Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4425/2021 24.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Əlı̇ yeva Solmaz İ̇mran qızının cavabdeh Əbı̇ lov Əfqan İ̇mran oğluna qarşı "mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yeva Solmaz İ̇mran qızı cavabdeh Əbı̇ lov Əfqan İ̇mran oğluna qarşı "mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına köçürülməsi və həmin mənzildən maneəsiz istifadə etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda olan mənzilin 14.4 kv.m.-dən ibarət olan bir otaq və mətbəxin vərəsəsidir. Həmçinin, həmin ünvanda pasport qeydiyyatındadır. xx.xx.1957-ci ildə həmin ünvanda anadan olmuşdur. Ondan başqa bu ünvanda atası X10, anası X5 və 2 qardaşı - Cavabdeh və X6 yaşamışlar və burada qeydiyyatda olmuşlar. 1976-cı ildə X11 ilə ailə həyatı qurmuşdur. Evləri olmadığına görə atası onu qeydiyyatdan çıxmağa qoymamışdır. Atası, yoldaşı X7 və 3 uşağını da həmin evə qeydiyyata salmışdır. Qardaşı Əbilov Əfqan İmran oğlu mübahisəli mənzildə yaşayır. Ailə qurduqları vaxtdan bu ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Onlardan başqa orada 3 ailə yaşayırdı (2 qardaşı və onlar). 1988-ci ildə atası Əbilov İmran Əbil oğlunun razılığı ilə ailəsi ilə birlikdə həmin evin 14.4 kv.m ərazisində evin genişləndirilməsi məqsədilə ev növbəsinə dayanmışdır. Oğlu Rahim çox körpə vaxtlarından həmin evdə nənəsi ilə birlikdə yaşayıb, o evdə böyüyüb, o evdən əsgər gedib və orada ailə qurub. Daha sonra 1989-cu ildə qardaşı Cavabdeh ailə qurmuş, 2 otaqlı mənzilin 1 otağı onlara, digər otağı isə Əfqana verilmiş və əlavə olaraq onun üçün 3 otaq da tikilmişdir. Həmçinin, həyətin ona məxsus olan girişi ayrılmışdır. Bundan sonra anası ilə qalmağa başlamışdır. Anası, oğlu Rahim, Rahimin ailəsi və o, 1 otaq-1 mətbəxdən ibarət mənzildə yaşayırdılar. Anası həmişə vəsiyyət edərdi ki: “3 otaq Rövşən sənə, 3 otaq Əfqan sənə, 1 otaq və 1 mətbəx də Solmaza bizim payımızdır. Ata payıdır, gələcəkdə evlər plana düşəndə 1 otağı da Solmaza verilməlidir.” Bunu bütün ailə üzvləri bilirdi. 2010-cu ildə anası dünyasını dəyişdi. Bütün bu hadisələr də bundan sonra cərəyan etməyə başladı. Belə ki, anasının rəhmətə getdiyi gün qardaşı Əfqan evdəki yer azlığını və adamın çoxluğunu bəhanə edərək, otaqları ortadan ayıran qapını onların xəbəri olmadan açmışdır. Anasının yas mərasiminə görə bu məsələni açmamışlar. Amma evləri ayıran o qapını bağlamadılar. Anasının il mərasimi zamanı tərəflər arasında konflikt, söz-söhbət olmuşdur (evlə bağlı deyildi). Həmin ərəfələrdə münasibətlər normal idi. 2011-ci ildə anasının ilindən bir ay sonra 33 yaşlı oğlu uzun sürən xəstəlikdən rəhmətə getdi. Oğlunun dəfn mərasiminə baş qarışıq olduğundan evlə maraqlana bilməmişdir. Daha sonra öz səhhətində böyük problemlər yaşamışdır. Üst-üstə yaşadığı öncə ana, daha sonra oğul itkisi səhhətinə təsirsiz ötüşmədi, şəkər xəstəliyinə tutuldu. Bütün bunlardan istifadə edərək qardaşı Cavabdeh atasının ona pay verdiyi evi də zəbt etdi. Belə ki, öz oğlunu evləndirərək ona və ailəsinə məxsus olan evə gəlin gətirdilər. İlk başlarda adını müvəqqəti qoydu, sonra isə bu müvəqqəti daimi oldu. Lakin, evin ona məxsus olmasına heç vaxt evlər plana düşənə kimi etirazını bildirmirdi. O, Mənzil Kommunal İsitsmar sahəsinə başqa bir məsələ ilə bağlı arayış üçün getmiş, orada evlərin plana düşdüyünü eşitmişdir. Evə gələrək qardaşı ilə bu barədə danışarkən o, yenə də etiraz etmədən evin “ona aid olan hissəsi sənindi” dedi və yoldaşı da onun bu fikrini təsdiqləyərək, hər şeyin yaxşı olacağını dedi. Həmin ərəfədə artıq şirkət tərəfindən vətəndaşlara sahib olacaqları yeni evləri ilə maraqlanmaları üçün məktublar gəlmişdi. Digər qardaşı Əbilov Rövşənin qızı şirkətin nümayəndəsindən ona məxsus olan məktubu istəyərkən belə bir məktubun mövcud olmadığı bildirilir. Daha sonra Asan xidmətə gedərək “Forma-2”-ni almış, şəxsiyyət vəsiqəsini götürərək, tikintini aparan "xxxx"yə getmişdir. MTK-nın direktoru siyahıya baxaraq onun adının olmadığını bildirmiş və demişdir ki, 95 kv.m. ərazi qardaşı Əfqanın adınadır. Bundan sonra qardaşı Cavabdeh ona pay verməyəcəyini, 2 oğlunun gələcəyini düşünərək onların orada yaşayacağını bildirdi. Yoldaşı ilə bir neçə müddətdir ki, Nərimanov rayonu, Mirzəbala Əhmədzadə 11, mənzil 45 ünvanında yerləşən, 40 kv.m.lik evdə qızı X2 evində yaşayır. O və yoldaşından başqa, qızı öz ailə üzvləri- yoldaşı və 3 qızı ilə burada yaşayır. Belə şəraitdə yaşamaq çox çətindi. O, öz haqqı olanı, yəni daimi yaşadığı mənzilə, atanın və ananın ona ayırdığı hissəyə köçürülməsini istəyir. Cavabdeh isə ona maneələr yaradır. Məhz bu baxımdan artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək, iddiaçı Əlı̇ yeva Solmaz İ̇mran qızının mübahisəli mənzildə 40 ildən çox müddətdə yaşamadığını göstərmiş və məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Aslanova Bəyim Xosrov qızı ifadəsində göstərmişdir ki, cavabdehi tanıyır, üzbə-üz qonşusudur. Bakı şəhəri, Seyfəddin Dağlı küçəsində yaşayır. 42 il bundan qabaq, 1979-cu ildən ora gəlin gəlmişdir. Bəzən qonşularla həyətdə oturanda Solmaz xanım anasıgilə gələndə demişdir ki, “bu xanım kimdi”, qonşular deyib “Şölənin qızıdır.” Solmazı və ya ərini şəxsən tanımır. Əfqan və İradə ilə yaxşı münasibəti var, qonşudur. Hər gün işə gedib gəlir, gediş gəlişləri var. Solmazı orada görməmişdir, yaşamağını da görməmişdir. Solmazgil orada yaşamayıblar, şəxsən bir iki dəfə görmüşdür. Şölə qızıgilə getmişdi, Əfqangildə yas mərasimində iştirak etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, işdə olan sənədləri araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iş üzrə iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2, 158.4, 228, 385.1 və 386.1-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3cü maddəsin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 09.09.2021-ci il tarixli, **********12 saylı arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, 34/26 saylı fərdi yaşayış evinin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Vəkil2 sorğusuna cavab olaraq verilmiş 06.09.2021-ci il tarixli, **********07 saylı arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsi, ev 11, 45 saylı mənzil 21.08.1998-ci il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir. 3 saylı “ASAN" xidmət mərkəzinin notariusu tərəfindən təsdiq edilmiş 4Ə/1892 reyestr nömrəli 07.11.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən X1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 03.08.2021-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Əlı̇ yeva Solmaz İ̇mran qızı 15.05.2008-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı Əlı̇ yeva Solmaz İ̇mran qızı X4 21.08.1998-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsi, ev 11, 45 saylı mənzili alması nəticəsində mübahisəli mənzildən köçməklə həmin mənzilə olan istifadə hüququnu itirmişdir. Belə ki, hüquq münasibətlərinin yarandığı zaman, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə görə isə, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş (yəni yaşayış sahəsinə olan hüquqları itirilmiş) hesab olunur. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Beləliklə, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin ikinci hissəsinin tətbiqi baxımından, məhkəmə hazırkı iş üzrə iddiaçının 2008-ci ildən mübahisəli evdən könüllü çıxmasını, hazırki dövrə kimi Bakı şəhəri, Nərimanov rayonu, M.Əhmədzadə küçəsi, ev 11, 45 saylı mənzildə yaşamasını, onun həmin mübahisəli evi daimi olaraq tərk etməsi və başqa yaşayış məntəqəsinə köçməsi kimi qiymətləndirərək hesab edir ki, iddiaçının mübahisəli mənzilə olan istifadə hüququ itirilmişdir. Həmçinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, yuxarıda sadalanan qanun normalarına əsaslanmaqla hesab edir ki, iddiaçı Əlı̇ yeva Solmaz İ̇mran qızının ünvan 1 ünvanına istifadə hüququ itirildiyindən, bununla əlaqədar olaraq da iddiaçının mübahisəli mənzillə bağlı hər hansı bir hüquqi bağlılığı olmadığından, onun həmin mənzilə köçürülməsi tələbi əsaslı deyildir. Odur ki, hazırki tələb əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Əlı̇ yeva Solmaz İ̇mran qızının cavabdeh Əbı̇ lov Əfqan İ̇mran oğluna qarşı "mənzilə köçürülmə tələbinə dair" iddiası təmin edilməsin. İddia tələbi təmin edilmədiyinə görə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4425/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4425/2021
24.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver