Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4383/2020 23.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “747,82 manat pul tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “747,82 manat pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 747,82 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xocalı rayonundan məcburi köçkündür, Goranboy rayonu Börü qəsəbəsində yaşayır. BOKT “X1” MMC-nin Goranboy filialı ilə bağladağı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik qalıq borcun 39,30% dərəcəsini təsdiq etməklə 2000 manat kredit götürmüşdür. O, müqavilənin şərtlərini yerinə yetirmiş, həmin məbləğin 1000 manatını ödəmiş, qalan 1.000 manat borcu birdəfəlik ödəmək üçün banka getsə də, kredit təşkilatının əməkdaşı olan cavabdeh ona krediti birdəfəlik ödəməməyi, 1000 manat pulu ona verməyi, iddiaçının əvəzinə qalan kredit borcunu hər ay vaxtında ödəyəcəyini bildirmişdir. Bu səbəbdən 1000 manat pulu ona vermiş, cavabdeh bir müddət ödəmiş, lakin sonra ödəniş etməmişdir. Kredit təşkilatı ona qarşı məhkəmədə iddia qaldırmışdır. Goranboy rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(045)-243/17 nömrəli məhkəmə əmrinə əsasən ondan 568,77 manat əsas borc, 73,24 manat faiz borcu, 56,88 manat cərimə borcu, ümumilikdə 698,89 manat kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu ondan tutularaq BOKT “X1” MMC-yə ödənilməsi barədə göstəriş verilmişdir. Hesab edir ki, həmin məbləğ və icra zamanı ödəməli olduğu 7% məbləğ cavadehdən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddələrinin tələbinə uyğun olaraq tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının qeyd etdiyi 1000 manat pulu almamış və iddiaçının əvəzindən BOKT “X1” MMC-yə borc ödəyəcəyi ilə bağlı hər hansı bir öhdəlik götürməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatlını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı belə bir mötəbər sübutların mövcud olmasını təsdiq edən rəsmi sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifəsini yerinə yetirməmişdir. Bu səbəbdən onun iddia tələbi özü-özlüyündə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “747,82 manat pul tutulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-4383/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4383/2020
23.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver