Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4390/2021 05.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh3 PSC-nin Azərabaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Məmmədli Fidan Rasim qızının cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 PSC-nin Azərabaycan Respublikasındakı nümayəndəliyinə qarşı "pul tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədli Fidan Rasim qızı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 PSC-nin Azərabaycan Respublikasındakı nümayəndəliyinə qarşı "pul tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən biletin dəyəri olan 1536,22 manatın və 30 manat dövlət rüsumunun, cəmi 1566,22 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 16.03.2020-ci il tarixdə “X3 MMC-yə 1536,22 manat pul ödəməklə Budapeşt-Moskva və Moskva-Bakı istiqamətində uçuş həyata keçirməli reyslərə 555-********** nömrəli bilet əldə etmişdir. Sonradan əldə etdiyi elektron bilet haqqında məlumatlara baxdıqda məlum olmuşdur ki, bileti birbaşa "X3 MMC satmır. Bileti Cavabdeh1 MMC Cavabdeh2 MMC vasitəsi iə “Aeroflot-Rossiyskie Avialinıi”-dən alır. Bileti alarkən Cavabdeh1 MMC bu barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.03.2020-ci il tarixli qərar ilə COVİD 19 pandemiyası səbəbindən Rusiya Federasiyası ilə olan sərhədlər bağlanmış və həmin günə olan uçuşun həyata keçirilməsi mümkün olmamışdır. Bundan sonra aprel ayında ödədiyi pulun geri qaytarılması üçün “X3 MMC- yə müraciət etməsinə baxmayaraq, Cavabdeh1 MMC 03.09.2020-ci il tarixdə cavab olaraq pulun qaytarılması üçün “Aeroflot-Rossiyskie Avialinii’’-yə müraciət etdiklərini bıldirsələr də, onu aldadaraq yenə Cavabdeh2 MMC-yə müraciət etmişlər. Sonradan Cavabdeh1 MMC, ona yenə yalan məlumat verərək Cavabdeh3nin hələ də pulu geri ödəmədiyini və həmin biletə görə ödəniş olunmayacağını bildirmişlər. Bundan sonra Cavabdeh3 şirkətinə müraciət etmiş, yalnız bundan sonra Cavabdeh1 MMC-dən ona yalnız 210,70 məbləğində pulun ödənildiyi bildirilmişdir. 20.04.2020-ci il tarixdə Cavabdeh3 şirkəti öz rəsmi saytında pandemiya səbəbi ilə 05.03.2020-cı il tarixdən sonra olan bütün uçuşlar üçün vauçerlər verəcəklərini və ya pulu geri qaytaracaqlarını bildirmişlər. Bilet üçün ödədiyi pulun qaytarılması barədə “Aeroflot-Rossiyskie Avialiniı" şirkətinə müraciət etdikdə şirkət 04 09.2020-ci il tarixdə cavab verərək bilet pulunun 19.03.2020-ci il tarixdə agentliyə ödənildiyini bildirdilər. Bundan sonra “X3" MMC müraciət edəndə onlar bildirdilər ki, uçuş həyata keçdiyi üçün yalnız biletin vergi hissəsini geri qaytara biləcəklər. 16.03.2020-ci il tarixdə Budapeşt-Moskva və Moskva-Bakı istiqamətində uçuş həyata keçirilmişdir. Lakin buna baxmayaraq həmin pul hələ də ona geri qaytarılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Abid oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, hazırki mülki iş üzrə mübahisə olunan 17.03.2020-ci il tarixdə Budapeşt-Moskva və Moskva-Bakı istiqamətində uçuş baş tutmuş, şirkət tərəfindən bütün xidmətlər həyata keçirilmişdir. İddiaçı tərəflə yazışmaları var, iddiaçıya məlumat verilmişdir ki, uçuş baş tutacaq, getmədiyi təqdirdə bilet pulu geri qaytarılmayacaqdır. Cavabdeh1 MMC pandemiya şəraitində xəbərləri, elanları yalnız aviakompaniyalardan əldə edə bilirdi. Cavabdeh3 PSC-nin 30.03.2020-ci il tarixli elanında həmin hissə əks olunmuşdur. Lakin uçuş baş tutduğu və sərnişin uçuşa qatılmadığı üçün sadəcə aerobiletin vergi hissə qayatrılıb şirkətə. İddiaçı dəfələrlə ofisə yaxınlaşmış, ona bütün məlumatlar verilmişdir, bundan əlavə whatsapp mobil tətbiqi vasitəsilə iddiaçı ilə yazışmaları da olmuşdur. İddiaçı qeyd edir ki, qəbz verilməyib, amma bu mümkün deyil, 2 nüsxədə tərtib olunur, 1 möhürlü şirkətdə qalır, digəri tərəfə təqdim edilir. Bilet 1536 manata satılmışdı, iddiaçıya məlumat verilmişdir ki, uçuşa getmədiyi təqdirdə bilet ləğv olunacaq, yalnız vergi hissəsi qaytarılacaq, iddiaçı da anladığını bildirmişdir, tərəflər arasında yazışma bu cür olmuşdur. PSC 210,70 manat pul birbaşa Cavabdeh3 PSC-dən yox, Cavabdeh2 MMC-dən yox, beynəlxalq aviasiya şirkəti tərəfindən qaytarılıb. İddiaçıya da bildirilmişdir ki, biletin vergi hissəsini qayarmağa hazırdırlar. Odur ki,iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 PSC-nin Azərabaycan Respublikasındakı nümayəndəliyinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, hazırki mülki iş üzrə cavabdehlik daşımır. Çünki 17.03.2020-ci il tarixdə Budapeşt- Moskva və Moskva-Bakı istiqamətində uçuş baş tutmuşdur və PSC tərəfindən öhdəlik tam icra edilmişdir. Cavabdeh2 MMC agent kimi, X3” MMC subagent kimi faəliyyət göstərirlər və onlar pulu birbaşa şirkətə ödəmirlər, beynəlxalq aviasiya təşkilatına ödəyirlər, daha sonra həmin aviasiya təşkilatı pulu paylayır. İddiaçı isə həmi uçuşdan imtina etmiş və bu barədə heç bir rəsmi məlumat verməmişdir. Lakin müdafiə etdiyi tərəf uçuş baş tutduğu, iddiaçı tərəfindən bilet istifadə olunmadığı üçün iddiaçıya biletin vergi hissəsini, 210,70 manat pulu qaytarmışdır. Bu hal müvafiq qanunvericilikdə də qeyd olunmuşdur ki, bilet istifadə olunmadığı, lakin uçuş həyata keçirildiyi anlarda sadəcə biletin vergi hissəsi geri qaytarılır. Odur ki,iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 21-23, 385.1, 386.1, 1096-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, İddiaçı iddia etmişdir ki, cavabdehlər Cavabdeh1 MMC, “Carlton Travel Assistance” MMC və Cavabdeh3 PSC-nin Azərabaycan Respublikasındakı nümayəndəliyinin təqsiri üzündən, onun Budapeşt- Moskva və Moskva-Bakı istiqamətində uçuşu baş tutmamış, nəticədə ona biletin dəyəri olan 1536,22 manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.03.2020-ci il tarixli qərar ilə COVİD 19 pandemiyası səbəbindən Rusiya Federasiyası ilə olan sərhədlərin bağlanmasını və həmin günə olan uçuşun həyata keçirilməsinin mümkün olmamamasını əsas gətirərək, uçuşdan imtina etdiyini göstərmişdir. İşin məhkəmə baxışı zamanı araşdırılmış hallarında həmçinin müəyyən olunmuşdur ki, 17.03.2020ci il tarixdə Budapeşt-Moskva və Moskva-Bakı istiqamətində uçuş baş tutmuş, Cavabdeh1 MMC tərəfindən bütün xidmətlər həyata keçirilmişdir. Eyni zamanda, iş mataeriallarına əlavə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet səhifəsindən çıxarışdan göründüyü kimi, tərəflər 18.03.2020-ci il tarixdən Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərlərinin dayandırılması barədə razılığa gəlmişdirlər. Beləliklə, işdə olan sübutlarla İddiaçı qeyd olunan səfərdən könüllü imtina etməsi, hava nəqliyyatı ilə sərnişin daşıma qaydalarına uyğun olaraq Cavabdeh3 PSC tərəfindən alınmış biletin vergi hissəsi olan 210,70 manat pulun Cavabdeh1 MMC-yə qaytarılması təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-14.2.9-cu maddələrində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 842.1-ci maddəsinə əsasən sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.2-ci madddəsinə əsasən mülki hüquq pozuntusunu (delikti) törətmiş şəxs zərərin onun təqsiri üzündən vurulmadığını sübuta yetirərsə, zərərin əvəzini ödəməkdən azad edilir. Cavabdeh3 PSC-nin “Hava nəqliyyatı ilə sərnişin və yük daşıma qaydaları”nın 4.7-ci bəndinin tələıblərinə görə sərnişinin daşınmadan könüllü imtina etməsi halında, xarici dövlətlərin vergiləri istisna olmaqla, hava daşımasına görə haqq sərnişinə qaytarılmır. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qeyd olunan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 MMC-dən 210,71 manat vəsait tutularaq, iddiaçı Məmmədli Fidan Rasim qızına qaytarılmalı, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun 5 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 MMC-dən 210,71 (iki yüz on manat, 71 qəpik) manat borc və ödənilmiş dövlət rüsmunun 5 (beş) manat hissəsi tutularaq, iddiaçı Məmmədli Fidan Rasim qızının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4390/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4390/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver