Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4402/2025 26.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı1 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı sahənin ayrılaraq təhvil verilməsi, texniki pasportun və çıxarışın mübahisəli hissəsinin ləğv edilməsi, Cavabdeh2 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı mülkiyyətin qanunsuz sahiblikdən geri qaytarılması və daşınar əşyaların götürülməsi, sahənin boşaldılması tələblərinə dair mülki iş üzrə (açar sözlər: çıxarışın etibarsızlığı, qanunsuz sahiblikdən azad etmə, əşyaların götürülməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, iddiaçının nümayəndəsi – cavabdeh İddiaçı2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı sahənin ayrılaraq təhvil verilməsi, texniki pasportun və çıxarışın mübahisəli hissəsinin ləğv edilməsi, Cavabdeh2 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı mülkiyyətin qanunsuz sahiblikdən geri qaytarılması və daşınar əşyaların götürülməsi, sahənin boşaldılması tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 216/14 nömrəli kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamı ilə B.Səfəroğlu küçəsi 116 nömrəli evdə yaşayan mənzil kirayəçisi X1 ölümü ilə əlaqədar olaraq 1 otaqlı, sahəsi 13 kv.m olan mənzilin kirayə müqaviləsinin mərhumun gəlini İddiaçı1 ilə bağlanmasına sərəncam verilmişdir.
2. Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 8 nömrəli istifadə etdiyi otaqların verilməsi haqqında sərəncamı ilə B.Səfəroğlu küçəsi 116 nömrəli evin sahəsi 35 kv.m olan boşalmış otaqlarının F.N.Maqsudovun mənzilinə əlavə edilməsi və onun sahəsi 63,5 kv.m. olan 5 otaqlı mənzilin kirayəçisi hesab edilməsinə sərəncam verilmişdir.
3. Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 174 nömrəli boşalmış otaqların verilməsi haqqında sərəncamı ilə B.Səfəroğlu küçəsi 116 nömrəli evin sahəsi 39 kv.m olan boşalmış otaqlarının F.N.Maqsudovun mənzilinə əlavə edilməsi və onun sahəsi 102,5 kv.m. olan 8 otaqlı mənzilin kirayəçisi hesab edilməsinə sərəncam verilmişdir.
4. Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 170 boşalmış otaqların verilməsi haqqında sərəncamı ilə B.Səfəroğlu küçəsi 116 nömrəli evin sahəsi 26 kv.m olan boşalmış 2 otağı İddiaçı1 mənzilinə əlavə edilməsi və onun sahəsi 39 kv.m. olan 3 otaqlı mənzilin kirayəçisi hesab edilməsinə sərəncam verilmişdir.
5. Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli, 280 nömrəli boşalmış otaqların verilməsi haqqında sərəncamı ilə B.Səfəroğlu küçəsi 116 nömrəli evin sahəsi 23 kv.m olan boşalmış 2 otağının İddiaçı1 mənzilinə əlavə edilməsi və onun sahəsi 62 kv.m. olan 5 otaqlı mənzilin kirayəçisi hesab edilməsinə sərəncam verilmişdir.
6. Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 231/11 nömrəli kirayə müqaviləsinin dəyişdirilməsi haqqında sərəncamı ilə B.Səfəroğlu küçəsi 116 nömrəli evdə yaşayan mənzil kirayəçisi X2 ölümü ilə əlaqədar 2 otaqlı, sahəsi 28 kv.m olan mənzilin kirayə müqaviləsinin mərhumun nəvəsi X6 ilə bağlanmasına sərəncam verilmişdir.
7. Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı, 053151 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 nömrəli evin 4 yaşayış otağı İddiaçı1 Anatolyevanın adına xx.xx.1996cı il tarixdə qeydə alınmışdır.
8. Bakı Şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin MH seriyalı, 055646 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 4 nömrəli ev xx.xx.1996-cı ildə X4 adına qeydə alınmışdır.
9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli texniki pasportdan görünür ki, ünvan 4 nömrəli ev X4 mülkiyyətindədir, texniki pasporta əlavə edilmiş mənzilin yerləşdiyi bina haqqında məlumatdan görünür ki, evdə 8-i yaşayış otağı, 1 mətbəx, 1 sanitar qovşaq, 1 daxili dəhliz, 1 giriş, 1 balkon olmaqla cəmi 13 otaq mövcuddur.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində 126,6 kv.m sahəsi olan 116 nömrəli ev tam pay olaraq xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır.
11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən təqdim edilmiş məlumatdan görünür ki, Cavabdeh2 adına çıxarışın verilməsinə əsas olmuş sənəd xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur.
12. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin İcra məmuru Rəhman Atamoğlanov, tələbkar Cavabdeh2, borclu İddiaçı2 və hal şahidi X9 tərəfindən təsdiq edilmiş xx.xx.2025ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən 116 nömrəli ünvanda 2 ədəd paltar tikən maşın, 1 komplekt Yeni il yolkası, 1 qutu Yeni il oyuncaqları, 2 ədəd dəmir seyf aşkarlanmış, İddiaçı2 həmin əşyaların ona aid olduğunu, digər əşyaların anasına aid olduğunu bildirmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
13. İddiaçı1 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən əvvəllər X5, hazırda isə Cavabdeh2 məxsus mənzilin ümumi sahəsindən 13 kv.m (3-cü mərtəbə, sağ tərəfdən 4-cü otaq) sahənin ayrılaraq iddiaçıya təhvil verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş texniki pasportun və xx.xx.2018-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilərək, qismən ləğv edilməsi, cavabdehlərin müdaxiləsinin qarşısının alınması və iddiaçının sahədən sərbəst istifadəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddianın əsaslarına görə, İddiaçı1 mərhum X1 gəlini kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 216/14 nömrəli “Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” Sərəncamına əsasən Bəşir Səfəroğlu küçəsi 116 ünvanında yerləşən 1 otaqlı (13 kv.m) mənzilin qanuni kirayəçisi olmuşdur. Sərəncama əsasən, həmin mənzil X1 ölümündən sonra mərhumun gəlini İddiaçı1 verilib və ailə tərkibi 6 nəfər olaraq rəsmi sənəddə əks etdirilib. Bu, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 126 və 127-ci maddələrinin tələblərinə tam uyğundur. Buna baxmayaraq, Cavabdeh2 mərhum həyat yoldaşı X4 adına olan mənzilə aid texniki pasportu və çıxarışı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti ilə əlbir şəkildə qanunsuz olaraq əldə etmiş və iddiaçının qanuni istifadəsində olan 13 kv.m sahəni həmin sənədlərə daxil etdirərək mənzilə birləşdirmişdir. Bakı şəhəri Yasamal rayonu 42 saylı MKİS-nin xx.xx.2012-ci il tarixli, 3-cü mərtəbənin eskizindən görünür ki, Maqsudov Fuadın adına olan sahənin orta hissəsində 13 kv.m sahəsi olan otaq “Qonşu” yazılmışdır. Bu sahənin Zinaida Anatolyevaya aid olması rəsmi dövlət sənədi ilə bir daha təsdiqini tapır.
15. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 qarşı iddia ərizəsi, sonradan tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya mülkiyyət hüquqları ilə məxsus ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 13 kv.m sahənin cavabdeh İddiaçı2 və İddiaçı1 tərəfindən zəbt edilməsinə son qoyulması, cavabdehlərə məxsus daşınar əşyaların ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 13 kv.m sahədən çıxarılması və sahənin boşaldılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdehlər hazırda qonşu olmaqla bir həyətdə yaşayırlar. ünvan 3 ünvanında olan ümumi sahəsi 100,6 kv.m mənzil xx.xx.2025ci il tarixli (öncəki qeydiyyat xx.xx.2018-ci il) mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına əsasən Cavabdeh2 xüsusi mülkiyyətindədir. Cavabdeh2 müvafiq çıxarışa malik olmaqla sözügedən mənzil ona həyat yoldaşından, sonuncu xx.xx.2018-ci il tarixində vəfat etdikdən sonra vərəsəlik qaydasında keçmişdir. Hələ iddiaçının mərhum həyat yoldaşı X3 ikən cavabdeh özünə məxsus olan işlədilməyən və bir qayda olaraq zirzəmidə saxlanması təyinatına malik olan əşyalarını iddiaçı və onun həyat yoldaşına məxsus sahədə saxlamışdır. İddiaçı cavabdehin qonşu olması səbəbilə və həmçinin sözügedən sahənin birbaşa onun ehtiyacına zəruri olmadığı üçün uzun illər cavabdehin əşyalarının orada saxlanmasına icazə vermişdir. Həmçinin, cavabdeh ilin bir çox vaxtını xarici ölkədə olduğu üçün iddiaçı onu çox zaman narahat etməmişdir. Hazırda iddiaçı özünə aid müəyyən zərurətlə əlaqədar sözügedən sahəni üçüncü şəxslərə özgəninkiləşdirmək istəyir. Hətta artıq potensial alıcıdan beh məbləği də razılaşdırılaraq alınmışdır. Lakin, cavabdehə etmiş olduğu “əşyalarının çıxarılaraq sahənin boşaldılmasına” dair tələbini cavabdeh qəfildən rədd etmiş və iddiaçıya bildirmişdir ki, sözügedən əşyalarını həmin sahədən çıxarmaq fikrində deyildir. Cavabdehin bu hərəkəti iddiaçını təəcübləndirməklə yanaşı, hazırda iki qonşu arasında artıq münasibətləri dözülməz həddə çatdıraraq iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsini labüd edir. Beləliklə, cavabdeh İddiaçı2 tərəfindən hazırda həyata keçirilən hərəkətlər onun tərəfindən özgəsinə - iddiaçıya məxsus mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olan zəbt xarakterli hərəkətlərdə ifadə olunmaqdadır. İddiaçı isə qanuni mülkiyyətçi kimi bu hərəkətlərə son qoyulmasının sivil qaydada məhkəmə yolu ilə cavabdehdən tələb edilməsi barədə tədbirlərin görülməsini xahiş edir.
17. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 4452/2025 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı mülkiyyətin qanunsuz sahiblikdən geri qaytarılması və daşınar əşyaların götürülməsi, sahənin boşaldılması tələbinə dair 2(004)-4452/2025 nömrəli mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı sahənin ayrılaraq təhvil verilməsi, texniki pasportun və çıxarışın mübahisəli hissəsinin ləğv edilməsi tələbinə dair 2(004)-4402/2025 nömrəli, yəni hazırkı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmişdir.
b) iddiaya etiraz
18. İddia tələblərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
19. Cavabdeh – iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin olunmasını və məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir.
20. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi – cavabdeh İddiaçı2 öz iddia ərizəsinin məzmununa uyğun izahat verib, təmin olunmasını, Cavabdeh2 iddia ərizəsinin rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
24. İddiaçı1 iddia tələbləri Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində yerləşən əvvəllər X5, hazırda isə Cavabdeh2 məxsus mənzilin ümumi sahəsindən 13 kv.m (3-cü mərtəbə, sağ tərəfdən 4-cü otaq) sahənin ayrılaraq iddiaçıya təhvil verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş texniki pasportun və xx.xx.2018-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilərək, qismən ləğv edilməsi, cavabdehlərin müdaxiləsinin qarşısının alınması və iddiaçının sahədən sərbəst istifadəsinin təmin edilməsi barədədir.
25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsində 126,6 kv.m sahəsi olan 116 nömrəli ev tam pay olaraq xx.xx.2018-ci il tarixdə Cavabdeh2 adına qeydə alınmışdır.
26. Göründüyü kimi, iddiaçının mübahisə etdiyi sahə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 13 kv.m sahədən ibarət 1 otağıdır. Otağın yerləşdiyi fərdi yaşayış evi isə tam pay hüququ üzrə xx.xx.2018-ci ildə tarixdə Cavabdeh2 adına qeydə alınmışdır. İddiaçının digər tələblərinə mahiyyəti üzrə qiymət verilməsi üçün ilk növbədə həmin qeydiyyatın əsaslılığı yoxlanılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının əsaslı olub-olmadığını yoxlamaq üçün isə həmin qeydiyyatın hansı əsasla aparıldığına, qeydiyyatın əsasında müvafiq akt və ya əqdin durmasına, həmin akt və əqdin etibarlı olub-olmadığına diqqət yetirilməlidir.
27. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdən məlum olmuşdur ki, İddiaçı1ın mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli qeydiyyatın aparılmasına əsas xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə olmuşdur. Həmin vərəsəlik hüququ haqqında şəhadətnamənin mübahisələndirilməsi üçün isə hazırkı halda iddiaçının müvafiq subyektiv hüququ mövcud deyil.
28. xx.xx.2018-ci il tarixdə verilmiş texniki pasportun etibarsız hesab edilməsi hissədə də tələb əsaslı deyil. Texniki pasport daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan sənəddir. Texniki pasport özlüyündə hüquqmüəyyənedici sənəd deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 10.2.3-cü maddəsinə əsasən torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər sırasındadır.
29. Bunlardan əlavə, iddiaçı iddianın əsası kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyətinin Başçısının xx.xx.1995-ci il tarixli, 216/14 nömrəli “Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” sərəncamına istinad etmişdir, hansı ki həmin sərəncama əsasən Bəşir Səfəroğlu küçəsi 116 ünvanında yerləşən 1 otaqlı (13 kv.m) mənzilin qanuni kirayəçisi olaraq İddiaçı1 təsbit edilmişdir.
30. Lakin, bu sənədin mövcudluğu da iddianın təmin edilməsi üçün əsas ola bilməz. İş materiallarına Bakı Şəhəri Yasamal İcra Hakimiyyətinin müxtəlif tarixli sərəncamları əlavə edilmişdir və görünən odur ki, həm İddiaçı1, həm də mərhum Fuad Maqsudovun B.Səfəroğlu küçəsi 116 ünvanında yerləşən fərdi yaşayış evinin otaqlarının kirayəçisi hesab edilmələri barədə ayrı-ayrı tarixlərdə sərəncamlar verilmişdir. Bu sərəncamlar şəxsə mənzildə yaşamaq və istifadə hüquqları versə də mülkiyyətçi statusunu qazanmaq üçün sonradan hüquqların qeydiyyatı üçün müraciət etmək zəruri idi.
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biridir.
32. Göründüyü kimi, İddiaçı1 çıxarışın etibarsız hesab edilməsi tələbi öz təsdiqini tapmadığından, sahənin təhvil verilməsi və sərbəst istifadənin təmin edilməsi barədə digər tələblər də təmin edilə bilməz.
33. Artıq qeyd edildiyi kimi, B.Səfəroğlu küçəsi 116 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətində olduğundan onun cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı həmin ünvanda yerləşən, ümumi sahəsi 13 kv.m sahənin zəbtinə son qoyulması barədə tələbi təmin edilməlidir. Sahə Cavabdeh2n mülkiyyətindədir və həmin sahə cavabdehlər tərəfindən daşınar əşyalar yerləşdirilməklə zəbt edilmişdir. Mülkiyyətçi isə özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
34. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin İcra məmuru Rəhman Atamoğlanov, tələbkar Cavabdeh2, borclu İddiaçı2 və hal şahidi X9 tərəfindən təsdiq edilmiş xx.xx.2025ci il tarixli aktdan görünür ki, sözügedən sahədə 2 ədəd paltar tikən maşın, 1 komplekt Yeni il yolkası, 1 qutu Yeni il oyuncaqları, 2 ədəd dəmir seyf aşkarlanmış, İddiaçı2 həmin əşyaların ona aid olduğunu, digər əşyaların anasına (və atasına) aid olduğunu bildirmişdir. Təqdim edilmiş fotoşəkildən də görünür ki, sahədə adı çəkilən əşyalardan başqa çeşidləndirilməsi mümkün olmayan müxtəlif əşayalar da mövcuddur. Odur ki, həm aktda adları qeyd edilmiş, həm də qalan əşyalar cavabdehlər tərəfindən sahədən çıxarılmalı və sahənin boşaldılması vəzifəsi cavabdehlərin üzərinə qoyulmalıdır.
35. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı sahənin ayrılaraq iddiaçıya təhvil verilməsi, texniki pasportun və çıxarışın etibarsız hesab edilərək qismən ləğv edilməsi, cavabdehlərin müdaxiləsinin qarşısının alınması və iddiaçının sahədən sərbəst istifadəsinin təmin edilməsi tələbləri barədə iddiası təmin edilməməli, Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 qarşı iddiası təmin edilməli, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 13 kv.m cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən zəbt edilməsinə son qoyulmalı, cavabdehlərə məxsus daşınar əşyaların ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 13 kv.m sahədən çıxarılması və sahənin boşaldılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı1 cavabdehlər Cavabdeh2 və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı sahənin ayrılaraq təhvil verilməsi, texniki pasportun və çıxarışın mübahisəli hissəsinin ləğv edilməsi, sahədən sərbəst istifadənin təmin edilməsi tələblərinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2 və İddiaçı1 qarşı mülkiyyətin qanunsuz sahiblikdən geri qaytarılması, daşınar əşyaların götürülməsi, sahənin boşaldılması tələblərinə iddiası təmin edilsin. Cavabdeh2 məxsus ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 13 kv.m sahənin İddiaçı2 və İddiaçı1 tərəfindən zəbt edilməsinə son qoyulsun. Daşınar əşyalar – 2 ədəd paltar tikən maşın, 1 komplekt yeni il ağacı (yolka), 1 qutu yeni il oyuncaqları, 2 ədəd dəmir seyf və qalan əşyalar İddiaçı2 və İddiaçı1 tərəfindən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 13 kv.m sahədən çıxarılsın, sahənin boşaldılması vəzifəsi İddiaçı2 və İddiaçı1 üzərinə qoyulsun. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə