Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4469/2020 06.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Şirinova Lamiyə Fehruz qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh QSC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair mülki işə baxaraq məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli, 002S**********01 saylı zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 məhkəməyə verdiyi izahatında iddia tələbinin tam əsassız olduğunu bildirmiş və qeyd etmişdir ki, İddiaçı zamin olduğu müqavilə üzrə kredit xətti müqaviləsi açılıb və müxtəlif məbləğlərdə onlara kredit verilmişdir. Kredit xətti müqaviləsi əsasında onların kredit borcu yarandığından 2016-ci ildə məhkəməyə müraciət edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Suraxanı Rayon Məhkəməsinin qətnaməsini qismən dəyişdirmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsi isə Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. Həmin mülki iş üzrə iddiaçı tərəfindən bundan əvvəlki məhkəmə iclaslarının heç birində zaminlik müqaviləsi mübahisələndirilməmişdir. Hazırki mülki iş üzrə məqsəd yalnız qətnamənin icra olunmasına maneə yaratmaqdan ibarətdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yari barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir üzrlü səbəb təqdim etməmişdir. Cavabdehin nümayəndəsi X7 isə mülki işin mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “Cavabdeh" QSC-nin “Xalqlar Dostluğu” filialı ilə X8 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 02L000000985 saylı kredit müqaviləsinə əsasən bank borcalana 48 ay müddətinə 10000 ABŞ dolları məbləğində kredit xətti açmışdır. xx.xx.2015-ci il tarixli sazişə əsasən kredit xətti müqaviləsinin məbləği və müddəti artırılaraq müvafiq olaraq 100000 ABŞ dolları və 208 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə X6 xx.xx.2014-cü il tarixli 002R14322.08261 saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 2,25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(010)-8709/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək cavabdehlər X1, X9, X12, X2, X13, X10, X11 və İddiaçı müştərək qaydada iddiaçı Cavabdeh QSC-nin xeyrinə 23783,55 ABŞ dolları məbləğində əsas borc, 3128,40 ABŞ dolları məbləğində faiz borcu, 1000 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 27911,95 ABŞ dolları məbləğində borc pulun ödəniş gününə manat məzənnəsinə uyğun olaraq, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli,2(103)- 7207/2019 saylı qətnaməsi ilə cavabdeh X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-8709/2016 saylı xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilərək, Bakı Apellyasiyg Məhkəməsinin 2(103)-1060/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 23675,74 ABŞ dolları əsas, 789,73 ABŞ dolları cərimə borcunun (ödəniş günü Azərbaycan manatına olan məzənnə ilə) Cavabdeh QSC-nin xeyrinə, cavabdehlər X5 və X9, X12, X2, X13, X10, X11 və İddiaçı müştərək qaydada tutulması qət edilmişdir.. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7214/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-7207/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə iş üzrə toplanmış subutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı Cavabdeh QSC-nin kredit xətti, kredit razılaşmaları, ipoteka müqavilələri və zaminlik müqavilələri əsasında qaldırdığı iddia ərizəsi üzrə həmin məhkəmə proseslərində cavabdeh qismində cəlb edilmiş və iştirak etmişdir. Zaminlik müqaviləsinə əsasən qətnamədə qeyd edilən məbləğin müştərək qaydada, həm də zamin İddiaçı tutulması qət edilmiş və qətnamə öz qanuni qüvvəsini almışdır.. Məhkəmə qeyd edir ki, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə kredit xətti müqaviləsinə xitam verilmişdir. Mülki Məcəllənin tələbinə əsasən əsas öhdəliyə xitam veriləndə əlavə öhdəliklərə də xitam verilir. Belə olan halda zamin İddiaçı öhdəliyi artıq qanuni qüvvəyə minmiş qətnaməyə əsasən yaranır. Bu halda İddiaçı xitam verilmiş zaminlik müqaviləsinin etibarsız hesab olunmasını tələb edə bilməz. Mülki Prosessual Məcəllənin tələbinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. AR Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Cavabdeh "Cavabdeh" QSC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi barədə İddiaçı iddia tələbi təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-4469/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4469/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver