Məhkəmə qərarları › İş №2(004)-4414/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4414/2020

02.10.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4414/2020 02.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinı̇n Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinı̇n Sosial Müdafiəsi Nazirliyinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxx 2020-ci il tarixli **********4 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı ildən Azərbaycan Respublikasi Əmək və X2 Nazirliyi yanında Dövlət X6 Bakı şəhəri Xətai Rayon Şöbəsinin mühasibat uçotu sektorunun böyük məsləhətçisi vəsifəsinə qəbul olunmuşdur. İşlədiyi müddətdə vəzifə öhdəliklərini nümunəvi şəkildə yerinə yetirmiş, barəsində heç bir tənbeh tədbiri görülməmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 1077 saylı Fərmanına əsasən Dövlət X6, Dövlət Məşğulluq Agentliyinin, Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bazasında publik hüquqi şəxslər yaradılmışdır. Fərmanda qeyd olunmuşdur ki, bu Fərmanın 1-3-cü hissələrində nəzərdə tutulan Dövlət X12, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafıq olaraq, Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət X6, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. Göründüyü kimi, ləğvetmə prosesi baş vermədiyi halda, ƏƏSMN-nin **********4 nömrəli əmrinə əsasən xx.xx.2020-ci il tarixində əmək müqaviləsinə “xxxxxxxxxxxxxxxxx” əsası ilə xitam verilmişdir. xxxxxxxxxxxxxxxxx o halda mümkündür ki, həmin orqanın (və ya müəssisənin) vəzifə və hüquqları hüquq varisliyi qaydasında başqa quruma (orqan və ya müəssisəyə) keçməsin. Hazırki vəziyyətdə isə publik hüquqi şəxs bütün əmlakı, vəzifə və səlahiyyətləri ilə öz fəaliyyətini dəyişilməz qaydada davam etdirir. Dövlət orqanının hüquqi statusunun dəyişməsi və ya hər hansı formada yenidən təşkil edilməsi ləğvetmə kimi qiymətləndirilə bilməz. Əks halda “yenidən təşkil (çevrilmə)” və “ləğvetmə” arasında nə terminoloji, nə də hüquqi fərq olardı. Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Mövcud vəziyyətdə ləğvetmə deyil, çevrilmə baş verdiyindən, Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə istinad edilməsi qanuni deyil, yolverilməz və absurddur. Belə ki, mövcud qanunvericiliyə görə çevrilmə şəklində yenidən təşkilin ləğetmə ilə heç bir hüquqi bağlılığı yoxdur. Hazırda fəaliyyət göstərən publik hüquqi şəxs dövlət orqanı statusunu itirdiyindən orada çalışan dövlət qulluqçuları da yalnız “dövlət qulluqçusu” statusunu itirmiş olur. Belə ki, bir qurumun (orqan və ya müəssisənin) təşkilati hüquqi forması və ya statusunun dəyişməsi orada çalışan işçinin statusuna təsir göstərə bilər, lakin əmək müqaviləsinə xitam verilməsi üçün heç bir birbaşa və ya dolayı əsas yoxdur. Dövlət orqanının ləğv edilməsi ilə əlaqədar heç bir hüquqi akt mövcud deyildir və təbii olaraq heç bir ləğvetmə prosesi həyata keçirilməmiş, ləğvetmə komissiyası yaradılmamışdır. DSMF çevrilmə şəklində qeydiyyatdan keçmişdir. Əmək Məcəlləsinin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipləri pozulmuşdur. Görünən budur ki, Fond yalnız ona və bir neçə işçiyə münasibətdə ləğv olunub. Belə ki, qurum öz fəaliyyətini olduğu kimi, elə əvvəlki işçi heyəti ilə davam etdirir. Əgər hüquqi anlamda “ləğvetmə” həqiqətən mövcud olsaydı, bu, təbii olaraq bütün işçi heyətinə aid olardı, yalnız “seçilmişlər”ə deyil. Onu da qeyd etmək istəyir ki, əmək müqaviləsinə xitam verilməmişdən əvvəl, Nazirliyin kadrlar şöbəsindən mobil telefon vasitəsi ilə Dövlət X7 struktur dəyişikliyinin olmasını səbəb gətirərək, işə öz arzusu ilə geri çağrılması barədə ərizə yazması və işdən azad olunması ilə bağlı ikinci ərizəni yazmaqla işdən çıxması tələb edilmiş, əks təqdirdə ixtisar olunmaqla işdən azad ediləcəyi bidirilmişdir. Sosial məzuniyyətdə olduğu və az yaşlı övladına baxdığı üçün işə çıxmasının mümkunsuz olduğunu bildirmiş, buna baxmayaraq Nazirliyin kadrlar şöbəsinin bir neçə əməkdaşı ona yuxarıda qeyd etdiyi formada ərizə yazması üçün təzyiq göstərmişdirlər. Nəhayət Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 saylı əmri ilə Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Halbuki, xx.xx.2019cu il tarixdə qeydiyyata alınmış ərizəsinə əsasən ona övladının üç yaşına çatanadək sosial məzuniyyət veirilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinı̇n Sosial Müdafiəsi Nazirliyi iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı Nazirliyin xx.xx.2016-cı il tarixli xx/xx-1112 nömrəli əmri ilə müddətli müqavilə əsasında DSMF-nin Xətai Rayon Şöbəsinin mühasibat uçotu sektorunda böyük məsləhətçi vəzifəsinə təyin edilmiş və xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və X3 Nazirliyi yanında Dövlət X10 əsasında Dövlət X13 publik hüquqi şəxs yaradılmışdır. Həmin fərmanın 7-ci hissəsində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatınaalındığı günədək Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət X13 və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət X8 adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir. Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət X8” Nizamnaməsi”nin 4.5.6-cı yarımbəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək səlahiyyəti X11 verilmişdir. Həmin Fərmanın 4.11.11-ci yarımbəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X8 işçilərinə münasibətdə Nazirlik özünün işə götürən səlahiyyətlərini itirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 7.5-ci bəndinə əsasən Dövlət X9 işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. Qeyd edilən tapşırığın icrası ilə bağlı həm Nazirlik tərəfindən, həm də Dövlət X13 tərəfindən yeni yaradılmış qurumlarda işə qəbul olunmaqla bağlı İddiaçı ilə dəfələrlə əlaqə saxlanılaraq ərizə yazaraq yeni işə keçmə barədə məlumat verilmişdir. Həmçinin, bəhs edilən dövrdə İ.Xədicə ilə işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul olunma haqqında ərizələr yazmasından imtina etməsi barədə Əmək və X3 Nazirliyi tabeliyində Dövlət X8 Xətai rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə Əmək və X3 Nazirliyinə müraciət edərək Nazirliyin Aparatının Dövlət qulluğu və Kadr məsələləri şöbəsindən onunla əlaqə saxlanılaraq Nazirlik yanında Dövlət X8 struktur dəyişkliyi ilə bağlı ərizə yazaraq işə öz arzusu ilə qismən ödənişli sosial məzuniyyətdən geri qayıtmağı, öz arzusu ilə müqaviləsinə xitam verilməsi və yenidən ərizə yazaraq işə qəbul edilməsi barədə məlumatlandırıldığını göstərmişdir. İddiaçı qismən ödənişli sosial məzuniyyətdə olduğu dövrdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı iddiasına münasibətdə bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsində 1-ci hissəsinə əsasən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin, əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə, həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin, məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Göründüyü kimi, iddaçının qismən ödənişli sosial məzuniyyətdə olması onun əmək müqaviləsinə ləğvlə əlaqədar xitam verilməsi qadağan edilməmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hüquqlarını təmsil etdiyi İddiaçı 2016-cı ildə Əmək və X3 Nazirliyinin Dövlət X8 Bakı şəhəri Xətai rayon şöbəsində Mühasibat Uçotu sektorunda böyük məsləhətçi vəzifəsinə qəbul olunmuşdur. Həmin dövrdə analıq məzuniyyətində olduğu müddətdə əsassız olaraq Əmək və X3 Nazirliyinin xx xxxx 2020-ci il tarixli ********* nömrəli əmri ilə işdən çıxarılmışdır. Əmək qanunvericiliyi işçilərin məzuniyyətdə olduğu dövrdə işdən azad olunması anlayışını istisna edir. Şəxsin analıq məzuniyyətində olduğu dövrdə işdən çıxarılması qanun pozuntusudur. Digər tərəfdən, xx xxxx 2020-ci il tarixli 1077 saylı fərmanın 5.2-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Sosial xidmətlər göstərilməsi ilə bağlı hüquq və öhdəliklər, habelə sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə fərmanın 4-cü hissəsində nəzərdə tutulan Sosial Xidmət Agentliyinə verilir. Bu anlayış ondan ibarətdir ki, həmin orqanlar ləğv olunmur. Həmin xxxxxxxxxxxxxxxxx o halda mümkün ola bilər ki, həmin fəaliyyətlə bağlı yeni müəssisəyə səlahiyyətlər verilməsin. Fərmanda isə birbaşa olaraq Dövlət X4 öhdəliklərinin yeni orqana verilməsi birbaşa öz əksini tapır. Bu prosedur (çevrilmə,qoşulma) mülki hüquq münasibətlərində, hüquq şəxslərdə yerinə yetirilir və dövlət orqanlarına şamil edilmir. Mülki qanunvericilikdə bu halın qadağanedici norması yoxdursa, dövlət idarə və təşkilatının səlahiyyətlərinin çevrilməsi və ya yeni səlahiyyətlərin ötürülməsi əsaslıdır. Belə olan halda hesab edilir ki, işdən çıxarılma proseduru qanuna uyğun olmamışdır. Azərbaycan Respublikasının Əmək və X3 Nazirliyinin xx xxxx 2020-ci il tarixli əmrinin ləğv edilməsi və İddiaçı işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olanAzərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 912 nömrəli Fərmanından müəyyən olunmuşdur ki, Fərmanın 1.2-ci bəndinə əsasən Əmək və X3 Nazirliyi yanında Dövlət X10 əsasında Dövlət X13 publik hüquqi şəxs yaradılmışdır. Fərmanın 2.1-ci bəndinə əsasən nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, idarəetmə orqanlarının yaradılması, yenidən təşkili və ləğv edilməsi üzrə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə həvalə olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında» xx.xx.2020-ci il tarixli 1077 nömrəli Fərmanından müəyyən olunur ki, Fərmanın 7.5-ci bəndinə əsasən Dövlət X9 işləyən işçilərin bu Fərmanın 1-4-cü hissələrində nəzərdə tutulan publik hüquqi şəxslərdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görüb və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermələri tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X4 Xətai Rayon Şöbəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktın məzmunundan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 1076 və 1077 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə Nazirlikdə aparılacaq struktur dəyişiklikləri ilə bağlı şöbənin mühasibatlıq sektorunun böyük məsləhətçisi, analıq məzuniyyətində olanİddiaçı ilə telefon əlaqəsi saxlanılaraq şöbəyə dəvət edilməsinə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, İddiaçı şöbəyə gəlməkdən, işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul haqqında ərizələr yazmaqdan imtina etmişdir. Bu hal iş materiallarında olan İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Əmək və X3 Nazirliyinə ünvanlanmış məktubla da təsdiq olunur. İş materiallarında olan Cavabdeh xx.xx.2020-ci il tarixli **********4 saylı əmrindən görünür ki, Nazirlilyın yanında Dövtət X8 Bakı şəhəri Xətai rayon şöbəsinin Mühasibat uçotu sektorunda boyük məsləhətçi vəzifəsində müddətli müqavliə əsasında çalışan İddiaçı xxxxxxxxxxxxxxxxx i!ə əlaqadar olaraq Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişvə onunla xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020ci il tarixli, 1076 və 1077 nömrəli Fərmanlarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyində aparılacaq struktur dəyişiklikləri ilə bağlı şöbənin mühasibatlıq sektorunun böyük məsləhətçisi, analıq məzuniyyətində olan İddiaçı ilə telefon əlaqəsi saxlanılaraq şöbəyə dəvət edilməsinə, dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, o, şöbəyə gəlməkdən, işlədiyi qurumun ləğvi ilə bağlı işdən azad olunma və yaradılmış yeni quruma işə qəbul haqqında ərizələr yazmaqdan imtina etmişdir. Belə olan halda cavabdehiddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin «a» bəndi ilə ləğv etməklə bağlı əmr verməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin İddiaçı ilə bağlanmış əmək müqaviləyə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli **********4 saylı əmri əsaslı olduğundan iddiaçının iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilməşdir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi ilə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 70-ci maddəsinin “a” bəndinə əsasən, müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən üç yaşınadək uşağı olan qadınların məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.. Həmin Məcəllənin 79-cu maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən də məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinı̇n Sosial Müdafiəsi Nazirliyinin xx xxxx 2020ci il tarixli **********4 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa barədə İddiaçı iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən :Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar