Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4418/2020 08.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququ olmayan hesab edilmə”tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, məhəllə 500 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 500, ev 4a, 27 saylı mənzilə istifadə hüququ olmayan hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla orada yaşayır və mənzil tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. Cavabdeh onun keçmiş gəlini Cavabdeh onun X4un keçmiş həyat yoldaşıdır. X4 ilə xx.xx.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Qeyd edir ki, Cavabdeh ona məxsus olan mülkiyyətdə rəsmi qeydiyyatı onun üzərindəki hüquqlarını pozur. Onun qeydiyyatı formal xarakter daşıyır və onun həmin mənzildə yaşamadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalması onun mülkiyyətçi kimi öz əmlakı üzərində sərəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Kommunal ödənişlər baxımından problemlər yaradır. Öz evində rahat yaşamaq istəyir. İddianın təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışının surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 500, ev 4a, 27 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AR DİN-nin xx.xx.2020-ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 500, ev 4a, 27 saylı mənzildə qeydiyyatdadır. Yasamal Rayon Məhkəməsinin 2(004)-342/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X2 ilə Cavabdeh arasında 599 saylı nikah pozulmuşdur. Beləliklə işin müəyyən edilmiş halları odur ki, sözügedən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh mülkiyyətçinin keçmiş gəlinidir və iddiaçın mənzilində qeydiyyatdadır. Cavabdeh ilə mübahisəli mənzilin mülkiyyətçisi olan iddiaçının oğlu X1 nikaha daxil olduğu və cavabdehin mübahisəli mənzilə qeydiyyata alındığı dövrdə qüvvədə olmuş (xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə müvafiq olaraq yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-ci il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Baxılan iş üzrə Cavabdeh mənzilin mülkiyyətçisi İddiaçı ailə üzvü deyil, habelə mülkiyyətçidən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığı üçün digər qohum hesab edilə bilməz. Eyni zamanda tərəflər arasında iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna dair notariat qaydada təsdiq olunmuş müqavilə bağlanmadığından cavabdehin Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən də mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 500, ev 4A, 27 saylı mənzilə istifadə hüququ olmayan hesab olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 500, ev 4A, 27 saylı mənzilə istifadə hüququ olmayan hesab olunsun. Qətnamə CavabdehBakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, məhəllə 500, ev 4A, 27 saylı mənzilə qeydiyyatının ləğvi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-4418/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4418/2020
08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver