Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-44/2025 06.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdeh, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X24 və X7 iştirakları ilə, İddiaçı MMC-nin X45, X36, X28 və X25 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılması və sökülməsi üçün MMC-yə təhvil verilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yərləşən mənzildə qanunsuz olaraq inşa edilmiş tikililərin sökülməsi ve reyestrdan çıxarışa əsasən mülkiyyətlərində olan sahəyə görə onlara güzəştli sahə də əlavə edilməklə yeni tikiləcək binadan mənzilin verilməsi, binanın inşa edilənədək cavabdehlərə kirayə haqqının verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qurtqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi torpaq sahəsi "xxxx" MMC-yə ayrılmasını və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi “Azərdövlətsənayelayihə” DLİ tərəfindən təsdiq olunmuş 28 aprel 2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. "xxxx" MMC isə sözügedən Sərəncamın icrasını təmin etmək məqsədi ilə ərazidə yaşayan sakinlərlə fərdi qaydada danışıqlar apararaq razılaşdırılma yolu ilə əvəzləşdirmə və ya kompensasiya müqavilələri bağlayır. Aparılan işlərlə paralel olaraq cavabdeh ofisə dəfələrlə dəvət edilmiş və onun maddi ehtiyacı olması ilə bağlı çoxsaylı xahişləri nəzərə alınaraq istifadəsində olan mənzilinin 30 m² sahəsi üzrə kompensasiya müqaviləsi bağlanmışdır. Cavabdeh mənzilinin qalan sahəsi üzrə də müqavilə bağlayacağı barədə vəd vermiş, lakin sonradan tələbini artıraraq mülkiyyət hüququndan onlara ziyan vurmaqla sui istifadə etmişdir. Həmçinin cavabdeh qanunsuz tikililərinin əvəzində külli miqdarda kompensasiya tələb etmələri və razılığa gəldikdən sonra dəfələrlə müqavilə bağlamaqdan imtina etməsi mülkiyyəti üzərindəki hüquqlarından sui istifadə edərək onlara ziyan vurmaq və ətrafdakı digər sakinlərin də mənzillə təmin edilməsini ləngidərək Cəmiyyətin vəziyyətini ağırlaşdırmaqla onun tələbi ilə razılaşmağa məcbur etməkdədirlər. Onlar dəfələrlə bu kimi hallara yol verməmələrini və ağlabatan bir razılama ilə məslənin həll edilməsi barədə cavabdehə dəfələrlə müraciət etsələr də onlar hər dəfə tələbini artırmışdır. Göründüyü kimi burda məqsəd üçüncü şəxslərə ziyan vurmaqla öz istəklərinə çatmaqdan ibarətdir ki, tələb edilən məbləğlə müqayisədə onlarla razılaşmaları mümkünsüzdür. Aparımış bütün danışıqların nəticəsiz qalmasından sonra məsələnin məhkəmə qaydasında həll edilməsindən başqa çarəsi olmadığından onlar da məcburən məhkəməyə müraciət etməli oldular. Məhkəmə prosesinin gedişində İddiaçı MMC tələbinə dəqiqləşdirmə verərək, Cavabdeh mənzilinin 40 kvadratmetri üçün 120.000 manat kompensasiya ödənilməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı MMC tələbinə daha bir dəqiqləşdirmə edərək, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən tamamilə qəzalı vəziyyətdə və istismara yararsız olan, 70 kv.m. sahədən ibarət olan fərdi yaşayış evinin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi; Cavabdeh məhkəmə tərəfindən təyin edilimiş əmtəəşünaslıq ekspertizasının "13" may 2025-ci il tarixli, YDQM№ 004-062/2025 saylı rəyinə uyğun olaraq ünvan 2 ünvanında yerləşən evin razılığa gəlinməsi mümkün olmayan 40 kv.m.-lik hissəsinin əvəzində 100.000 (yüz min) AZN kompensasiyanın "xxxx" MMC tərəfindən ödənilməsi ilə Cavabdeh Seriya RX ******* saylı Çıxarış ilə paylı mülkiyyətində olan fərdi yaşayış evinə mülkiyyət hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə X45, X36, X28 və X12 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia aşağıdakılara əsasən rədd edilməlidir: 1. Bakı ş. İHB 164 saylı, xx.xx.2020 tarixli sərəncamında qeyd edilib ki, Bakı şəhəri, Yasamal r. Ə.Ələkbərov, S.Dağlı, İsmayıl Qutqaşınlı və M.Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericilyin tələblərinə uyğun qarşılıqlı qazılıq əsasında LUX Recidence tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün LUX Recidence MMC icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. Göründüyü kimi xx.xx.2020 tarixli sərəncamda nəinki mülkiyyətçilər, hətta mülkiyyətçi olmayan-istifadəçilərin (qanunsuz tikililər və s.) də hüquqları tanınmış, onlarla qarşılıqlı razılıq şərti müəyyən edilmiş, qarşılıqlı razılıq əldə edildikdən sonra tikinti işlərinin başlanılması qərara alınmışdır. Yəni, iddiaçının hüquqlarını müəyyən edən, hüquqlarını yaradan bu sənəddir ki, həmin sənəddə ona hazırkı iddia qaldırmaq üçün səlahiyyəti verilməyib. İddiaçı isə qanunsuz olsa belə, tikililərin sökülməsinə subyektiv hüququ olmadığı halda bu tələblə məhkəməyə müracitə etmişdir. Qanunsuz tikililərin sökülməsi ilə bağlı subyektiv hüquq Yerli İcra Hakimiyyətlərindədir. Yerli İcra Hakimiyyətinin isə belə bir iddiası yoxdur. İddiaçı üzərinə düşən qarşılıqlı razılıq vəzifəsini icra etmək qanunsuz yollarla məhkəmədən keçirmək məqsədi ilə hazırkı iddianı qaldırmışdır. Ali Məhkəmə səviyyəsində formalaşmış təcrübə var, bu kimi iddialar subyektiv hüququn olmaması əsası ilə rədd edilir. 2. Məhkəmədə mülkiyyətində və faktiki istifadəsində olan mənzil hissəsinin daxili parametrləri (içdən-içə), orta bazar qiyməti ilə bağlı hər hansı iddia olmadığı halda məhkəmə bununla bağlı xx.xx.2025 tarixli qərardadla ekspertiza təyin etmişdir. 2.1 Məhkəmənin ekspert qarşısında qoyduğu sualın özü də düşündürücüdür. Niyə məhz daxili parametrlər? Bəs həyətyanı sahə, binanın yerləşdiyi ərazi və s. Axı həyətyanı sahə X42 Qanunun 9-cu maddəsinə əsasən onun mülkiyyətindədir. 2.2 hazırkı halda məhkəmə bu tapşırığı ekspert olmayan, ümumiyyətlə rəy verən şəxsin Məhkəmə ekspertizanın təyin edilməsini yalnız ekspertə tapşıra bilər, mütəxəssis olub-olmaması bəlli olmayan "X43 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırmışdır. İşdə olan sənədlərdən görünür ki, həmin dırnaqarası ekspert iddiaçı ilə əlbir olub, rəy vermişdir. Zatən baxışa bir gəlib, bir getdilər, yüksək ödənişini də iddiaçı qabaqcadan həyata keçirmişdir (hansı marağa görə). 3. "X43 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin vicdansıcasına verdiyi rəydə isə mənzilin dəyəri vicdansızcasına (Mülki Məcəllədə nəzərdə tutulan vicdansızlıq) dəfələrlə aşağı endirlimişdir? Sual yaranır: hansı mənbədən götürüb bu qiymətləri "ekspert"? Rəy verən Mamed Səfərovun "X43 Mərkəzi" MMC ilə bağlılığı da rəydən görünmür (işçidir, dostudur, qohumudur direktorun?) yoxsa nəyidir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin rədd edillməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, evinin eskiz layihəyə uyğun, həyətdən ölçülməsini istəyir. Hal-hazırda eskiz layihə ilə evinin sahəsi 147 kv.m-dir. Bu sahəyə və evinin şəraitinə əsasən 450.000 manat məbləğində kompensasiya istəyir. Onun köçmək niyyəti yoxdur və qonşuların bəziləri də kompensasiya məbləği ilə razı deyillər. 2-3 il əvvəl ona 300.000 manat məbləğində kompensasiya vermələri qarşılığında gedəcəyini bildirmişdi. Lakin, razılaşmadılar. İddiaçı tərəf verilmiş müddət ərzində barışıq üçün cəhd etməyib. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda digər üçüncü şəxs X18 nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi hazırda qızı X18 paylı mülkiyyətindədir. Ətraflarında 3 bina tikilib və heç biri ilə müqavilə bağlanmayıb. O, evini qızının adına rəsmiləşdirmişdir və yeni çıxarış almışlar. İddiaçı ilə danışıqlar zamanı mənzilin sahəsi az olduğuna görə 1 kv.m üçün 4000 manat istəmişdi. Lakin, razılaşma olmadı. O, iddiaçının təklif etdiyi evdə yaşamaq istəmir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 3 il əvəl iddiaçı ilə danışıqlar aparılıb. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X45 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi onun paylı mülkiyyətindədir. İddiaçı ilə onun arasında müqavilə bağlanmayıb və razılıq əldə edilməyib. Verilən suala cavab olaraq bildirmişdir ki, onun evi cavabdehin evindən aşağıda yerləşir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, o evini təxminən 7-8 il əvvəl satmışdır. İddiaçıya və digər müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 212 kv.m, yaşayış sahəsi 123,4 kv.m, yardımçı sahəsi 83,6 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ü/s-72 kv.m. hissədə Cavabdeh (xx.xx.2014-cü il), ü/s-61,2 kv.m (1, 12, 13, 14 nömrəli otaqlar) hissədə X7 (xx.xx.2006-cı il), 2 otaq (y/s-29,9 kv.m) hissədə X1 (xx.xx.2006-cı il), 1 otaq y/s-5,9, k/s-22,5 kv.m hissədə X13 (xx.xx.2014-cü il), ü/s-45,9 kv.m hissədə X29 adına qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********62-1301 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 212 kv.m fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında ü/s-72 kv.m. hissədə Cavabdeh(xx.xx.2014-cü il), ü/s-61,2 kv.m (1, 12, 13, 14 nömrəli otaqlar) hissədə X18 (xx.xx.2022-ci il), 2 otaq (y/s-29,9 kv.m) hissədə X14 (xx.xx.2018-ci il), 1 otaq y/s-5,9, k/s-22,5 kv.m hissədə X15 (xx.xx.2016-cı il), ü/s-45,9 kv.m hissədə X29 (xx.xx.2014-cü il) adına qeydiyyata alınmışdır. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 21 avqust 2020-ci il tarixli 164 nömrəli Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. İş materiallarına Bakı şəhəri İcra Hakimiyyəti ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1603 nömrəli Torpaq icarə müqaviləsi əlavə edilmişdir. Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti ilə mülkiyyətçi Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli müqavilənin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, mülkiyyətçi Cavabdeh ünvan 4 ünvanında yerləşən evdə sahiblik və istifadə hüququ üzrə ona məxsus, faktiki 70 kv.m. sahədən ibarət mənzilin giriş tərəfindən 30 kv.m hissəsini Şirkət İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən faktiki 70 kv.m. sahədən ibarət mənzilin giriş tərəfindən 30 kv.m hissəsini Şirkət Mülkiyyətçidən təhvil alır və müəyyən edilmiş qaydada Mülkiyyətçiyə 75.000 (yetmiş beş min) manat pul ödəyir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən müəyyən edilir ki, mənzilin dəyəri Mülkiyyətçinin bank hesabına köçürülür. "xxxx" ASC-nin İT0000010 nömrəli, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh hesabına 75375 (yetmiş beş min üç yüz yetmiş beş) manat vəsait köçürülməsi icra olunmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, Cavabdeh xx.xx.2007-ci il tarixdən ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər aşağıdakılardır: X26, xx.xx.1953; X61, xx.xx.1940; X2, Xx.Xx.1936; X30, xx.xx.1949; X46, xx.xx.1956; X45, xx.xx.1957; X16, xx.xx.1964; X25, xx.xx.1965; X10, xx.xx.2008; X47, xx.xx.1979; X48, xx.xx.1978; X37, xx.xx.2014; X49, xx.xx.1990; X38, xx.xx.2005; X50, xx.xx.2006; X3, xx.xx.1965; X31, xx.xx.1962; X34, xx.xx.1964; X39, xx.xx.1982; X40, xx.xx.2000; X19, xx.xx.1964; X32, xx.xx.1991; X51, xx.xx.2017; X4, xx.xx.1983; X5, xx.xx.1994; X20, xx.xx.1984; X41, xx.xx.1988. İddiaçı tərəfindən X9 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 164 saylı, 21 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı, Mikayıl Müşfiq, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı və Kazım Kazımzadə küçələrinin əhatə etdiyi torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlanmış 31 avqust 2020-ci il tarixli, 4603 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən yeni yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sözügedən ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binaların tikilməsi nəzərdə tutulmuşdur. Sözügedən ərazidə yaşayan hər bir sakin kimi onunla da müqavilə şərtləri müzakirə edilmiş, lakin tələb etdiyi məbləğin real bazar qiymətinə və evinin faktiki vəziyyətinə uyğun gəlməməsi səbəbindən razılıq əldə edilməmişdir. Belə olan halda onun evi üçün hər görüş zamanı fərqli qiymətlər tələbinin, mənzilinə ixtisaslaşmış təşkilat tərəfindən qiymət təyin edilməklə, qanun çərçivəsində məhkəmə müstəvisində müzakirə edilməsi istisna edilmir. Nəzərə alınması xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçılar X36 və X24 cavabdehlər Cavabdeh və İddiaçı MMCyə qarşı İddiaçı MMC ilə X21 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, İddiaçı MMC və X21 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli müqavilə etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixli 42 nömrəli Müqavilə üzrə tərəflər İddiaçı MMC və X6 xx.xx.2021-ci il tarixli 42 nömrəli əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmaları, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərinin pulla ödənilməsi qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “...iş materiallarına əsasən müəyyən olunur ki, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmış ünvan 4 ünvanı paylı mülkiyyətdədir və sözügedən daşınmaz əmlak üzrə iddiaçı X36, iddiaçı X45 və Cavabdeh Suldur qızı müvafiq paylar üzrə mülkiyyətçidirlər. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr imperativ qaydada notariat qaydasında təsdiqlənməli olduğu halda, əqdin etibarsızlığı institutunun elementlərindən olan “forma” tələbi pozulmaqla mübahisənin predmetini təşkil edən LUX Residence” MMCyə qarşı LUX Residence” MMC ilə X21 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli notarial qaydada deyil, sadə yazılı formada və daşınmaz əmlak üzrə digər payçıları olan iddiaçıların razılığı olmadan bağlanılmışdır. Nəticə etibarilə, İddiaçı MMC ilə X21 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli forma və məzmun baxımından etibarsız hesab edilməli və müqavilə üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.” “X43 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-062/2025 saylı, 13 may 2025-ci il tarixli rəyindən görünür ki, 1-ci sual üzrə: ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh zının mülkiyyətində və faktiki istifadəsində olan hissəsinin daxili parametrləri (içdən-içə) üzrə sahəsi 72m² təşkil edir. Həmçinin əlavə olaraq, baxış zamanı təqdim edilmiş və dam örtüyü altında yerləşən bir sahə mövcuddur. Həmin sahə heç bir rəsmi sənəddə mansard kimi göstərilməmiş, yalnız baxış zamanı mansard kimi təqdim olunmuşdur. Lakin sahə faktiki olaraq mansard mərtəbə hesab oluna bilməz. Belə ona qalxışı təmin edən daimi pilləkan mövcud deyil və konstruktiv-parametrik göstəricilər zərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti norma və qaydalarına uyğun gəlmir. Bu əbəbdən, həmin sahənin mansard kimi qiymətləndirilməsi əsaslı hesab edilmir. 2ci sual üzrə: ünvan 4 ünvanında yerləşən fərdi aşayış evinin (Cavabdeh mülkiyyətində və faktiki istifadəsində olan aşayış sahəsinin) orta bazar qiyməti (yuvarlaqlaşdırılmış şəkildə) 177.000 AZN (bir yüz yetmiş yeddi min) manat təşkil edir. Məhkəmə tərəfindən 29 sentyabr 2025-ci il tarixində Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Ə.Ələkbərov küçəsi, 7 sаylı evə iddiaçının nümayəndəsi Nümayəndə3 və Cavabdeh iştirakları ilə yerində müayinə keçirilmişdir. Keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin evinə pilləkan vasitəsilə daxil olmaq mümkündür. Ev 3 otaqdan ibarətdir. Evin girişi mətbəx kimi istifadə olunur və divarlarda çatlar var. Qonaq otağının divarlarında da çatlar yaranmışdır. Həmin otaqdan yataq otaqlarına keçid mövcuddur. Qonaq otağının tavanından pilləkan vasitəsilə çardağa daxil olmaq mümkündür. Orada müxtəlif əşyalar yerləşdirilmişdir. Cavabdeh tikinti işləri nəticəsində divarlarda çatların yarandığını, həmçinin, tavanın söküldüyünü və su axdığını,çardağa əvvəllər mövcud olmuş pilləkan vasitəsilə daxil olduqlarını bildirmişdir. Azərbaycan Respublikası Bakı şəhəri, Yasamal rayonu Yasamal Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 145 və 147 nömrəli arayışlardan görünür ki, X36 və X52 ünvan 4 ünvanda yerləşən əmlak vergisinin ödəyicisidir, xx.xx.2025-ci il tarixinədək borcları yoxdur. İş materiallarına "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş ünvan 5 ünvanında Cavabdeh məxsus mövcud fərdi yaşayış evinin ikinci mərtəbəsinin və mansardının, X33 məxsus mövcud fərdi yaşayış evinin zirzəmi və birinci mərtəbəsinin, həmçinin X17 məxsus mövcud fərdi yaşayış evinin zirzəmi, birinci mərtəbə və mansardının eskiz layihələri əlavə olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 13-cü maddəsinin İİİ hissəsinə əsasən Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 43-cü maddəsinin İ hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 43-cü maddəsinin İİ hissəsinə əsasən, Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.3-cü maddəsinə əsasən Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. 15-ci maddəsinə əsasən Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 16.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsəziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 18-ci maddəsinə əsasən Mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.6-cı maddəsinə əsasən Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 213.1-ci maddəsinə əsasən, İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.1-ci maddəsinə əsasən, Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.4-cü maddəsinə əsasən, Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5-ci maddəsinə əsasən, Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.1-ci maddəsinə əsasən Alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007- ci il 10 may tarixli Qərar, § 49). Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Baxımdan məhkəmə hesab edir ki, çoxmənzilli yaşayış binalarından fərqli olaraq fərdi yaşayış evlərinə mülkiyyət hüququ dövlət ehtiyacları və qanunda nəzərdə tutulmuş digər hallar istisna olmaqla mülkiyyətçinin iradəsinə zidd olaraq məhdudlaşdırıla bilməz. İddiaçı yalnız mülkiyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının 21 avqust 2020-ci il tarixli 164 nömrəli Sərəncamının icrası ilə əlaqədar iddiaçı tərəfindən fərdi evlərdə yaşayan sakinlərin köçürülməsi ilə bağlı onlara məxsus olan həmin ərazidə yeni tikiləcək çoxmərtəbəli binada yeni təmirli yaşayış sahələri (mənzillər) təqdim edilir. Sakinlərlə fərdi qaydada danışıqlar apararaq razılaşdırılma yolu ilə əvəzləşdirmə və ya kompensasiya müqavilələri bağlanılır. İş üzrə tərəflər cavabdehə məxsus fərdi yaşayış evinin söküldüyü halda kompensasiya məbləğina dair razılığa gələ bilmədiklərindən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı cavabdehlə razılığa gəlinməsi mümkün olmayan 40 kv.m.lik sahənin əvəzinə 100.000 manat verilməklə cavabdehin fərdi yaşayış evinə mülkiyyət hüququna xitam verilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli 164 saylı Sərəncamı, ərazinin "xxxx" MMC-yə verilməsini həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə qarşılıqlı razılıq əsasında mülki münasibətlərin tənzimlənməsi şərti ilə müəyyən edir. Bu sənəd iddiaçıya birbaşa olaraq razılıq olmadan qanunsuz tikililərin sökülməsini tələb etmək səlahiyyəti vermir. İddiaçı məhkəməyə iddia verməklə cavabdehi razılığa gəlməyə məcbur edir. Həmçinin məhkəmə qeyd edir ki, fərdi yaşayış evi xüsusi mülkiyyətdir. AR Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə, AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülki Məcəllənin 6.3-cü maddəsinə görə, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Cavabdehin fərdi yaşayış evinə münasibətdə belə zərurət yoxdur, odur ki, onun mülkiyyət hüququ müdafiə olunmalıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından (Çıxarışlardan) göründüyü kimi ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında bir neçə şəxsin, o cümlədən Cavabdeh qızının, Gözəlova L.İ. qızının, Rzayeva İ.İ. qızının və digərlərinin adına qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 42 nömrəli (30 kv.m hissəsinin təhvili barədə) müqavilə etibarsız hesab edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində bu müqavilənin daşınmaz əmlak üzrə digər payçıların razılığı olmadan və notarial qaydada deyil, sadə yazılı formada bağlanması (forma və məzmun baxımından etibarsızlıq) qeyd edilmişdir. Məhkəmə qətnaməsi ilə əvvəlki əqd etibarsız hesab edildiyindən, iddiaçının hazırkı tələbi faktiki olaraq həmin paylı mülkiyyətin bir hissəsinə və ya bütövlüyünə yönəldilir. Bu, digər payçıların mülkiyyət hüququna məhdudiyyət qoyulması deməkdir ki, bu da yalnız qanunla müəyyən edilmiş qaydada və bütün payçıların razılığı və ya iştirakı ilə mümkündür. Bütün payçılarla razılıq əldə edilmədiyi halda, evin bütövlükdə boşaldılmasını və sökülməsini tələb etmək qanuni əsaslara söykənmir. Məhkəmə tərəfindən mübahisənin məhkəmədən kənar həlli üçün tərəflərə müvafiq şərait yaradılmış, məhkəmə baxış iclası bu məqsədlə təxirə salınmış, tərəflərin barışması üçün tədbirlər görülmüş, lakin iddiaçı ilə cavabdeh arasında evin təhvil verilməsi və kompensasiyanın məbləği barədə qarşılıqlı razılıq əldə olunmamışdır. Cavabdeh tələb olunan məbləği (100.000 AZN) qəbul etmir və öz evinin şəraitinə və faktiki sahəsinə əsaslanaraq 450.000 AZN kompensasiya tələb edir. Mülki qanunvericilikdə hər hansı bir əmlakın dövlət ehtiyacları və ya ictimai maraqlar üçün alınması zamanı mülkiyyətçinin hüquqlarının təmin edilməsi və ona ədalətli bazar qiymətinin ödənilməsi tələb olunur. Cavabdehə təklif olunan faktiki 72 kv.m olan mənzilin 40 kv.m əvəzinə 100.000 manat ödənilməsi mənzil şəraitinin yaxşılaşdırılması deyil, pisləşdirilməsi hesab edilə bilər ki, bu da layihənin məqsədinə və ədalətlilik prinsipinə ziddir. Cavabdeh tərəf digər sakinlərə fərqli yanaşma tətbiq edilməsini iddia edərək mülkiyyət hüququndan sui-istifadə halının mövcud olduğunu iddia edir. Bundan başqa məhkəməyə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmiş digər payçılar X18 nümayəndəsi X8 və X52 da iddia tələbini qəbul etmədiklərini və iddiaçı ilə razılaşmadıqlarını bildirmişlər. Məhkəmə qeyd edir ki, paylı mülkiyyətdə olan evin bütövlükdə sökülməsi və ya təhvil verilməsi bütün payçıların hüquqlarına toxunur. Bütün payçılarla razılıq əldə edilmədiyi və ya onların mülkiyyət hüququna xitam verilməsi qanuni qaydada həll edilmədiyi halda, iddiaçının tək cavabdehə qarşı qaldırılan iddiasının təmin edilməsi digər payçıların hüquqlarının pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılması və sökülməsi üçün MMC-yə təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “kompensasiya verilməklə fərdi yaşayış evinin boşaldılması və sökülməsi üçün MMC-yə təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-44/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-44/2025
06.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver