Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4441/2023 05.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikası Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3917,78 manat borc və 60 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçı Atu X4na ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021 tarixində ATU TCK-da 38 həftəliyində kesr kəsiyi əməliyyatı ilə uşaq dünyaya gətirmişdir. Körpə dünyaya gələrkən aparılmış anamnestik, kliniki, R-ji müayinələrə əsasən “kəskin bağırsaq keçməzliyi” diaqnozu qoyulmuş ,həyati təhlükə olduğu üçün təxirəsalınmaz hal kimi valideynlərin razılığı alındıqdan sonra xx.xx.2021-ci il tarixində körpədə bağırsaq keçməzliyi ilə laporatamiya qarın boşluğunun təftişi əməliyyatı icra olunmuşdur. Bununla əlaqədar klinikanın xəzinəsinə bugünə qədər 3300 manat ödənilmiş, 3917.78 manat qalıq borc qalmışdır. Bu borcla bağlı xəstə Cavabdeh əri Nümayəndə2 özü aylıq 150 manat ödəyəcəyi üçün ərizə yazaraq möhlət xahiş etmiş, lakin 2022-ci il oktyabr ayından bəri heç bir ödəniş olmamışdır. Xəstənin əri Nümayəndə2 məxsus ***-***-**-** nömrəli telefonla əlaqə saxlanmış, bu zaman O, 15 gün möhlət istəsə də, müddət bitdikdən sonra yenə də ödəniş etməmişdir. xx.xx.2023-ci il tarixdə evinə məktub yazılmış, xəbərdarlıq olunmuş, nəticədə yenə ödəniş olunmamışdır. Həmin ərizəyə əsasən Fərid Seyran oğlu qalıq borcu müəyyən edilmiş qaydada və müddətdə hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmiş, borclu olduğu məbləğdən heç bir ödəniş etməmişdir. Bununla əlaqədar cavabdeh borclu qaldığı məbləğin yaxın vaxtlarda klinikaya ödənilməsi barədə dəfələrlə vədlər versə də, borcun qaytarılmasından yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, cavabdeh hamilə idi və doğuşla bağlı onlara müraciət etmişdir. Doğuşdan sonra uşaqda bir sıra problemlər oldu və uşaq əməliyyat edildi. Əməliyyatdan sonra cavabdehin onlara 4637 manat borcu yaranmışdı. Cavabdeh bu borcun 1000 manatının icbari sığorta şəklində ödəniləcəyini bildirsə də heç bir sığorta ödənişi edilmədi. Cavabdeh bu borcdan 6-7 ay ərzində 100 manat ödəniş edib və hazırda borcu 3917 manat təşkil edir. Onlar da bu borc məbləğini tələb edirlər. Təqdim etdikləri fakturaya əsasən cavabdeh 7217 manat xərcdən 3300 manat ödəniş edib. Xəstəlik tarixçəsində cavabdehə göstərilən xidmətlərin hamısı qeyd edilib. Həmin xəstəlik tarixçəsini növbəti məhkəmə iclasında təqdim edə bilər. Həmçinin cavabdehlə tibb xidməti müqaviləsi bağlanılıb. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etdiklərini və bu barədə ərizələrini məhkəməyə təqdim etdiklərini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023 tarixli, OD34 nömrəli ödəniş qəbzinə əsasən müəyyən olunur ki, ATU X4 məhkəmənin hesabına 60 (altmış) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan X2 göstərilən tibbi xidmətə dair hesab-fakturadan görünür ki, göstərilmiş tibbi xidmətə görə X1 Azərbaycan Tibb Universitetinin X3 3917,78 manat borcu qalmışdır. İş materiallarında olan cavabdehin nümayəndəsi Nümayəndə2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki iddianı tam qəbul edirlər və 3917,78 manat borclarının olduğunu etiraf edirlər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 3917,78 (üç min doqquz yüz on yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Azərbaycan Tibb Universitetinin X3 ödənilməlidir Məhkəmə həmçinin iddianın 60 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ İddia ərizəsi təmin edilsin. Cavabdeh 3917,78 (üç min doqquz yüz on yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti və dövlət rüsumu olaraq ödənilmiş 60 (altmış) manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Tibb Universitetinin X3 ödənilsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4441/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4441/2023
05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver