Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4441/2021 23.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Cavadov Habil Azad oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Həsənlı̇ Ayla Mı̇ rhəmı̇ d qızının Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Həsənlı̇ Ayla Mı̇ rhəmı̇ d qızı Cavabdeh qarşı “nikahın etibarsız sayılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında Səadət Sarayı (Bakı nikah evi) tərəfindən 19 iyun 2020-ci il tarixində 399 saylı akt qeydi ilə bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 19 iyun 2020-ci ildə Səadət Sarayında (Bakı nikah evində) rəsmi nikah bağlamışdır. “COVİD-19” virusu ilə əlaqədar toy baş tutmamışdır. Bundan sonra cavabdehin xarakterində, ona qarşı olan münasibətdə, gələcək ailə münasibətlərində yanıldığını anlamışdır. Bu müddət ərzində birgə yaşamamış, ər-arvad olmamış və heç bir təsərrüfat aparmamışlar. Faktiki olaraq hazırda cavabdehlə ailə qurmaq niyyəti yoxdur. Cavabdehlə xasiyyətinin uyğun gəlmədiyini anlamış və rəsmi nikah bağlamaqda yanıldığını başa düşmüşdür. Bu səbəbdən nişan üzüyünü və əşyaları cavabdehin evinə göndərmişdir. Bundan sonra barışmaları və ailə qurmaları qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Cavadov Habil Azad oğlu iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin etiraf edilməsinə dair ərizə təqdim edərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində və məhkəmə iclasındakı çıxışında göstərildiyi kimi, onunla evlənmək niyyəti olmamışdır. İddiaçı ilə birgə yaşamamış və heç bir təsərrüfat aparmamışlar. Göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər 19.06.2020ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Nikaha daxil olarkən iddiaçının evlənmək niyyəti olmayıbdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə nikah məhkəmə qaydasında etibarsız sayılır. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Habelə, cavabdehin nümayəndəsi və vəkili X1 məhkəməyə ərizə ilə müracət edərək, iddianı etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, iddiaçının cavabdehlə ailə qurmaq niyyəti olmadığından, həmçinin, cavabdeh tərəfindən iddia etiraf edildiyindən və bu hal məhkəmə tərəfindən təsdiq edildiyindən məhkəmə hesab edir ki, tərəflər arasındakı bağlanmış nikah etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Həsənlı̇ Ayla Mı̇ rhəmı̇ d qızı ilə Cavabdeh Səadət Sarayı (Bakı nikah evi) tərəfindən 19 iyun 2020-ci il tarixində 399 saylı akt qeydi ilə bağlanmış nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-4441/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4441/2021
23.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver