx.1969-cu ildə Abşeron rayonunda anadan olmuşdur. X6, X2dır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AZ-l 844354 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2017-ci ildə ölmüşdür. İş materiallarında olan X9 tərəfindən Bakı şəhəri 3 saylı “Asan Xidmət” mərkəzinin notariat kontoruna verilmiş xx.xx.2017-ci il tarixli ərizəyə əsasən X9 ünvan 2 ünvanında yaşamış və 26 mart 2017-ci ildə vəfat etmiş X2ndan qalmış miras əmlakı qəbul edir. Miras əmlak ünvan 2-dən ibarətdir. İş materiallarında olan İddiaçı Balaəhməd qızı tərəfindən Bakı şəhəri 3 saylı “Asan Xidmət” mərkəzinin notariat kontoruna verilmiş xx.xx.2017-ci il tarixli ərizəyə əsasən İddiaçı Balaəhməd qızı ünvan 2 ünvanında yaşamış və 26 mart 2017-ci ildə vəfat etmiş X2ndan qalmış miras əmlakı qəbul edir. Miras əmlak ünvan 2-dən ibarətdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Bakı şəhəri 3 saylı “Asan Xidmət” mərkəzinin notariat kontoruna verilmiş xx.xx.2017-ci il tarixli ərizəyə əsasən Cavabdeh2 ünvan 2 ünvanında yaşamış və 26 mart 2017-ci ildə vəfat etmiş X2ndan qalmış miras əmlakı qəbul edir. Miras əmlak ünvan 2-dən ibarətdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 018 nömrəli arayışa əsasən X7 ölümünə qədər bu ailə tərkibində Bakı şəhəri, Yeni Yasamal 1, ev 10, mənzil 118-də qeydiyyatda olmuşdur: İddiaçı Balaəhməd qızı, Cavabdeh2, Cavabdeh1, X31, X30, X27, X19, X17. İş materiallarında olan 3 saylı Asan Xidmət Notariat kontorunun notariusuna Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixli ərizəyə əsasən xx.xx.2017-ci il tarixdə vəfat etmiş X8 mənzilinə dair İddiaçı Balaəhməd qızının adına vəsaiyyətnamə verilmişdir və 3 saylı Asan Xidmət Notariat kontorunda V-342 saylı vərəsəlik işi açılmışdır. Həmin mənzildən Cavabdeh2 düşən 1/3 hissə miras payını tələb etmək hüququna əsasən bacısı İddiaçı Balaəhməd qızına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə etiraz etmişdir. Cavabdeh2 yazılanları imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli notariat hərəkətini aparmaqdan imtina edilməsi haqqında qərara əsasən Cavabdeh2, Cavabdeh1, İddiaçı Balaəhməd qızına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 910217 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən Cavabdeh2 24 may 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Eyni zamanda İddiaçı Balaəhməd qızı, Cavabdeh1, X25, X20, X19, X31, X30 həmin ünvanda qeydiyyatdadırlar. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 620543 nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən X7 24 may 2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Eyni zamanda İddiaçı Balaəhməd qızı, X12, Cavabdeh1, X25, X20, X19, X31, X30 həmin ünvanda qeydiyyatdadırlar. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2017-ci il tarixli, AZ-l 844354 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 xx.xx.2017-ci ildə ölmüşdür. O, vəfat etdikdən sonra X4 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 10 ünvanında yerləşən 118 saylı mənzil miras qalmışdır. Hazırda ilkin iddia üzrə İddiaçı Balaəhməd qızı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vərəsəlik və mülkiyyət hüququnun tanınması” tələbinə dair ilkin iddia ərizəsi təqdim edərək, ünvan 1 saylı mənzilə vərəsəlik və mülkiyyət hüquqlarının tanınmasına dair məhkəmə qərarı qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Balaəhməd qızına qarşı “əmlakın qanuni vərəsələr üzrə bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təqdim edərək, ata əmakından ona və iki övladına çatan üçdə bir mülk payının sənədli çıxarışı üçün və yaşayış hüququndan istifadə imkanının təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarında olan 17 iyun 2014-cü il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 2-də yaşayan X7 ona məxsus olan əmlakı xx.xx.1967-ci il təvəllüdlü qızı İddiaçı Balaəhməd qızına vəsiyyət edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə isə qeyd edilən vəsiyyətnamənin etibarlılığını şübhə altına alan hər hansı bir hal müəyyən edilməmişdir. Əksinə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, vəsiyyətnamə rəsmiləşdirilərkən vəsiyyət edən səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onun iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Qeyd edilən Məcəllənin 339.4-cü maddəsinə əsasən, əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, 17 iyun 2014-cü il tarixli vəsiyyətnamə qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş və vəsiyyətnamə tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 10 ünvanında yerləşən 118 saylı mənzil üzərində ilkin iddia üzrə İddiaçı Balaəhməd qızı vəsiyyət üzrə vərəsə kimi tanınmalıdır. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçı və cavabdehlər 26 mart 2017-ci il tarixdə vəfat edən X4 övladlarıdır, yəni birinci növbə qanun üzrə vərəsəsidir. Belə olduğu halda, ilkin iddia üzrə İddiaçı Balaəhməd qızı isə X4 vəsiyyət üzrə vərəsəsi hesab olunduqda, həmçinin ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da miras əmlaka məcburi pay hüququ yaranır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Mülki Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Mülki Məcəllənin 1197-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan şəxs miras qoyanın sağlığında ondan məcburi paya daxil edilmək şərti ilə aldıqlarının hamısını məcburi paya daxil etməyə borcludur. Ona görə də miras almağa çağrıla biləcək qanun üzrə 1-ci növbə vərəsələrin hamısı və mübahisə predmeti olan ünvan 2-in ilkin iddia üzrə İddiaçı Balaəhməd qızına vəsiyyət edilməsini nəzərə alınmaqla məhkəmə hesab edir ki, mübahisə predmeti olan ünvan 2 qalan 1/2 (ikidə bir) hissəsinə ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanuni vərəsələr kimi onlara düşən 1/3 hissə payın yarısını 1/3:2=1/6 hissədə məcburi payları tanınmalıdır. Digər ilkin iddia üzrə İddiaçı Balaəhməd qızı isə həmçinin vəsiyyət üzrə vərəsə olduğundan, mübahisə predmeti olan miras əmlaka 4/6, (yəni 2/3) hissə pay hüququ müəyyən edilməlidir. Yuxarıda göstərilənləri, nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 10 ünvanında yerləşən 118 saylı mənzil üzərində ilkin iddia üzrə İddiaçı Balaəhməd qızı vəsiyyət üzrə vərəsə kimi tanınmalı, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal- 1 küçəsi, ev 10 ünvanında yerləşən 118 saylı mənzilə münasibətdə ilkin iddia üzrə İddiaçı Balaəhməd qızının 2/3 (4/6) hissədə payı, ilkin iddia üzrə Cavabdeh1 1/6 hissədə məcburi payı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 isə 1/6 hissədə məcburi payı müəyyən edilməli, ilkin iddia ərizəsi qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İlkin iddia ərizəsi qismən təmin edilsin. Qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 10 ünvanında yerləşən 118 saylı mənzil üzərində ilkin iddia üzrə İddiaçı Balaəhməd qızı vəsiyyət üzrə vərəsə kimi tanınsın. Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, ev 10 ünvanında yerləşən 118 saylı mənzilə münasibətdə ilkin iddia üzrə İddiaçı Balaəhməd qızının 2/3 (4/6) hissədə payı, ilkin iddia üzrə Cavabdeh1 1/6 hissədə məcburi payı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 isə 1/6 hissədə məcburi payı müəyyən edilsin. İlkin iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar