Məhkəmə qərarları › İş №2(004)-4413/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4413/2023

30.11.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4413/2023 30.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası) şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 fəaliyyət qabiliyyətli olmamasının ləğv edilməsi və onun fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2020-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi və üzərinə onun qəyyumu təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Yasamal rayon məhkəməsinin iclasında baxılıb və aşağıda olan məzmunda araşdırma aparılıb. AR Səhiyyə Nazirliyi Məhkəmə X3 Kompleks Ambulator Məhkəmə-Psixiatrik və Məhkəmə Psixoloji Ekspertizasının xx.xx.2019-cıı il tarixli 2659 saylı rəyinə əsasən, məhkəmə-psixiatrik ekspertizası üzrə X4 xx.xx.2019-ctı il tarixdə onu avtomaşın vurduqdan sonra onda psixi pozuntu meydana gəlməsini, psixi vəziyyətinə görə öz hərəkətlərini dərk və idarə etmək iqtidarında olmadığını bildirmişdir. Psixi vəziyyətinə görə halların mahiyyətini qavramaq, bu barədə düzgün ifadə vermək X5 mexaniki yaddaşı saxlanılmadığından ona qarşı edilən hərəkətləri mexaniki olaraq qavramaq, gördüklərini təsvir etmək, ardıcıllığı ilə danışmaq və verilən suallara cavab vermək qabiliyyətinə malik deyildir. X5 müayinə zamanı koqnitiv (dərketmə) fəaliyyətinin enməsi, intellektual-mnestik resurslarının aktiv olmaması ilə əlaqədar onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq, yaranmış şəraitin mahiyyətini dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək imkanına malik olmamağı qənaətinə gəlmişlər. Hazırda isə Abdullayev Salehin sağlamlığı bərpa olunub, özünü tam idarə edir və etdiyi hərəkətlərin mənasına anlayır. Sağlamlığının bərpa olunması barədə arayışı almaq üçün Səhiyyə Nazirliyinin 16 saylı poliklinikasına müraciət olunmuşdur. Poliklinika xx.xx.2023-cü il tarixli arayışı təqdim etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1807/2020 saylı qətnaməsinə əsasən, Ərizəçi ərizəsinin təmin edilməsi, xx.xx.1990-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və qətnamənin X6 üzərində qəyyum təyin etmək üçün əsas olması qət edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli 2807 saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, X5 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X7 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malikdir. Buna görə də, X7 fəaliyyət qabiliyyətli şəxs hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Həmin Məcəllənin 28.9-cu maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Həmin Məcəllənin 35.9-cu maddəsinə əsasən, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda qəyyum və ya himayəçi qəyyumluqda və ya himayədə olanın fəaliyyət qabiliyyətli sayılması və onun üzərindən qəyyumluğun və ya himayəçiliyin götürülməsi barədə məhkəmə qarşısında vəsatət qaldırmağa borcludur. Həmin Məcəllənin 38.5-ci maddəsinə əsasən, qəyyumun, himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının ərizəsinə əsasən məhkəmə qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi haqqında qərar çıxardıqda yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluğa və himayəçiliyə xitam verilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi X4 atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 322.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda məhkəmə müvafiq icra hakimiyyəti orqanının, ailə üzvlərinin, psixiatriya (psixonevroloji) müəssisəsinin, qəyyumluq və himayəçilik orqanının ərizəsi üzrə, məhkəmə-psixiatriya ekpertizasının müvafiq rəyinə əsasən şəxsin fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında qətnamə çıxarır. Məhkəmənin qətnaməsi əsasında onun üzərində müəyyən edilmiş qəyyumluq ləğv edilir. Beləliklə, X1, onda hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmaması, X4 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olması məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X4 fəaliyyət qabiliyyəti olmayan sayılmasına səbəb olmuş əsaslar aradan qalxdığından, onun fəaliyyət qabiliyyətli sayılmasına dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X7 fəaliyyət qabiliyyətli şəxs hesab edilməli, onun üzərində təyin edilmiş qəyyumluq ləğv edilməlidir. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1990-cı il təvəllüdlü X7 fəaliyyət qabiliyyətli şəxs hesab edilsin. Bu X2 üzərində təyin edilmiş qəyyumluğun ləğv edilməsi üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar