Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4438/2021 22.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi və eyni zamanda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilkin iddia üzrə Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadənin qadağan olunması” tələbinə dair ilkin, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı1 qarşı “zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilkin iddia üzrə Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadənin qadağan olunması” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ünvan 10 saylı fərdi yaşayış evinin birinci mərtəbəsindən çıxarılması və Yasamal rayonu 2-ci Alatava küçəsi 93C saylı fərdi yaşayış birinci mərtəbəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı1 20 sentyabr 1997-ci il tarixdə X9 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx xxxxxxx 1998-ci il təvəllüdlü İddiaçı2 və xx xxxxx 2003-cü il təvəllüdlü İddiaçı3 anadan olmuşdur. Ailə münasibətləri pozulduğundan cavabdeh X7 qarşı “nikahın pozulması, aliment və əmlak bölgüsü tələbinə dair” iddia tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 20 sentyabr 1997-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş xx xxxxxxx 1998-ci il təvəllüdlü İddiaçı2 və xx xxxxx 2003-cü il təvəllüdlü İddiaçı3 saxlanılması üçün cavabdeh X4 hər ay sabit pul məbləğində və başqa gəlirlərin yarısı miqdarında alimentin tutularaq ona ödənilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330 kv.m. olan 3 mərtəbəli fərdi yaşayış evinin, 1-ci mərtəbəsində fəaliyyət göstərən avtomaşın təmiri sexinin, həmin sexdə olan avadanlığın “KİA Sportage” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilin, yaşadıqları evdə mövcud istifadə olunan əşyalar-yataq mebeli, mətbəx mebeli, soyuducu, televizor, divan və digər məişət əşyalarının bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli 2(004)-1956/2018 saylı qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, onunla X8n arasında bağlanılmış 20 sentyabr 1997-ci il tarixli nikahın pozulması, xx xxxxx 2003-cü il təvəllüdlü İddiaçı3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, “KİA Sportage" markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində onunla X8n hər birinin 1/2 hissədə payları müəyyən edilmişdir. Bundan əlavə, o, birgə nikah dövründə ünvan 1 ünvanında 2 sot torpaq üzərində tikilmiş ümumi sahəsi 407 kv.m olan fərdi evin tikintisinə sərf edilmiş 270000 manatın yarısı olan 135000 manatın cavabdeh X4 alınaraq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2019-ci il tarixli, 2(004)- 192/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli, 2(004)- 192/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, birgə nikah dövründə ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 407 kv.m. olan 3 mərtəbəli fərdi evin tikintisinə sərf edilmiş 120000 manatın yarısı olan 60000 manatın cavabdeh X4 alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(103)-1964/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2019-ci il tarixli, 2(004)- 192/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, X4 60000 manat məbləğində pulun tutularaq, ona ödənilməsi qət edilmişdir. Cavabdeh X9 Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(103)-11964/2019 saylı qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 iyul 2020-ci il tarixli 2(102)-2343/2020 saylı qərarı ilə cavabdeh X8n kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019cu il tarixli, 2(103)-11964/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 29 dekabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X9 19 dekabr 2020-ci il tarixində dəqiqləşdirilməmiş respirator çatışmamazlıq diaqnozu ilə vəfat etmişdir. X9 vəfat etdikdən sonra onun qardaşı, hazırki iş üzrə Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində olan qeyri-yaşayış sahəsinə qanunsuz formada sahiblik və istifadə edir. Həmin qeyri-yaşayış sahəsi avtotəmir sexi kimi fəaliyyət göstərir. Keçmiş yoldaşı X9 rəhmətə gedənə qədər həmin qeyri-yaşayış sahəsində olan avtotəmir sexini idarə edirdi. X4 ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan avtotəmir sexinin qanunsuz şəkildə fəaliyyət göstərilməsinin dayandırılmasını, istifadənin qadağan edilməsini dəfələrlə tələb etsə də, cavabdeh X9 buna məhəl qoymamışdır. Cavabdeh onun istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsindən çıxarılması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılması zəruridir. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı1 qarşı “zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edəərk, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən zəbt olunmuş Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 93 C ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evə aid torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı1 ona qarşı “fərdi yaşayış evindən istifadənin qadağan olunması, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin boşaldılması və çıxarılması tələbi” ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanında yerləşən 2 sot torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində sahiblik və istifadə hüququ vardır. Həmin evi mərhum yoldaşı ilə birlikdə tikmişlər. Lakin o, fərdi yaşayış evinin altında yerləşən qeyri-yaşayış sahəsini zəbt edərək guya qanunsuz formada sahiblik və istifadə etməklə onun həmin qeyri-yaşayış sahəsindən istifadəsini qeyri-mümkün etmişdir. Bununla da onun həmin qeyri-yaşayış sahəsi üzərində konstitusiya ilə qorunan mülkiyyət və sahiblik hüququnu pozmuşdur. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, ilk iddia tələbi qanunsuz və əsassız olduğu üçün rədd edilməli, onun cavabdehə qarşı vermiş olduğu “zəbt olunmuş sahənin boşaldılması tələbinə dair” qarşılıqlı iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd edir ki, İddiaçı1 qardaşı X9 ilə 20.09.1997-ci ildə ailə qurmuşdur. Onların rəsmi nikahlarından xx xxxxxxx 1998-ci il tarixdə İddiaçı2 və xx xxxxx 2003-cü il tarixdə isə İddiaçı3 adlı iki qız övladları dünyaya gəlmişdir. İddiaçı1 2017-ci ilin oktyabr ayında öz təşəbbüsü ilə, özünə və uşaqlarına aid olan bütün əşyaları özləri ilə apararaq evdən çıxıb getmişlər. Sonra isə M.X1 qarşı “nikahın pozulması, aliment və əmlak bölgüsü tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 01 may 2018-ci il tarixli 2(004)-1956/2018 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək tərəflər arasındakı nikah pozulmuş, xx.xx.2003-cü il təvəllüdlü İddiaçı3 anasının himayəsində qalması, yetkinlik yaşına çatanadək 154 manat alimentin tutulması və “Kia Sportage” markalı, 10-HS- 889 dövlət qeydiyyat nişanlı avtomobil üzərində iddiaçı və cavabdehin hər birinin 1/4 hissədə payları müəyyən edilmişdir. Həmin vaxtdan qardaşı X9 vəfat edən günədək həmin evdə anası ilə birlikdə yaşamamışlar. Qardaşı ikinci qrup “Qarabağ əlili” olduğu üçün onun bütün təminatını o və digər bacı və qardaşları ödəmişdir. Daha sonra İddiaçı1 qardaşı X7 qarşı “birgə nikah dövründə torpağın alınması və evin tikilməsinə çəkilmiş xərcin yarısının alınması tələbinə dair” iddiası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyul 2019-cu il tarixli 2(004)-192/2019 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2(103)-11964/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək X4 60000 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Tərəflər arasındakı nikah pozulduqdan sonra anası X3 İntiqam Cəlal oğlu ilə birlikdə yaşamışdır. 2020-ci ilin noyabr-dekabr aylarında İntiqam Əhmədov yeni tipli pnevmaniya Covid-19 koronovirus xəstəliyinə yoluxmuş və 19.12.2020-ci li tarixdə vəfat etmişdir. Cavabdeh qardaşının dəfnində və sonrakı yas mərasimlərində iştirak etməmiş, sonradan cümə axşamlarının birində iştirak etmək bəhanəsi ilə evə gəlmiş, sonra evi zəbt edərək hazırda övladları ilə birlikdə orada yaşayır. Birgə nikah dövründə evin tikilməsinə çəkilmiş xərcin yarısının, yəni 60000 manat məbləğində pulun X4 tutularaq İddiaçı1 ödənilməsi barədə məhkəmə qətnaməsi mövcud olduğu və tərəflər arasında nikah pozulduğu halda İddiaçı1 həmin fərdi yaşayş evinə dair heç bir subyektiv hüququ yarana bilməz və mərhum qardaşının qanun üzrə vərəsəsi də ola bilməz. Onu da məhkəmənin diqqətinə çatdırır ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının 147 saylı 20.06.2018-ci il tarixli sərəncamı ilə İntiqam Əhmədov İİ qrup Qarabağ müharibəsi əlillərinin mənzil-uçot siyahısına daxil edilmişdir. Onda olan məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onun qızı İddiaçı3 mənzil verilmişdir. Həmçinin mərhum qardaşı İntiqam Əhmədov 2013-cü il tarixə qədər ailəsi ilə birlikdə ünvan 5 ünvanında yaşamışlar. O isə 2008-ci ildən ona məxsus Yasamal Rayonu, 2-ci Alatava 91 E ünvanında yerləşən dörd tərəfi hasarlanmış 5 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evində qeydiyyata alınmaqla yaşamışdır. Həmin həyətyanı sahədə 150 kv metr qaraj və 24 kv.m sahəsi olan bir ev də olmuşdur. Qeyd olunur ki, qaraj tikilisinin arxa hissədə yerləşən torpaq sahəsi qarajın üstü ilə eyni səviyyədədir. 2012-ci ildə qardaşı onlara yaxın olmaq üçün özünə fərdi ev tikmək üçün ondan 2 sot torpaq sahəsi istəmişdir. O da ərazinin relyefinə uyğun olaraq qarajın onda qalmaq şərti ilə qarajın üstündə fərdi ev tikmək üçün, qarajın üstü nəzərə alınmaqla 2 sot torpaq sahəsini içindəki 24 kv.m əmlakla birlikdə 40.000 manata qardaşı X2 barədə şifahi razılığa gəlmişdir. O zaman evin tikilməsi üçün bacısı X6 da 70000 manat pul aldığı üçün o da qardaşından nağd pul almamış, o da, gələcəkdə imkanı olanda həmin pulu ona ödəyəcəyinə söz vermişdir. Evin tikintisi başa çatdıqdan sonra həmin evə Yasamal rayonu, 2-ci Alatava 93 C ünvanı verilmiş, avtotəmir sexi kimi fəaliyyət göstərən qaraj tikilisi isə Yasamal rayonu, 2-ci Alatava 91 E ünvanında qalmaqla onun istifadəsində olmuşdur. Həmin qaraja onun həyətyanı sahəsindən giriş-çıxış qapısı da mövcud olmuş, sonradan qarajı başqasına icarəyə verdiyinə görə həmin qapını bağlamışdır. O, sözügedən ünvanda 2008-ci ildən yaşayır və həmin ünvana qeydiyyatı da var və mübahisə predmeti olan qarajın yeri də onun evinin üstündə qeyd edilib və ünvan Yasamal rayonu, 2-ci Alatava 93 C deyil, 91 E kimi qeyd edilib. Qardaşı boşandıqdan sonra sağlığında ona bildirmişdir ki, “mən bir daha evlənmiyəcəm, uşaqlar da (qızları) analarını seçdilər, sənə olan borcumun əvəzinə torpağı sənə qaytarıram, evi də inşallah anamın adına sənədləşdirəcək, qızlara da dövlətdən (İntiqam Əhmədov 2-ci qrup Qarabağ müharibəsi əlili kimi ev növbəsində idi) verilən evi verəcəm”. Göründüyü kimi mübahisə predmet olan qaraj və evə aid 2 sot torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsində inşa edilmiş, anası və mərhum qardaşının yaşadığı fərdi yaşayış evinin İddiaçı1 heç bir aidiyyəti yoxdur. O, həmin evi qeyri-şərtsiz boşaltmalıdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı1 izahatında bildirdi ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evini çəkilmiş fotoşəkil üzərində nümayiş etdirərək bildirdi ki, ev bütünlüklə 93C ünvanı kimi qeyd edilir. Avto-təmir sexi evin 1-ci mərtəbəsində yerləşir. Evinin altıdır, bu səbəbdən istəmir avto-təmir sexi fəaliyyət göstərsin, onun qızı gedib başqa yerdə işləyir. Ətrafda 7 nəfər qonşu var. Hazırkı evinin 1ci mərtəbəsində fəaliyyət göstərən avto-təmir sexində olan avadanlıqları mərhum əri ilə birgə alınıb. Onun və qızlarının orada yaşamasını təsdiq edən fotoşəkillər. Evin sayğacları onun adınadır, kommunal xərcləri o ödəyir və 2012-ci ildən həmin evdə qeydiyyatdadırlar. Onun böyük qızı VÖEN alıb özü həmin obyekti işlətmək istəyir, lakin qeyri-yaşayış sahəsi boşaldılmır ki, qızı oranı işlətsin. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirdi ki, ilkin iddiaçı və onun qızları üzun müddətdir ki, mübahisəli mənzildə yaşayırlar. Həmin mənzilin çıxarışı yoxdur, lakin illərdir ki, iddiaçının mənzilə sahiblik və istifadə hüququ vardır. Evin sənədləşdiirlməsi üçün Yasamal Rayon İcra Hakimiyyətindən evə nümayəndəsi gəlmiş ölçü götürmüşdür, tezliklə İddiaçı2 adına çıxarış təqdim ediləcək. Lakin hazırda çıxarış olmadığından məhkəməyə təqdim edə bilmirlər. Onlar hesab edir ki, həmin üçmərtəbəli evin birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi də iddiaçıların faktiki sahiblik və istifadəsində olmalıdır. Lakin birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən qanunsuz zəbt edildiyindən iddiaçılar oradan istfadə edə bilmirlər. Cavabdeh həmin qeyri-yaşayış sahəsindən istifadə ilə bağlı məhkəyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Lakin iddiaçı tərəfdə üç məhkəmə instansiyasında keçmiş və qanuni qüvvəsini almış həmin evin birgə nikah dövründə alınması və həmçinin çəkilmiş xərclərin iddiaçı ilə cavabdeh arasında bərabər bölünməsi ilə bağlı məhkəmə qatnaməsi mövcuddur. Hesab edir ki, onlar məhkəməyə kifayət qədər mötəbər sübut təqdim etmişlər. Ona görə də o, məhkəmədeən ilkin iddia ərizəsinin təmin qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəllki məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı3 ilkin iddia tələbini müdafiə edərək və təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirdi ki, ilkin iddia üzrə İddiaçı1 iddia tələbi ilə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Müvafiq məhkəmə qətnamələri var. Yasamal Rayon Məhkəməsinin əmlakın bölünməsinə dair qətnamələri var. İddiaçı hazırda bu iddianı qaldır bilməz. Cavabdeh Elbrusun anası var və o, şəhid anasıdır. İddiaçı1 2019-cu ildə həmin evdən gedib, əşyalarını isə özü ilə aparıb. 60000 manat pulu və avtomobilin ikidə bir hissəsinin bölünməsinə dair məhkəmə qətnaməsi var, həmin qətnaməni icraya yönəldib və könüllü icra ilə bağlı bildiriş verilib. 60000 manat pulun verilməsinə dair qətnamə icra olunmayıb. İddiaçı1 övladlarının həmin ünvanda yaşamasına etiraz etmir. İddiaçı1 isə özünün belə bir hüququ yoxdur. Digər ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-1956/2018 saylı, 01.05.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X9 ilə İddiaçı1 arasında 20.09.1997-cı ildə Bakı şəhəri Səadət sarayında bağlanmış və 1437 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, boşanmadan sonra xx.xx.2003-cu il tarixdə İddiaçı3 anası İddiaçı1 himayəsində qalması müəyyən edilmişdir. İş materiallarında olan Ölüm haqqında şəhadətnamədən görünür ki, X9 19.12.2020ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-192/2019 saylı, 25.07.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 cavabdeh X7 qarşı “birgə nikah dövründə torpağın alınması və evin tikilməsinə çəkilmiş xərcin yarısının alınması tələbi”nə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11964/2019 saylı, 20.11.2019-cu il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-192/2019 saylı, 25.07.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş X4 60000 manat məbləğində pulun tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23.07.2020-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11964/2019 saylı, 20.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilkin iddia üzrə İddiaçı1 20 sentyabr 1997-ci il tarixdə X9 ilə nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx xxxxxxx 1998-ci il təvəllüdlü İddiaçı2 və xx xxxxx 2003-cü il təvəllüdlü İddiaçı3 anadan olmuşdur. Onlar arasında bağlanmış nikah pozulmuşdur. X9 isə vəfat etmişdir. İş materiallarında olan qətnamələrlə də təsdiqlənmişdir ki, hazırki ilkin və qarşılıqlı iddia ərizələri üzrə mübahisə obyekti olan ev İddiaçı1 ilə X8 birgə nikahı zamanı əldə edilmişdir. Hal hazırda ilkin iddia üzrə iddiaçılar ünvan 10 saylı fərdi yaşayış evində yaşayırlar, qarşılıqlı iddia üzrə iddiaçı isə həmin evin birinci mərtəbəsində olan qeyri yaşayış sahəsinə sahiblik edir. Hazırda ilkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ilkin iddia üzrə Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadənin qadağan olunması” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ünvan 10 saylı fərdi yaşayış evinin birinci mərtəbəsindən çıxarılması və Yasamal rayonu 2-ci Alatava küçəsi 93C saylı fərdi yaşayış birinci mərtəbəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı1 qarşı “zəbt olunmuş sahənin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbi rədd edilməsi və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 tərəfindən zəbt olunmuş Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 93 C ünvanında yerləşən fərdi yaşayış evinin və həmin evə aid torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ilkin iddia ərizəsi üzrə qeyd edir ki, iş materiallarından və tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan görünür ki, ünvan 10 saylı fərdi yaşayış evi qanunsuz tikilidir. Həmin ev Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən qeydiyyatdan keçməmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı iddiaçıların sahibliyində olan həmin tikiliyə dair hər hansı hüquqmüəyyən edici sənəd müəyyən edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçıların ilkin iddia üzrə cavabdehin Bakı şəhəri, Yasamal rayonu 2-ci Alatava küçəsi 93C saylı fərdi yaşayış evinin birinci mərtəbəsinin boşaldılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Bundan əlavə qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 93 C ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 X9 ilə birgə nikahda olduğu dövrdə əldə edilmiş və həmin evə qoyulmuş xərclər də birgə ümumi qazanc hesabına qoyulmuş və nəticədə birgə nikah dövründə evin tikilməsinə çəkilmiş xərcin yarısı olaraq 60000 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi təmin edilə bilməz. Həmçinin məhkəmə qarşılıqlı iddia ərizəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia ərizəsi də təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava 93 C ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən əmlaka sahiblik etsə belə, onun da həmin ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinə sahiblik və istifadə hüququnu təsdiq edəcək heç bir sənədi mövcud deyil, və buna dair hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı X8n da qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 qarşı “zəbt olunmuş sahənin boşaldılması”nı tələb etməyə subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənəda hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Hüquqi nəzəriyyəyə görə subyektiv mənada hüquq normativ-hüquqi aktla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə qanunla müəyyən edilmiş qaydaya riayyət edildikdə yaranır. Belə qaydaya riayyət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011 - ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, həm ilkin iddia ərizəsi həm də qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia ərizəsi təmin edilməsin. Qarşlıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4438/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4438/2021
22.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver