Məhkəmə qərarları › İş №2(004)-4424/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4424/2022

28.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4424/2022 28.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onunla birlikdə yaşayan uşaqları ilə birlikdə ona məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 130 saylı evin 1 otaqlı 56-cı mənzilindən onunla birlikdə yaşayan uşaqları - 20 aprel 2011-ci il təvəllüdlü X6, 28 dekabr 2012-ci il təvəllüdlü X7 və 17 aprel 2016-cı il təvəllüdlü X10 ilə birlikdə məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsindəki 130 saylı evin ümumi sahəsi 29,45 kv.m olan 1 otaqlı 56-cı mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzili 01 dekabr 2010-cu il tarixdə notarial qaydada təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında X1 29.563 manata almışdır. Həmin mənzilə hüquqları daşınmaz əmlakın dövlət reyestrində MA seriyalı ******* saylı çıxarışla 18 yanvar 2010-cu il tarixdə qeydə alınmışdır. Cavabdeh X8 onun gəlinidir. X4 ilə X8 06 avqust 2009cu il tarixdə nikah qeyd etdirməklə evlənmişlər. Həmin nikahdan onların 20 aprel 2011-ci il təvəllüdlü X6, 28 dekabr 2012-ci il təvəllüdlü X12 və 17 aprel 2016-cı il təvəllüdlü X10 adlı övladları vardır. Onlar ailəlikcə ona məxsus mənzildə qeydiyyatda olmaqla onunla birlikdə yaşayırlar. Cavabdeh X8 ilə aralarında həmin mənzildən istifadə hüququnun əmələ gəlməsi barədə notarial qaydada təsdiqlənmiş yazılı müqavilə bağlanmamışdır. Cavabdeh X8 ilə X4 arasında bağlanmış nikah qeydinin ləğv edilməsi barədə Yasamal rayon Məhkəməsinin icraatında mülki iş vardır. Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küşəsindəki 130 saylı evin ümumi sahəsi 29,45 kv.m olan 56-cı mənzili bir otaqlıdır. Həmin mənzildə 5 nəfər müxtəlif cinsli şəxslərin birlikdə yaşaması mümkün deyildir. Mənzildə rahatlıq tapa bilmir. Mənzildə tək özü yaşamaq istəyir. Cavabdehə mənzili uşaqları ilə birlikdə könüllü tərk etməsini (boşaltmasını) təklif etsə də, cavabdeh təkliflə razılaşmamışdır. Ona görə də məhkəməyə müraciət etmişdir. X4 ilə X8 06 avqust 2009-cu il tarixdə nikah qeyd etdirməklə evlənmişlər, cavabdeh toylarından sonra müvəqqəti yaşamaq üçün ona məxsus həmin mənzilə köçmüş və həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Cavabdehin mübahisəli mənzilə qeydiyyatı hər hansı hüquqi nəticə yaratmır. Hesab edir ki, cavabdeh X8 ona məxsus mənzildən başqa yaşayış sahəsi verilmədən məcburi qaydada çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: X11 illə Cavabdeh xx.xx.2009-cu il tarixdə Beyləqan Rayon Qeydiyyat Şöbəsində nikah bağlamış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmişdir. AZ-İİ seriyalı, 707821 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası Cavabdehdır. AZ-İİİ seriyalı, 038300 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası Cavabdehdır. AZ-İİİ seriyalı, 759468 saylı Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası Cavabdehdır. X2 (satıcı) və İddiaçı (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən Satıcı ünvan 1 ünvanında yerləşən 56 saylı mənzili alıcının müıliyyətinə verir. Satıcı daşınmaz əmlakı 29.563 manata satır, alıcı isə həmin qiymətə alır. 0146188 nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 56 saylı mənzil xx.xx.2010-cu il tarixdə tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, , ünvan 1 ünvanında yerləşən 56 saylı mənzil İddiaçı adına qeydiyyatdan keçib və hazırda onun mülkiyyətində olsa da, hazırda həmin mənzildə Cavabdeh və onun övladları 20 aprel 2011-ci il təvəllüdlü X6, 28 dekabr 2012-ci il təvəllüdlü X7 və 17 aprel 2016-cı il təvəllüdlü X10 yaşayırlar. Cavabdehin mübahisəli evdə qanunsuz yaşamaları iddiaçının bir mülkiyyətçi kimi hüquqlarını pozur. Belə ki, cavabdehin müvafiq evdə yaşamaları üçün hər hansı bir hüquqi əsas məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, cavabdehin həmin mənzildən istifadə hüquqlarının yaranması üçün tərəflər arasında hər hansı bir müqavilə və digər qanuni əsas olmadığından, iddiaçı haqlı olaraq, cavabdehin evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbi təmin edilməli, cavabdeh və onunla birlikdə yaşayan övladları mübahisəli evdən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh övladları X6, X12 və X10 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 56 saylı mənzildən çıxarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar