Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-446/2021 21.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçının nümayəndəsi X1 qızının iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 25.04.2016-cı il tarixli, 11-25-04-2016-RA-RA saylı kredit müqaviləsi üzrə 03.06.2021-ci il tarixinə 99526,30 manat əsas, 19262,43 manat faiz borcu, 31124 manat cərimə borcu olmaqla, cəmi 149912,73 manat kredit borcunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10,65 manat dövlət rüsumu və bank xidmət haqqının, 20.71 manat xidmət haqqı və bank xidmət haqqının tutulması, tutmanın sahəsi 97.81 kv.m, ünvan 1 ünvanında yerləşən mənzilə (Yüklülük çıxarışı: Seriya RX, № 1269431, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 17.04.2018) yönəldilməsi, Cavabdeh qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi, qeyd olunan ipoteka predmetinin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı “xxxx" ASC-yə ödənilməsi, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 25.04.2016-cı il tarixli 8-25-04-2016-RA-RA saylı kredit müqaviləsi üzrə 03.06.2021-ci il tarixinə 140238.04 manat əsas, 27805.87 manat faiz borcu, 68598 manat cərimə borcu olmaqla, cəmi 236641,91 manat kredit borcunun, iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu və bank xidmət haqqının, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 10,65 manat dövlət rüsumu və bank xidmət haqqının, 20,71 manat xidmət haqqı və bank xidmət haqqının tutulması, tutmanın sahəsi 177.7 kv.m, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M6, m2 ünvanında yerləşən mənzilə (Yüklülük çıxarışı: Seriya RX, № 1269430, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: 17.04.2018) yönəldilməsi, Cavabdeh qeyd olunan ipoteka predmetindən istifadə hüququna xitam verilməsi, qeyd olunan ipoteka predmetinin boşaldılması və ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış 25.04.2016-cı il tarixli, 11-25-04-2016-RA-RA saylı kredit müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə, illik 10% hesablanmaqla 127139 (bir yüz iyirmi yeddi min bir yüz otuz doqquz manat 0 qəpik) manat məbləğində, 25.04.2016-cı il tarixli 8-25-04-2016-RA-RA saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə, illik 10% hesablanmaqla 166830 manat məbləğində kredit verilmişdir. 25.04.2016-cı il tarixli, 11-25- 04-2016-RA-RA saylı Kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh arasında ona məxsus sahəsi 97.81 kv.m, Bakı şəhəri, Yasamal rayonu, inşaatçılar propekti, 60A, M6, m.1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulması barədə 07.04.2018-ci il tarixli, 25.04.2016-cı il tarixli 8-25-04-2016-RA-RA saylı kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh arasında ona məxsus sahəsi 177.7 kv.m, Bakı şəhəri, Yasamal ray., İnşaatçılar prospekti, 60A, M6, m2 ünvanında yerləşən mənzilin ipotekaya qoyulması barədə 07.04.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqavilələrinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı “xxxx” ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış 25.04.2016cı il tarixli, 11-25-04-2016-RA-RA saylı kredit müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə, illik 10% hesablanmaqla 127139 manat məbləğində, 25.04.2016-cı il tarixli 8- 25-04-2016-RA-RA saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə, illik 10% hesablanmaqla 166830 manat məbləğində kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Kredit müqavilələri üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizaları təyin edilmişdir. Sonuncu 05.05.2021-ci il tarixli, 9/1950 saylı ekspert rəyinə əsasən cavabdeh – borc alanın banka 25.04.2016-cı il tarixli, 11-25-04- 2016-RA-RA saylı kredit müqaviləsi üzrə 28.01.2021-ci il tarixə əsas borc üzrə 99526,30 manat, faiz borcu üzrə 15837,44 manat, 05.05.2021-ci il tarixə 99526,30 manat, faiz borcu üzrə 18546,77 manat, 25.04.2016-cı il tarixli 8-25-04-2016-RA-RA saylı kredit müqaviləsi üzrə 28.01.2021-ci il tarixə əsas borc üzrə 140238,04 manat, faiz borcu üzrə 22936,48 manat, 05.05.2021-ci il tarixə isə 140238,04 manat, faiz borcu üzrə 26715,12 manat borcu olduğu müəyyən edilmişdir. Lakin ekpert rəyi məhkəməyə daxil olduğdan sonra iddiaçının nümayəndəsi iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, 25.04.2016-cı il tarixli, 11-25-04- 2016-RA-RA saylı kredit müqaviləsi üzrə 03.06.2021-ci il tarixinə 99526,30 manat əsas, 19262,43 manat faiz borcu, 31124 manat cərimə borcu olmaqla, cəmi 149912,73 manat kredit borcunun, 25.04.2016-cı il tarixli 8-25-04-2016-RA-RA saylı kredit müqaviləsi üzrə 03.06.2021-ci il tarixinə 140238.04 manat əsas, 27805.87 manat faiz borcu, 68598 manat cərimə borcu olmaqla, cəmi 236641,91 manat borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 03.06.2021-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 25.04.2016-cı il tarixli 8-25-04-2016-RA-RA saylı üzrə 140238,04 manat əsas, 27805,87 manat faiz, 68598 manat cərimə, cəmi 236641,91 manat, 25.04.2016-cı il tarixli, 11-25-04-2016-RA-RA saylı kredit müqaviləsinə üzrə 99526,30 manat əsas, 19262,43 manat faiz borcu, 31124 manat cərimə borcu, cəmi 149912,73 manat vardır. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh kredit müqavilələri üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi 25.04.2016-cı il tarixli, 11-25-04-2016-RA-RA saylı kredit müqaviləsi üzrə 99526,30 (doxsan doqquz min beş yüz iyirmi altı manat otuz qəpik) manat əsas borc, 19262,43 (on doqquz min iki yüz altmış iki manat qırx üç qəpik) manat faiz borcu, 25.04.2016-cı il tarixli, 8-25-04-2016-RA-RA saylı kredit müqaviləsi üzrə isə 140238,04 (yüz qırx min iki yüz otuz səkkiz manat dörd qəpik) manat əsas borc, 27805,87 (iyirmi yeddi min səkkiz yüz beş manat səksən yeddi qəpik) manat faiz borcu Cavabdeh iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və yüksək məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə 25.04.2016-cı il tarixli, 11-25-04-2016-RA-RA saylı kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 31124 manat məbləğində deyil, 3000 manat məbləğində müəyyən edilməsini, 25.04.2016-cı il tarixli 8- 25-04-2016-RA-RA saylı kredit müqaviləsi üzrə isə iddia ərizəsində göstərilən cərimənin 68598 manat məbləğində deyil, 5000 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 25.04.2016-cı il tarixli, 11-25- 04-2016-RA-RA saylı Kredit müqaviləsinin təminatı kimi “xxxx” ASC ilə Cavabdeh arasında sonuncuya məxsus sahəsi 97.81 kv.m, Bakı şəhəri, Yasamal rayonu, inşaatçılar propekti, 60A, M6, m.1 ünvanında yerləşən mənzilin ipotekaya qoyulması barədə 07.04.2018-ci il tarixli ipoteka müqaviləsi, 25.04.2016-cı il tarixli 8-25-04-2016-RA-RA saylı kredit müqaviləsinin təminatı kimi isə bankla Cavabdeh arasında sonuncuya məxsus sahəsi 177.7 kv.m, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M6, m2 ünvanında yerləşən mənzilin ipotekaya qoyulması barədə 07.04.2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. 22.12.2020-ci il tarixli xxxx MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar propekti, 60A, M6 ünvanında yerləşən 1 saylı mənzilin likvid dəyəri 112500 manat, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 60A, M6 ünvanında yerləşən 2 saylı mənzilin likvid dəyəri 205000 manat təşkil edir. Cavabdeh tərəf ipoteka predmetinin dəyərini mübahisələndirməmişdir. Məhkəmə həmçinin iddianın 30,40 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş dövlət rüsumunu və manat xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu və digər xərcləri ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu və digər xərcləri ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və digər xərclər Cavabdeh aid edilməli və ondan alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci Cavabdeh tutulmalıdır. Belə ki, 23.12.2020-ci il tarixli, 9/54911 saylı və 05.05.2021-ci il tarixli, 9/1950 saylı ekspert rəylərindən göründüyü kimi, ekspertiza tədqiqatlarının dəyəri 200 manat, xxxx MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 300 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertizanın tədqiqatlarının dəyəri olaraq 200 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh 25.04.2016-cı il tarixli, 11-25-04- 2016-RA-RA saylı kredit müqaviləsi üzrə 99526,30 (doxsan doqquz min beş yüz iyirmi altı manat otuz qəpik) manat əsas borc, 19262,43 (on doqquz min iki yüz altmış iki manat qırx üç qəpik) manat faiz borcu, 3000 (üç min) manat cərimə borcu olmaqla, cəmi 121788,73 (yüz iyirmi bir min yeddi yüz səksən səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10,65 (on manat altmış beş qəpik) manat, 20,71 (iyirmi manat yetmiş bir qəpik) manat xidmət haqqı və bank xidməti tutularaq, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 1 saylı mənzilə yönəldilərək, açıq hərracda satılmalı, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 1 saylı mənzilin ilkin satış qiyməti 112500 (yüz on iki min beş yüz) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 1 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilməli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 1 saylı mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulmalı, Cavabdeh 25.04.2016-cı il tarixli, 8-25-04-2016-RA-RA saylı kredit müqaviləsi üzrə 140238,04 (yüz qırx min iki yüz otuz səkkiz manat dörd qəpik) manat əsas borc, 27805,87 (iyirmi yeddi min səkkiz yüz beş manat səksən yeddi qəpik) manat faiz borcu, 5000 (beş min) manat cərimə borcu olmaqla, cəmi 173043,91 (yüz yetmiş üç min qırx üç manat doxsan bir qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10,65 (on manat altmış beş qəpik) manat, 20,71 (iyirmi manat yetmiş bir qəpik) manat xidmət haqqı və bank xidməti, 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 2 saylı mənzilə yönəldilərək, açıq hərracda satılmalı, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 2 saylı mənzilin ilkin satış qiyməti 205000 (iki yüz beş min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 2 saylı mənzilə satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilməli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 2 saylı mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulmalı, məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat, məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməli, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 1 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 2 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzillər boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 25.04.2016-cə il tarixli, 11-25-04-2016-RA-RA saylı kredit müqaviləsi üzrə 99526,30 (doxsan doqquz min beş yüz iyirmi altı manat otuz qəpik) manat əsas borc, 19262,43 (on doqquz min iki yüz altmış iki manat qırx üç qəpik) manat faiz borcu, 3000 (üç min) manat cərimə borcu olmaqla, cəmi 121788,73 (yüz iyirmi bir min yeddi yüz səksən səkkiz manat yetmiş üç qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10,65 (on manat altmış beş qəpik) manat, 20,71 (iyirmi manat yetmiş bir qəpik) manat xidmət haqqı və bank xidməti tutularaq, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulsun. İddia tələbi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 1 saylı mənzilə yönəldilərək, açıq hərracda satılsın. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 1 saylı mənzilin ilkin satış qiyməti 112500 (yüz on iki min beş yüz) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 1 saylı mənzilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 1 saylı mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulsun. Cavabdeh 25.04.2016-cı il tarixli, 8-25-04-2016-RA-RA saylı kredit müqaviləsi üzrə 140238,04 (yüz qırx min iki yüz otuz səkkiz manat dörd qəpik) manat əsas borc, 27805,87 (iyirmi yeddi min səkkiz yüz beş manat səksən yeddi qəpik) manat faiz borcu, 5000 (beş min) manat cərimə borcu olmaqla, cəmi 173043,91 (yüz yetmiş üç min qırx üç manat doxsan bir qəpik) manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 10,65 (on manat altmış beş qəpik) manat, 20,71 (iyirmi manat yetmiş bir qəpik) manat xidmət haqqı və bank xidməti, 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti xeyrinə tutulsun. İddia tələbi Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 2 saylı mənzilə yönəldilərək, açıq hərracda satılsın. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 2 saylı mənzilin ilkin satış qiyməti 205000 (iki yüz beş min) manat müəyyən edilməklə, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 2 saylı mənzilə satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh verilsin. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 2 saylı mənzilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh iddiaçının xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəmə-əmtəəşünaslıq ekspertizasının tədqiqatının dəyəri olaraq 300 (üç yüz) manat, məbləğində pul vəsaiti Cavabdeh tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 1 saylı mənzil və Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 60A, M6 ünvanında yerləşən 2 saylı mənzil açıq hərracda satıldıqdan sonra həmin mənzillər boşaldılsınlar. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-446/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-446/2021
21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver