Məhkəmə qərarları › İş №2(004)-4448/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4448/2022

28.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4448/2022 28.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ünvan 1 qarşı mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpa edilməsi, vərəsəlik hüququnun tanınması və əmlaka vərəsəlik payının müəyyən edilərək vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 vərəsəlik işi üzrə mirasın qəbulu üçün müəyyən edilmiş müddətin bərpa edilməsini, onun vərəsəlik hüququnun tanınaraq ünvan 2 küçəsi, 23 saylı evə vərəsəlik payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, atası X6 xx.xx.2013-cü il tarixdə vəfat etmiş, ondan miras olaraq ünvan 2 küçəsi 23 saylı ev qalmışdır. Həmin mirasda payının qəbulu üçün vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı Notariat ofisinə müraciət etmiş, lakin Notariat ofisi onun tərəfindən mirasın qəbulu müddəti ötürüldüyündən şəhadətnamənin verilməsindən imtina etmiş və məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Əlavə olaraq iddiaçı bildirmişdir ki, atası öldüyü gündən digər vərəsə qardaşı tərəfindən ona miras əmlakın idarə edilməsinə maneəçilik törədilmişdir. Atası öldüyü gündən 9 il ərzində o, miras əmlaka köçürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etməmişdir və bu müddət ərzində mirasın qəbulu üçün əvvəlcə həyat yoldaşı tərəfindən icazə verilmədiyi, sonradan isə səhhəti ilə ilə bağlı 2 il ərzində müalicə olunduğundan notariat ofisinə müraciət edə bilməmişdir. Ondan başqa digər vərəsələr də mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmişlər. Atası öldüyü anda həyat yoldaşına məxsus evdə yaşamışdır. Hal-hazıradək o evdə yaşayır. Miras əmlaka dair əmlak vergisini və kommunal xərcləri ödəməmişdir. Odur ki, hesab edir ki, onun tərəfindən mirasın qəbulu müddəti üzrlü səbəblərdən ötürülmüşdür. Göstərilənlərə əsasən iddianın təmin ediməsi barədə qətnamə çıxarımasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia rədd edilməlidir. İş materillarına əlavə edilmiş: Bakı şəhər X1 Bürosu tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli Bakı şəhərindən Bələdiyyələşdirilməmiş Tikintilərin Reyestrindən əsli ilə düzgünlüyü notariat qaydada təsdiqlənməmiş çıxarışın surətindən görünür ki, ünvan 2 küçəsi, 23 saylı ev X3 adına qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Bakı şəhəri Oktyabr rayon VVAQ şöbəsi (hazırda Yasamal Rayon Qeydiyyat Şöbəsi) tərəfindən verilmiş 427855 saylı 1974-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1958-ci il tarixdə doğulmuş, atası X6, anası X4r. xx.xx.1979-cu il tarixdə verilmiş İİ-ЖГ N 298839 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, nikah bağlanandan sonra iddiaçıya Məlikova soyadı verilmişdir. ünvan 1 ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı atasından miras qalmış ünvan 2 küçəsi, 23 saylı ev ünvanında yerləşən daşınmaz əmlakda ona çatası miras payına qanun üzrə vərəsəlik haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Bakı şəhəri 53 saylı Notariat ofisinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçıya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi izah edilərək, miras açıldıqdan 6 ay keçdikdən sonra mirasın qəbul edilməməsinə yol verilməməsi izah edilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər)... 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Beləliklə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı atasının öldüyü gündən, yəni mirasın açıldığı gündən mirasın qəbulu üçün notariat ofisinə müraciət etməmiş, eyni zamanda miras əmlaka sahiblik etməmiş, idarə etməmişdir. İddiaçı miras əmlakı idarə etməyə və miras əmlaka sahiblik etməyə digər vərəsələr tərəfindən ona maneəçilik törədilməsini bildirsə də, bu halı təsdiq edəcək hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçının özünün izahatından görünür ki, iddiaçı ona törədilən maneələrə son qoyulması və miras əmlaka köçürülməsi barədə mirasın açıldığı gündən hal-hazıradək məhkəməyə müraciət etməmişdir. Görünüdüyü kimi, iddiaçı tərəfindən mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət 9 il ərzində üzrsüz səbəbdən ötürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaaq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddia üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar