Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4403/2025 13.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun tutulması) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X1 Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsində verdiyi izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı hissə-hissə ödəmək şərtilə aldığı telefonun yerdə qalan 1880 manat məbləği ailə vəziyyəti ilə əlaqədar olaraq ödəyə bilməmişdir.
2. Həmin materiallarda olan Cavabdeh2 verdiyi izahatdan görünür ki, Cavabdeh1 İddiaçı hissə-hissə ödəmək şərtilə telefon almış, daha sonra ödəniş etməkdən imtina etmişdir.
3. Video-yazıdan görünür ki, Cavabdeh1 mobil telefonu əldə edərkən müvafiq anket məlumatlarını yazılı formada təqdim etmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1830 manat pul və 39 manat məbləğdə dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddianın əsaslarına görə, Cavabdeh1 tanış şəxs vasitəsilə tanımış, xx.xx.2023-ci il tarixdə Cavabdeh1 7 aylığına hər ay 300 manat olmaqla kreditə “İphone 15 pro max” mobil telefon (ilkin ödəniş 500 manat ödənilmiş) satmışdır. Həmin ödənişin təminatı kimi Cavabdeh2 Cavabdeh1 bağlamış olduğu kredit müqaviləsi üzrə zamin olmuşdur. Cavabdeh1 ilk ay 270 manat ödəniş etmiş, lakin digər ayları ödəməkdən imtina edir. Cavabdeh1 mobil telefonuna zəng edərək ödənişin edilməsini bildirdikdə nalayiq ifadələr işlədərək təhqir etmişdir. Bundan sonra onu 22-ci Polis şöbəsinə şikayət etmiş, həmin şöbədə araşdırılma aparılarkən Cavabdeh1 izahatında borcunu etiraf etdiyini və ödəniş etmədiyini etiraf etmişdir.
b) iddiaya etiraz
6. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
8. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; Maddə 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
12. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.
13. Belə ki, iddiaçı Cavabdeh1 hissə-hissə ödənilməsi şərtilə telefon satması barədə razılaşmışlar, daha sonra sövdələşmə razılaşdırılmış qaydada icra edilməmiş, Cavabdeh1 tərəfindən ödənişlər edilməmişdir. Bu fakt işdəki sübutlarla – Cavabdeh1 tərəfindən Polis şöbəsində verilmiş izahatla, məhkəməyə təqdim edilmiş video-yazı ilə öz təsdiqini tapır. Həmin izahatla Cavabdeh1 iddiaçıya 1880 manat borcunun qaldığını bildirmişdir.
14. Polis şöbəsində verdiyi izahatla Cavabdeh1 1880 manat borcunun qaldığını etiraf etsə də iddiaçı 1830 manat məbləğdə pulun tutulmasını xahiş etdiyindən iddia bu çərçivədə təmin edilməlidir.
15. Lakin iddia tələbin digər cavabdeh – zamin qismində təqdim edilən Cavabdeh2 münasibətdə təmin edilməməlidir.
16. Belə ki, qanunvericiliyə əsasən zaminlik müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. Hazırkı halda isə belə bir yazılı müqavilə təqdim edilməmişdir.
17. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
18. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumunun əvəzi də Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır.
19. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 1830 manat məbləğdə pul və 39 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1869 manat pul Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.
20. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. 1830 manat məbləğdə pul və 39 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1869 manat pul Cavabdeh1 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə