Məhkəmə qərarları › İş №2(004)-4397/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4397/2022

12.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4397/2022 12.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanına tanınan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun yaşayış sahəsinə qeydiyyata alındığı və faktiki olaraq yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanındakı mənzilə Cavabdeh (bundan sonra cavabdeh), Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-303/2017 №-li, 13 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə köçürülməsinə qət edilsə də, cavabdeh bu günə kimi qətnamənin icrasında maraqlı olmamış, özünün daha əvvəllər yaşadığı, ünvan 2 ünvanında yaşamağa davam etmişdir və bu ünvan cavabdehin faktiki yaşadığı ünvanıdır. Cavabdehin məhkəmə tərəfindən mənzilə tanınan istifadə hüququnun, yəni cavabdehin mənzilə köçürülməsi barədə məhkəmə qətnaməsi icrası mümkün olmayan icra sənədi olaraq Bakı şəhəri Yasamal rayonu icra şöbəsinin 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinə geri qaytarılmışdır. Bu səbəbdən, Cavabdeh ünvan 1 ünvanına tanınan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2004-2016-cı illər ərzində orda əri ilə birlikdə yaşamışdır. Həmin vaxta kimi iddiaçını tanımamış, əri vəfat etdikdən sonra həmin evə gələrək onu evdən qovmuşdur. Yekun məhkəmə qərarları vardır, onun həmin evə istifadə hüquqları tanınmış və evə köçürülməsi qərara alınmışdır. İcranın geri qaytarılması barədə qərarından xəbəri yoxdur. Onu heç kim çağırmamışdır. Həmin evə köçmək istəyir, başqa evi yoxdur, məcburiyyətdən qardaşı ilə yaşayır. İddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Oktyabr Rayon Xalq Deputatları Sovetinin 79/14 №-li, 11 aprel 1987-ci il tarixli qərarının notarial təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən X12 vəfat etdiyindən, Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən evə dair icarə müqaviləsi onun həyat yoldaşı Minəxanım Ağayeva ilə bağlanmışdır. Bakı şəhəri Mənzil – Kommunal Təsərrüfat Birliyinin 111 saylı mənzil – kommunal istismar sahəsinin 22 yanvar 2018-ci il tarixli, 04 saylı sorğuya cavab məktubundan görünür ki, Cavabdeh ünvan 3 ünvanında hal-hazıradək qeydiyyatsız olaraq yaşayır. Bakı şəhəri Yasamal RPİ tərəfindən xx.xx.2005-ci ildə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci ildə Azərbaycan Respublikası ünvan 5 ünvanında qeydiyyatdadır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(004)-1356/2016 saylı qətnamənin surətindən görünür ki, iddia ərizəsi təmin edilmiş, iddiaçı Cavabdeh ünvan 1 ünvanında yerləşən evə yaşayış və istifadə hüququnun tanınması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8748/2016 saylı xx.xx.2016-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1356/2016 nömrəli işi üzrə 04 aprel 2016-cı il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ünvan 7 ünvanında yerləşən evə (yaşayış sahəsinə) istifadə hüququ tanınması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-2607/2017 saylı, 05 iyun 2017-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-8748/2016 saylı, 13 dekabr 2016-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-303/2017 saylı qətnamənin surətindən görünür ki, ilkin və qarşılıqlı iddia ərizələrinin qismən təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməsi, cavabdehlər X13, X1, X6, X5 və X3 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı “maddi zərərin tutulması tələbi”nə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2016/2021 saylı, 01 aprel 2021ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5266/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verılməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(009)-2016/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsinin dəyışdirilmədən saxlanılması qət edilmışdı. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə köçürülməli və X13, X1, X6, X5 və X3 Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 saylı evə olan istifadə hüquqları itirilmiş hesab edilməlidir. İcra sənədinin icrasının təmini məqsədilə sözügedən evə baxış keçirilmiş, evin cəmi bir otaqdan ibarət olduğu, hazırda həmin evdə X9, X7, X10 və X8 yaşadığı məlum olmuş, eləcə də əlavə şəxslərin köçürülməsinin mümkünsüzlüyü, həmçinin qeyd olunan icra sənədinin xx.xx.2021-ci il tarixdə icraata daxil olmasına baxmayaraq, tələbkar təyin olunmuş vaxtlarda icra yerinə gəlməmiş və gəlməməsi ilə bağlı üzürlü səbəb bildirməmişdir. Bu səbəbdən hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-303/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh mübahisələndirilən mənzildən istifadə hüququna xitam verilməsi məsələsi həll edilərkən, ilk öncə cavabdehin həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmaması müəyyən edilməlidir. İş materiallarından göründüyü kimi, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən məzilə istifadə hüququ yuxarıda sadalanan məhkəmə qətnamələri ilə tanınmışdır. Həmçinin, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Əbilov küçəsi, 73 ünvanında yerləşən mənzilə köçürülməsi barədə olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13 oktyabr 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarı ilə Yasamal rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-303/2017 saylı icra sənədi geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, həm də Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübаhisəni həlli edən məhkəmə, o cümlədən аpellyаsiyа instаnsiyаsı məhkəməsi ilk növbədə iddiа qаldırmış şəxsin müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsını аrаşdırmаlıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Eyrenin İrlandiyaya qarşı iş üzrə” qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən - “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.” Hazırkı halda, İddiaçı yaşadığı mənzil üzərində mülkiyyət hüququna malik olmadığına görə, onunla eyni hüquqa malik olan cavadeh Cavabdeh həmin mənzildən istifadə hüququna xitam verilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Odur ki, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdehin sözügedən mənzilə istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən evə tanınan istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerlışən evə tanınan istifadə hüququna xitam verilməsinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar