Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4443/2021 10.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, X6 iclas katibliyi ilə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc pulun və gecikdirilmiş vaxt üçün illik faizin qaytarılması tələbi”nə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “borc pulun və gecikdirilmiş vaxt üçün illik faizin qaytarılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 80000 ABŞ dolları məbləğində borc pulun və 16.000 ABŞ dolları illik 5 % dərəcəsi ilə hesablanmış faiz pulunun, ümumilikdə 96000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh yaxın qonşusu X7 vasitəsi ilə tanıyıb. Cavabdeh həmin qonşunun qohumudur yəni, qardaşının yeznəsidir. Münasibət yarandığı üçün evinə gedib gəlirdi. Bir gün Cavabdeh ona bildirmişdir ki, o ucuz ev alıb təmir edib baha qiymətə satır və çox yaxşı gəliri olur. Ona bildirmişdir ki, bu xeyirdən o da yararlana bilər. Ona demişdir ki, pulu bankdadır və o, ev alıb kirayə vermək istəyir. O isə dedi ki, “pulu verin mənə mən evləri satıram və ordan gələn xeyirdən sizə də verəcəm.” Ona bildirmişdir ki, fikirləşər. Hətta onu “28 may” metrosu ərazisində yerləşən bir evə aparmış və demişdir ki, Cəmilə xanım bu evi göstərir ona görə ki, bilsin ki onu aldatmır. O da evə qalxıb görmüşdür ki, həqiqətən evdə təmir gedir. Hətta evə qalxanda 1 kisə də “şpaklyovka”nı kürəyinə qoyub qaldırdı yuxarı və ona dedi ki, “mən belə zəhmətlə pul qazanıram, siz heç narahat olmayın mən Hacı Səbuhiyəm". O da fikirləşmişdir ki, cavabdeh doğurdan da həcc ziyarətində olub, yalan danışmaz. Cavabdeh 2017-ci ilin aprel ayında ümumilikdə ondan 80.000 ABŞ dolları məbləğində pulunu hissə hissə götürmüş və bildirmişdir ki, pul təmirə birdən qoyulmur, hissə hissə qoyulur. Bir müddət keçdikdən sonra o, pulunu istəmiş, o isə iddiaçıya narahat olmamağı əlində 6-7 ev olduğunu, bahalaşdıqdan sonra satacağını bildirmişdir. Amma hər dəfə görürdü ki, bir şeyi bəhanə edir və hər dəfə də and içir ki, evlər satılan kimi iddiaçının pulunu qaytaracaq. Sonra təsadüfən qonşuları Əhmədova Cəmilə ilə rastlaşmış və o iddiaçıya demişdir ki, “sən bilirsən Səbuhi fırıldaqçıdır”, onlarla adamı aldadıb, pullarını etibardan sui istifadə edərək ələ keçirib. İddiaçı bu sözü eşidən kimi, şok olmuş və Cavabdeh zəng vurmuşdur. Ona deyəndə ki, “sən çox adamı aldatmısan, fırıldaqçısan!” o, iddiaçıya nalayiq sözlərlə təhqir edərək dedi ki, “get hara istəyirsən şikayət elə, mən heç kəsdən qorxmuram". Daha sonra iddiaçı öyrənmişdir ki, Cavabdeh ondan başqa bir çox insanları aldadıb, pullarını alıb mənimsəyib. Hətta bir nəfər var ki, ona da borcludur və həmin şəxsə hədə-qorxu gəlir ki, ona deyir ki, şikayət etsən başqa cür olacaq. Cavabdeh ondan başqa X3 və qızı X5 da borcu var. Lakin həmin şəxslərlə aralarında heç bir rəsmi əlyazma yoxdur. Xüsusi olaraq qeyd edir ki, Cavabdeh ondan başqa şəxslərin də pulunu mənimsədiyini görüb Nəsimi Rayon Polis İdarəsinə iddiaçı və digər şəxslər müraciət etmişlər. O, Nəsimi Rayon Polis İdarəsinə şikayət edəndən sonra Cavabdeh 02 may 2020-ci il tarixində öz xətti ilə ona 80000 ABŞ dolları məbləğində pul borclu olduğunu onun yanında borcunun etirafı barədə öz əlyazması ilə yazaraq ona təqdim etmiş və da bir daha etiraf etdi ki, onun iddiaçıya 80000 ABŞ dolları məbləğində pul borcu var. Cavabdeh şəxsən özü tərəfindən yazdığı əlyazmada qeyd edilib ki, “Mən Cavabdeh AA0952395 İddiaçı 2017- ci ilin aprel ayından 80000 borc aldım. 2020-ci ilin sonunadək ödəməyi öhdəmə götürürəm. Şərəf və ləyaqətimə and içirəm ki, ilin sonuna qədər hissə-hissə bu ilin sonunadək qayataracam”. Lakin Cavabdeh verdiyi sözə əməl etmədi, qeyd etdiyi vaxtda pulu qaytarmadı baxamayaraq ki, şərəfinə, ləyaqətinə and içmişdi. Onu da qeyd edir ki, Nəsimi Rayon Polis İdarəsinə ünvanladıqları şikayət üzrə araşdırmanın aparılması həvalə edilmiş Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ramal Şahmarov tərəfindən 15.12.2020-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, Cavabdeh 2017-ci ilin aprel ayından xeyli müddət ötməsinə baxmayaraq pulu ona qaytarmamaqla, özgənin vəsaitini qanunsuz özlərində saxlamaqla ona maddi ziyan vurmuşlar. Buna görə də məcburiyyət qarşısında qalıb hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmiş və hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Eyni zamanda, cavabdehdən illik 5 faiz hesablanmaqla faiz pulunun da tutulmasını xahiş edir. Bir daha göründüyü kimi, Cavabdeh ondan 2017-ci ilin aprel ayından 80000 borc alsa da, hazıradək öhdəliklərini icra etmədiyindən onun gecikdirilmiş vaxt üçün faizi də tələb etmək hüququ yaranmışdır. Həmin məbləğ onun tərəfindən aşağıdakı kimi hesablanmışdır: Cavabdeh ondan borc aldığı vaxtda, aprel 2017-ci il tarixdən aprel 2021-ci il tarixinədək 4 il müddətinə, 16000 ABŞ dolları illik 5 faiz hesablanmaqla (80.000 : 100 x 5% = 4.000 ABŞ dolları - illik 5 faiz; 4.000 ABŞ dolları - bir ilə düşən faiz; 4.000 x 4 il = 16.000 ABŞ dolları) məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini əsaslı və ədalətli hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilmsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahatında bildirdi ki, iş üzrə icraat materialına əlavə edilmiş 02 may 2020-ci il tarixli əlyazma qəbz məcburiyyət qarşısında Cavabdeh yazdırılıb. Nə üçün məhz 02 may 2020-ci il tarixə diqqət yetirilsə müəyyən etmək olar. Həmin tarixdə Bakı şəhəri 46 saylı Notariat Kontorunun xüsusi notarusu Tamilla Kərimovanın yanında cavabdeh özünə məxsus olan evi girov qoyub. Həqiqətən də 64000 manat pul qarşılığında guya Rəhimov Təyyardan bu pulu Səbuhi alıb və evi girov qoyub. Cavabdeh iş yoldaşı, yəni şəriki onun bacısının əri Zaur Səfərovdur. Həmin vaxt Cavabdeh Zaur Səfərovdan xahiş edib ki, o artıq sələmi ödəyə bilmir, yəni ümumilikdə 79000 manat borc, maşına görə 15000 manat Tamilla Kərimovanın əri Kamil Mirzəyevə və 64000 manat Təyyar Rəhimova olan borcdur, qarşılığında mənzili Tamilla xanımın xeyrinə girovdadır. Əslində bu işdə Tamilla Kərimova və onun əri Kamil Mirzəyevin qurduğu oyunlardır. Belə ki, hazırki İddiaçı Kamil Mirzəyevin birinci nikahından olan arvadıdır. Yəni həmin şəxslər mütəşəkkil qaydada böyük məbləğlərdə pulları sələmə verirlər, kredit müqaviləsində yazılır 79000 manat, lakin həqiqətdə 64000 manatdır. Pul isə depozitdədir, bu pul notariusun öz puludur, həmin pulu depozitə qoyan da çıxaran da məhz Tamilla Kərimovadır. Buna baxmayaraq onlar razılaşmışlar ki, 79000 manat pul ödənilsin və həm ev, həm maşın girovdan çıxarılsın və onun yeznəsi Zaur Səfərov 02 may 2020-ci il tarixdə 79000 manat pulu X11 Rəhimovun hesabına depozitə köçürüb. Danışıqlara görə isə evə görə 64000 manat maşına görə isə 15000 manat ödəniş edilməklə həmin əmlaklar girovdan çıxarılacaqdı. Həmin pul məbləği depozitə yatırılan kimi onlar maşını və evi girovdan çıxarmaq üçün sənədləşmələri etmək üçün gedərkən Kamil Mirzəyev onlara bildirdi ki, onun şəxsiyyət vəsiqəsi yadından çıxıb evdə qalıb. Həmin vaxt o, bildirdi ki, onunla gedib, Nərimanov rayonunda X12 yanında “Neptun” marketin yanında olan evindən şəxsiyyət vəsiqəsini götürsünlər. Baxmayaraq ki, o, özü həmin sənədləşmə ilə əlaqədar qohumumun bu işinə görə Tamilla Kərimovanın yanında olmuşdur, məsələnin həlli ilə əlaqədar danışmışlar, hətta ona özünün də əvvələr Ədliyyə işçisi olduğunu bildirdikdən sonra Tamilla Kərimova hər hansı bir problemin olmaması, qaranlıq məsələlərin yaranmadığını bildirməklə onu əmin etdi. Lakin əri Kamil Mirzəyev şəxsiyyət vəsiqəsini götürmək məqsədi ilə onlarla birgə dediyi ünvana gələrkən onlar həmin ünvana gəlmiş və Kamil vəsiqəsini götürməkdən ötrü öz mənzilinə qalxmış, lakin geri qayıtmadığını gördükdən sonra Cavabdeh ona zəng etmişdir. Kamil Mirzəyev isə zəngə cavab olaraq bildirdi ki, “qalx yanıma”, onlar buna icazə verməmiş və onların danışığından müəyyən edildi ki, ayrı bir məsələ yaranıb, cavabdehin başqa bir borcu da var. Belə ki, guya cavabdehin Kamil Mirzəyevin birinci arvadı İddiaçı olan borcu mütləq şəkildə bu borcun etirafı üçün ərizə yazılmalıdır. Cavabdeh isə and aman edərək o borcu qaytardığını bildirsə də, Kamil israrla etiraf ərizəsinin yazılmasını bildirdi. Bundan sonra isə onun yeznəsi Zaur Səfərovla Cavabdeh arasında konflikt yarandı. Həmin günü yenidən 46 saylı Notariusa qayıtmış və orada Tamilla Kərimova ilə aralarında mübahisə yaranmış, o, ona bildirmişdir ki, “axı mən sizin yanınızda olarkən bildirdiz ki, bu məsələ ilə bağlı hər hansı bir şübhə doğuran hal yoxdur, bəs necə olur ki, hazırda bu məsələ yaranır”. Həmin vaxt Tamilla Kərimova əri Kamil Mirzəyevin arxasınca narazılığını açıq şəkildə bildirdi ki, “bu adam mənim başıma oyun açır, bunun hərəkətlərinə görə məni sonda işdən çıxaracaqlar” və o bildirdi ki, get bu qəbzi yaz və qayıt gəl bu pulu o özü qaytaracaq. Yəni bu qəbz məcburiyyətdən yazılıb, əsl iradə ifadəsi deyil. Tamilla Kərimovanın hərəkətlərindən Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatındadır və daha bir şikayəti Səbail Rayon Prokurorluğundadır. Bir daha bildirir ki, həmin qəbz məcburiyyətdən yazılıb. Cavabdehin Nəsimi RPİ-də aparılmış araşdırması zamanı etirafedici izahatları yoxdur. Həmçinin onu da qeyd edir ki, Tamilla Kərimovanın fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yoxlama aparılıb, etik davranış qaydalarını pozduğu üçün barəsində töhmət intizam tənbeh tədbiri görülüb. Daha sonra qeyd edir ki, onlar Səbail RPİ-nin müstəntiqinin cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarından şikayətçidirlər və məhkəmə nəzarəti qaydasında şikayət ərizələrinə baxılır. Odur ki, o, məhkəmədən iddia tələbinin təmin edilməməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, onun iddiaçıya hər-hansı bir məbləğdə borcu yoxdur. İddiaçı faizlə pul verən bir şəxsdir. Onunla 2001-ci ildə arvadının bibisi vasitəsi ilə tanış olmuş və 2002-ci ildə ondan 5%-ə pul götürmüşdür. Daha sonra bank BTB-dən mənzilini girov qoymaqla pul götürüb bütün borclarını o cümlədən İddiaçı olan borcunu ödəmişdir. O, İddiaçı birinci nikahdan olan əri Kamil Mirzəyevdən götürdüyü borcunu ödəmək üçün dostu Zaur Səfərova öz evini və maşınını satmaq istədiyini bildirdikdə o, özü onun əmlakını alacağını bildirdi. 2019-cu ildə Kamil Mirzəyevdən evini 5%-lə girov qoyub 64000 manat borc pul götürmüşdür. Bütün bu işlərə görə sənədləşmələr Kamilin şəriki Təyyar Rəhimovun adına aparılıb. Bu barədə Səbail RPİ-də kifayət qədər məlumatlar var. Evini girov qoymaqla Kamil Mirzəyevdən 64000 və avtomobilini girov qoymaqla 13000 manat olmaqla ümumilikdə 79000 manat pulu faizə götürmüşdür. Lakin iddiaçı tərəf avtomobilini Kamil Mirzəyevə satdığını bildirir, halbuki əgər avtomobilini satmışdırsa niyə etibarnamə əsasında 7 ay idarə etmişdir. Bu isə onun göstəricisidir ki, avtomobili həqiqətən girovda olub. Faizə götürdüyü pulları ödəmək iqtidarı olmadığından maşınını və evi dostu Zaur Səfərova sataraq Kamilə olan borcunu bağlamaq qərarına gəlmişdir. 2020-ci ilin may ayında evi və avtomobili girovdan çıxarıb Zaur Səfərova təhvil vermək üçün sənədləşmə işlərinə başlamışdır. Bu səbəbdən onlar birlikdə Bakı şəhəri 46 saylı Notariat Kontoruna gəlmişlər və qeyd edir ki, notarus Tamilla Kərimova bu kontorun xüsusi notarusu, həmçinin Kamil Mirzəyevin ikinci nikahından olan arvadıdır. 01 may 2021-ci il tarixdə o, Zaur Səfərov, onun bacısının qardaşı vəkili Vəkil ilə birlikdə Notariusda olarkən Tamilla Kərimovaya hər hansı bir problemin olması ilə bağlı sual verilərkən o Vəkil bildirdi ki bu məsələdə hər hansı bir problem yoxdur. O, evi və avtomobili girovdan çıxarmaq üçün cəmi 79000 manat pulu depozitə ödəmiş və ev girovdan çıxarılmışdır. Növbəti etap isə avtomobilin girovdan çıxarılma idi və bu prosedur üçün birlikdə Baş Dövlət Yol Polis İdarəsinə gedərkən X20 bildirdi ki, şəxsiyyət vəsiqəsi evdə qalıb və vəsiqəni götürmək üçün onunla birlikdə evinə qayıtmağı təklif etdi. Onlar da birlikdə Kamil Mirzəyevin Bakı Şəhəri Nərimanov rayonunda X12 yanındakı “Neptun” marketin yaxınlığında olan evinə getdilər. Həmin vaxt Kamil Mirzəyev öz mənzilinə qalxdı və ona zəng edərək yuxarı onun yanına qalxmağını istədi. Həmin vaxt Zaur Səfərov onun Kamil Mirzəyevin yanına qalxmağına etiraz etdi və bu ərəfələrdə hiss etmişdir ki, dostu Zaur Səfərov və onun yeznəsi ondan Kamil Mirzəyevlə əlbir olmağında şübhələnmişdilər. Bu səbəbdən o, Kamilə yuxarı onun yanına qalxmayacağını bildirmişdir. Kamil isə əvəzində onun guya İddiaçıda borcunun olduğunu və bu borc ödənildiyi tərzdə avtomobilini girovdan çıxaracağının mümkün olduğunu bildirdi. Təbii ki, o, buna etiraz etdi və onlar dərhal 46 saylı Notarusa geri qayıtdılar və Tamilla Kərimovaya olanları bildirdilər. Hətta həmin ərəfədə Vəkil Tamilla Kərimova ilə mübahisə etdi. Tamilla Kərimova isə Kamil Mirzəyevin bildirdiyi kimi İddiaçı mütləq şəkildə dediyi məbləğə görə qəbz imzalamalı olduğunu dedi. Tamilla Kərimova orada bildirdi ki, ərinin bu məsələlərinə görə onun işində də problem yaranacaq və onu əmin etdi ki, İddiaçı dediyi qəbzi yazsa ona heç bir ziyan dəyməyəcək və həmin sənəd formal xarakter daşıyacaq. O, Tamilla Kərimovanın dediyi kimi İddiaçı Buzovnada yerləşən bağ evinə getmişdir. Həmin vaxt 01 may 2021-ci il tarix idi və həmin gün dəqiq yadındadır. İddiaçı ünvanında onun təkidi ilə qeyd edilən qəbzi imzalamışdır. Əlavə olaraq cavabdeh bildirmişdir ki, qəbzi o, yazıb və bu qəbz 01 may 2021-ci il tarixdə yazılıb, qəbzdəki tarix ona görə yadındadır ki, həmin gün bütün bu proseslər baş vermişdir. Tamilla Kərimovanın təkidi ilə Buzovnaya İddiaçı evinə gedərək orada onun istədiyi kimi 80000 ABŞ dolları borcunun olmasını yazmışdır. Tamilla Kərimova ona israrla bildirirdi ki, verdiyin qəbz heç nəyi dəyişməyəcək. X17 daha sonra Tamilla Kərimova ona israrla bildirdilər ki, gedib həmin qəbzi yazmalıdır. Onun özünə də bir çox qaranlıq qalan məsələlər var, belə ki, İddiaçı Kamil Mirzəyevin birinci nikahdan olan arvadı olub, Tamilla Kərimova isə ikinci nikahdan və onların arasında münasibətlər yaxşı olmayıb. X14 Mirzəyevadan narazı olduğunu bəyan edirdi. Tamilla bildirdi ki, söz-söhbət olmasın, əri Kamilin əlindən bezib, onun bu kimi məsələləri həmçinin onun öz işinə xələl gətirir və bu kimi fikirlər ifadə edirdi. Tamilla Kərimova ancaq onu bildirirdi ki, söz-söhbət olmaması üçün gedib qəbzi yazmalıdır. Bu qəbzi imzalamaqdan ötrü ona qarşı fiziki zorakılıq olmayıb. Onun İddiaçı hal-hazırda borcu yoxdur, əvvəllər ondan faizə pul götürsə də bu pulu ödəmişdir. Nəsimi RPİ-də izahat verərkən heç bir izahatında İddiaçı borcu var deməmişdir. İddiaçı ona şər atır. Onun başqa şəxslərə borcunun olub-olmamasının bu məsələyə heç bir aidiyyəti yoxdur. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilən şahid X15 ifadəsində bildirmişdir ki, Bakı şəhəri 46 saylı notariat kontorunda cavabdehlə ev və maşın alqı-satqısı aparılması üçün ilk öncə cavabdeh həmin əmlaklarını girovdan çıxarmalı idi. Bu əmlaklardan evin girovdan çıxarılması mümkün oldu, lakin avtomobili girovdan çıxarmaq üçün onun qohumu Vəkil, Cavabdeh və xüsusi notarius Tamilla Kərimovanın əri Kamil Mirzəyev birlikdə Baş Dövlət Yol Polis İdarəsinə getməli oldular. X20 şəxsiyyət vəsiqəsinin evdə qaldığını bildirdiyindən onun evinə qayıtdılar. Binanın qarşısında Kamil Mirzəyevi gözləyərkən Kamil cavabdehə zəng edərək öz yanına çağırdı, o isə cavabdehin Kamil Mirzəyevin yanına qalxmasına imkan vermədi və artıq cavabdehə qarşı onda şübhələr yaranmışdı. Kamil Mirzəyev cavabdehə onun birinci nikahdan olan arvadı İddiaçı olan borcunun ödəniləcəyi təqdirdə avtomobilini girovdan çıxaracağını bildirdi və onlar yenidən notariat kontoruna geri qayıdıb öz etirazını Tamilla Kərimovaya açıq şəkildə bildirdilər. Həmin vaxt Tamilla Kərimova cavabdehə təkidlə bildirdi ki, bu qəbz imzalanmalıdır. Cavabdeh onunla birlikdə İddiaçı yaşadığı ünvana gələrək orada həmiz qəbzi məcburiyyət qarşısında imzalayıb. Əmlakların alıcısı o idi və bu kimi proseslər onda cavabdehin Kamil Mirzəyev və onun arvadı Tamilla Kərimova ilə əlbir olması şübhəsi yaratmışdı. O, dəfələrlə soruşmuşdur ki, İddiaçı olan borcun onun alqı-satqısına nə aidiyyəti var. Onlar cavabdehlə bir yerdə 01 may 2021-ci il tarixdə İddiaçı yaşadığı ünvana getmişlər. Cəmilə özü cavabdehi içəri evə dəvət edib orada qəbzi yazdırıb. O da istəyirdi iştirak etsin, lakin Cəmilə onun içəri girməyini istəmədi. Tamilla Kərimovanın təkidi ilə həmin qəbz yazılıb. Tamilla Kərimova deyirdi ki, İddiaçı nə deyirsə onu qəbul edib qəbzi imzalayın. Cavabdehin ona hal-hazırda borcu yoxdur. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan 02.05.2020-ci il tarixli qəbzdən görünür ki, Axundov X2 Cəmil Yaşar qızından 80000 ABŞ dolları borc almış və pulu 2020-ci ilin sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15.12.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X7 və İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmişdir. İş materiallarında olan 24.06.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 15 nömrəli evi 461-ci girişində yerləşən 6 nömrəli mənzilin Bakı şəhəri, 46 nömrəli notariat ofisində notarius Tamilla Kərimova tərəfindən alqısatqısının həyata keçirilməsi zamanı hər hansı bir qanun pozuntusu hallarına yol verilmədiyindən və bununla da Tamilla Kərimovanın hərəkətlərində cinayət tərkibinin əlamətləri müəyyən olunmadığından onun barəsində cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan 13.07.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 22.09.2020-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı ərizəsi əsasında Cavabdeh barəsində cinayət işi başlanması rədd edilmişdir. İş materiallarında olan 01.05.2020-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil Cavabdeh tərəfindən X1. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş Cavabdeh və X15 tərəfindən verilmiş ərizədən görünür ki, onlar Cavabdeh Ağarzil oğlunun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzilin 79502,20 manata satılması barədə razılığa gəlmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Axundov X2 Cəmil Yaşar qızından 80000 ABŞ dolları borc almış və pulu 2020-ci ilin sonuna qədər ödəməyi öhdəsinə götürmüş, lakin öz üzərinə düşən öhdəliyi yerinə yetiməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, dəfərlərlə iddiaçı müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmiş, lakin iş materiallarında olan qərarlardan göründüyü kimi Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 02.05.2020-ci il tarixli qəbzdən də görünür ki, Axundov X2 Cəmil Yaşar qızından 80000 ABŞ dolları borc almışdır. Həmçinin cavabdehin məhkəmə iclasında verdiyi izahat da qəbzin məhz onun tərəfindən imzalanmasını təsdiq edir. Lakin cavabdeh həmin qəbzin onun iradə ifadəsi olmadığını və ona təzyiqlə yazdırıldığını iddia etsə də, o, məhkəməyə bunu sübut edəcək hər hansı bir sənəd və ya sübutu təqdim edə bilməmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi cavabdehdən 80000 ABŞ dolları məbləğində borc pulun tutulması hissəsində təmin edilməli, Cavabdeh 80000 ABŞ dolları borc pul tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən illik 5 % dərəcəsi ilə hesablanmış 16000 ABŞ dolları faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, 1911,10 ABŞ dolları məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi gecikdirilmiş vaxt üçün 1911,10 manat pulun tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçıya olan borcun, yəni 80000 ABŞ dolları pulu illik beş faizi 80000x5:100=4000 ABŞ dollar, 1 aylıq məbləğ isə 4000:12=333,333 ABŞ dollar, 1 günlük isə 333,333:30=11,111 ABŞ dolları təşkil edir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddiaçıya gecikdirilmiş vaxt üçün borc 5 ay 22 gün (22 gün) üçün hesablanmalıdır. Yəni həmin məbləğ 333,333 x 5 ay = 1666,66 ABŞ dolları, 11,111 x 22 gün=244,44 ABŞ dolları, 1666,666+244,444=1911,10 ABŞ dolları təşkil edir. Beləliklə, ümumilikdə göstərilən tələb məhkəmənin gəldiyi qənaətə görə qismən təmin edilməli, Cavabdeh 80000 ABŞ dolları borc pul və 1911,10 ABŞ dolları 5% dərəcəsi ilə hesablanmış faiz borcu və 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh X8 tutularaq X9 xeryinə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 80000 (səksən min) ABŞ dolları borc pul və 1911,10 (bir min doqquz yüz on bir ABŞ dolları on sent) ABŞ dolları 5 % dərəcəsi ilə hesablanmış faiz borcu (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla tutulsun) və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-4443/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4443/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver