Məhkəmə qərarları › İş №2(004)-4470/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4470/2023

06.11.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4470/2023 06.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X2 Xidmətinə qarşı "əmək haqqının, istifadə edilməmiş məzuniyyət günləri üçün və işdən çıxma müavinətlərinin düzgün hesablanmaması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X2 Xidmətinə qarşı "əmək haqqının, istifadə edilməmiş məzuniyyət günləri üçün və işdən çıxma müavinətlərinin düzgün hesablanmaması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, son haqq hesab aparılarkən səhv hesablama apararaq vurmuş olduğu cəmi 77882,03 manat məbləğində ziyanın və iddia qaldırmaq üçün mediasiya təşkilatına ödədiyi rüsumun əvəzi olaraq 50 (əlli) manat məbləğində vəsaitin cavabdeh - “Yelo Bank" ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müracət edərək son haqq hesab aparılarkən səhv hesablama apararaq vurmuş olduğu cəmi 77882,03 manat məbləğində ziyan, xx.xx.2022-ci il tarixdən başlayaraq ödəniləcək tarixə kimi hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin, xx.xx.2022-ci il tarixdən başlayaraq ödəniləcək tarixə kimi hər gecikdirilmiş gün üçün əmək haqqının azı bir faizi məbləğində ödəncin və iddia qaldırmaq üçün mediasiya təşkilatına ödədiyi rüsumun əvəzi olaraq 50 (əlli) manat məbləğində vəsaitin cavabdeh - “Yelo Bank" ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə bağlanmış xx.xx.2013-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ASC-nin (xx.xx.2019-cu il tarixədək "xxxx" ASC adlanan) “8 saylı” filialın müdir müavini vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli 1100 K saylı əmr ilə həmin filialın müdiri vəzifəsinin müvəqqəti icraedicisi və xx.xx.2017-ci il tarixli 61/11 saylı əmr ilə filialın müdiri vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 54/A saylı əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən yuxarıda qeyd edilən əmək müqaviləsinə qanuna zidd olaraq xitam verildi. Belə ki, 5 (beş) il fasiləsiz olaraq Cavabdeh ASC-də işləmişdi. Sonradan cavabdeh səhvlərini şüurlu anlayaraq ona müddətli Əmək Müqaviləsi təqdim etdi, o da ailəni fikirləşib məcburiyyət qarşısında qalaraq müddətli müqaviləni imzaladı və xx.xx.2018-ci il tarixli 53/Q saylı əmr ilə yenidən “8 saylı” filialın müdiri vəzifəsinə təyin edildi. Baxmayaraq ki, xx.xx.2013-cü il tarixindən bankın əməkdaşı idi, amma cavabdeh tərəfindən əmək müqaviləsi yenə də qanuna zidd olaraq (belə ki, Əmək Məcəlləsinin 45-ci Maddəsinə əsasən işəgötürənin görəcəyi işin və göstərəcəyi xidmətlərin mövsümi xarakter daşımadığından, yəni daimi olduğundan mənimlə bağlanılan əmək müqaviləsi müddətsiz bağlanmalı idi) müddətli bağlandı və hər dəfə qısa müddətlərə (3-6 ay) artırılırdı. Xəstəliyi ilə bağlı işdə olmadığı vaxt Cavabdeh ASC rəhbərliyi tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli, 128/A saylı Əmr ilə xilam verilmişdir. xx.xx.2020-ci il tarixində qanuna zidd olaraq kobud şəkildə əmək müqaviləsinə xitam verilənə qədər 7 (yeddi) ildən artıq müddət həmin bankda fəaliyyət göstərmişdi. Konstitusion hüquqlarından istifadə edərək xx.xx.2020-ci il tarixində Nəsimi Rayon Məhkəməsinə İddia Ərizəsi ilə müraciət etdi. Hesab edirdi ki, cavadehin xx.xx.2020-ci il tarixli, 128/A saylı əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv və iddia ərizəsində qeyd edilən tələbləri tam təmin edilməlidir. Müraciətlə bağlı Nəsimi Rayon Məhkəməsi işin bütün hallarını araşdıraraq xx.xx.2020-ci il tarixli 2(006)-4149/2020 saylı Qətnaməsi ilə iddia qismən təmin etdi. İddia tam təmin olunmadığından apellyasiya şikayəti verdi. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-8540/2020 saylı Qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi olduğu kimi qüvvədə saxlanıldı. Bununla da razılaşmayaraq Ali Məhkəməyə iddianın tam təmin olunması məqsədilə kassasiya şikayəti verdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021 -ci il tarixli 2(102)-2974/2021 saylı Qərarı ilə iş Bakı Apellyasiya Məhkəməsinə yeni baxışa göndərildi. Yeni baxışla bağlı Bakı Apelyasiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli 2(103)-9642/2021 saylı Qətnamə qəbul edildi. Qətnamədən cavabdeh bir daha kassasiya şikayəti verdi və bununla bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-1014/2022 saylı Qərarı ilə cavabdeh - Cavabdeh ASC-nin kassasiya şikayəti təmin edilmədi və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-9642/2021 saylı xx.xx.2021-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanıldı. Qətnamə qüvvəyə mindiyindən xx.xx.2022-ci il tarixli İcra Vərəqi qətnamənin icrası məqsədilə Yasamal Rayon İcra Şöbəsinə göndərildi. İcra Vərəqi qanunvericiliyin tələbinə uyğun olaraq dərhal icra olunmalı olduğu halda xx.xx.2022-ci il tarixində cavabdeh İcra Vərəqini qismən icra etdi, amma o öz işinə - «8 saylı” Filiala buraxılmadı. xx.xx.2020-xx.xx.2022-ci və 05.05-xx.xx.2022-ci il tarixləri arası dövr üzrə hesablanmış məcburi iş buraxmaya görə ödənc və 08 İyun 30 İyun 2022-ci il tarixləri arası dövr üzrə hesablanmış əmək haqqı məbləğlərindən, yəni cəmi 52440 manatdan tutulmalar çıxıldıqdan sonra 47035,47 manat məbləğində vəsait kart hesabına köçürüldü. Öz işinə bərpa ilə bağlı isə xx.xx.2022-ci il tarixli əmr tərtib edildi və işə bərpa olunduğum görüntüsü yaradıldı. xx.xx.2022-ci il tarixində cavabdeh 113/A saylı əmrlə (əlavə olunur) mövcud olmayan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin kiç” bəndinə (müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) əsasən xitam verdi. Həmin gün son haqq hesab edilərək istifadə edilməmiş əmək məzuniyyətinə görə cəmi 62,17 gün pul əvəzi və qanunvericiliklə nəzərdə tutulmuş orta əmək haqqının 3 misli məbləğində müavinat səhv hesablanmış və səhv hesablanmış məbləğlərdən tutulmalar çıxıldıqdan sonra cəmi 11055,06 manat məbləğində vəsait kart hesabına köçürüldü. Sonradan isə axşam qeydiyyat ünvanına kuryer vasitəsilə əvvəlcə qoşması yuxarıda qeyd etdiyi əmək müqaviləsinə xitam verilməsi barədə Əmr olan 26.07.20 tarixli 1-13/3417-22 saylı məktub, ondan 20 dəqiqə sonra isə xx.xx.2022-ci il tarixli 1-13/3418-22 saylı Bildiriş təqdim edildi. Bildirişin qeydiyyat nömrəsi (1-13/3418-22) məktubun qeydiyyat nömrəsindən (1-13/3417-22) sonradır. Nömrə ardıcıllığı belə, hadisələrin ardıcıllığına uyğun gəlmir. Əslində isə Bildiriş əvvəl tərtib edilib göndərilməli idi, Bildirişi o alandan sonra isə qoşması Əmr olan məktub göndərilməli idi. Bununla da sübut olunur ki, Bildirişin rəsmiləşdirilməsi formal xarakter daşımışdır. Eyni vaxtda o da sübut olunur ki, ümumiyyətlə bu əməllər açıq-aydın qanun pozuntusu ilə rəsmiləşdirilmişdir. Dəfələrlə müraciət etməyinə baxmayaraq bu günə kimi cavabdehin vəzifəli şəxləri həmin məbləğin haradan formalaşdığı barədə məlumat verməkdən çəkinirlər. Yenə də qanunla qorunan hüquqlarından istifadə edərək xx.xx.2022-ci il tarixində Yasamal Rayon Məhkəməsinə İddia Ərizəsi ilə müraciət etdi. Hesab edir ki, cavadehin xx.xx.2022-ci il tarixli 113/A saylı əmri yenə də tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv və iddia ərizədə qeyd edilən tələbləri tam təmin edilməlidir. Ərizə 2(004)-262/2023 saylı iş üzrə icraata qəbul edildi və xx.xx.2023-cü il tarixində Qətnamə çıxarıldı. Qərara etiraz olaraq xx.xx.2023-cii il tarixində Apellyasiya Şikayəti verdi. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-2588/2023 saylı Qətnaməsilə Yasamal Rayon Məhkəməsinin yuxarıda qeyd olunan Qətnaməsinin ləğv edilməsi və onun apellyasiya şikayətinin təmin edilməsi qət edildi. Onu da bildirir ki, yuxarıda qeyd edilən və qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9642/2021 saylı Qətnamə (başı bəlalı) bu günə kimi hələ də tam icra edilməyib və İcra Vərəqinə xitam verilməyib. Bildirir ki, yuxarıda qerd olunan normalara uyğun olaraq onun əsas və əlavə məzuniyyət günlərindən istifadə etmək hüququ var idi. Lakin cavabdeh onun məzuniyyət hüququndan istifadə etməyinə imkan verməmiş, nəticədə onun əsas və əlavə məzuniyyət günləri itirilmiş, həmçinin istifadə edə bilmədiyi əlavə məzuniyyət günlərinə görə ona heç bir haqq ödənilməmişdir. Bildirir ki, həm xx.xx.2020-ci, həm də xx.xx.2022-ci il tarixlərində əmək müqavilələrinə xitam verilərkən cavabdeh tərəfindən onun istifadə edilməmiş məzuniyyət günlərindən istifadə hüquqları pozulmuşdur. Belə ki, o 2020-ci ilin fevral ayında məzuniyyətə çıxmaq üçün yazdığı ərizədə 6 gün əlavə məzuniyyət və 6 güıı əsas məzuniyyətdən istifadə elmək istədiyini aşkar şəkildə bildirmişdi. Məzuniyyət əmrində (əlavə olunur) də ağ-qara rənglə və dəqiq məzmunda eyni vaxtda həm 6 gün əlavə, həm də 6 gün əsas, cəmi 12 gün məzuniyyət verilməsi qeyd edilmişdi. Əmrdə qalıq əsas məzuniyyətindən istifadə olunmayan 6 günü ilin sonuna kimi istifadə etməyi tövsiyə olunmuşdu. Göründüyü kimi, xx.xx.2020-ci il tarixində əmək müqaviləsinə xitam verilərkən son haqq-hesab ediləndə həmin 6 gün əsas məzuniyyətə görə pul əvəzi ödənilməmişdir. Bu qeyd etdikləri ƏƏSMN yanında DƏMX Bakı şəhər idarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********2 saylı məktubunda öz təsdiqini tapıb. Onu da bildirir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(103)-9642/2021 saylı Qətnaməsinin qüvvəyə minməsilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən 2020-2022-ci illər (məcburi iş buraxma dövrü) üzrə xx.xx.2023-cii il (təkrarən əmək müqaviləsinə xitam verilmə) tarixinə 12 (on iki) gün əlavə məzuniyyət hüququ var idi. Göründüyü kimi, istifadə edilməmiş məzunuyyətə görə 62.17 gün pul əvəzinin hesablanması zamanı qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ödəncdən əvvəlki 12 ayın gəlirləri (məcburi işburaxma dövrünün ödəııci daxil) 50715 manat təşkil etməsinə baxmayaraq, cavabdeh pul əvəzini özünə sərf edən variantı seçmiş və ona uyğun hesablamışdır. Yəni səhv edərək məcburi işburaxma dövrünün ödəncini aylara bölərək nəzərə almışdır. Bu da Nazirlər Kabinetinin yuxanda göstərilən Qərarının və Əmək Məcəlləsinin müvafiq maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Bu qcvd etdiklərim sorğuma cavab olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənə ünvanlanmış 3-17/2-H-2208/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda da öz əksini tapmışdır. Odur ki, hesab edir istifadə edilməmiş məzunuyyətə görə 62.17 gün pul əvəzinin hesablanması qanunun tələbinə uyğun olaraq aşağıdakı kimi aparılmalıdır. Beləliklə, hesablanmış məbləğ 8642.87 manat olmalıdır. Amma cavabdehin hesablanması ilə alınan hesablanmış məbləğ 4703.65 manat olmuşdur. İstifadə edilməmiş məzunuyyətə görə 62,17 gün pul əvəzi 8642.87 - 4703.65 = 3939.22 manat kəsrlə (əskik) hesablanmışdır. Hesab edir ki, həmin məbləğ (3939.22 manat) cavabdehdən tutularaq ona ödənilməlidir. İstifadə edilməmiş məzunuyyətə görə gün sayı düz hesablanmamışdır, yuxarıda qeyd etdiyim istifadə edilməmiş əsas məzuniyyət günlərindən 6 (altı) gün nəzərə alınmamışdır və pul əvəzinin hesablanması zamanı qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir. Belə ki, ödəncdən əvvəlki 12 ayın gəlirləri (məcburi işburaxma dövrünün ödənci daxil) 50715 manat (gross) təşkil etməyinə baxmayaraq, cavabdeh özünə sərf edən variantı seçmiş və ona uyğun hesablamışdır. Yəni səhv edərək məcburi işburaxma dövrünün ödəncini aylara bölərək nəzərə almışdır. Bu da Nazirlər Kabinetinin yuxarıda göstərilən Qərarının və Əmək Məcəlləsinin müvafiq maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir. Odur ki, hesab edir istifadə edilməmiş əsas məzunuyyətə görə 6 (altı) gün pul əvəzinin ona ödənilməlidir və hesablanması qanunun tələbinə uyğun olaraq aşağıdakı kimi aparılmalıdır. Beləliklə, hesablanmış və ödənilməli məbləğ 834,12 manat olmalıdır və hesab edir ki, cavabdehdən tutularaq onun xeyrinə ödənilməlidir. İstifadə edilməmiş məzunuyyətə görə gün sayı düz hesablanmamışdır, yuxarıda qeyd etdiyi istifadə edilməmiş əlavə məzuniyyətə görə 12 (on iki) gün (xx.xx.2023-cü il tarixində əmək müqaviləsinə xitam verilərkən) nəzərə alınmamışdır. Cavabdeh "xxxx" ASC etirazla məhkəməyə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırmışdır ki, hesab edir ki, İddiaçı iddia tələbləri əsasızdır. İddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin verdiyi 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci i! tarixli 128/A saylı əmrinin və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilsin’ qeydi etibarsız sayılmalı. İddiaçı əvvəlki işinə bərpa edilməli, İddiaçı xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğ ödənilməli, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətsiz bağlanılmış hesab edilməli, Cavabdeh ASC-dən ödənilmiş dövlət rüsumu olan 30 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Sözügedən icra vərəqəsi xx.xx.2022-ci il tarixdə Banka daxil olmuş və icra vərəqəsi Bank tərəfindən təxirə salınmadan dərhal xx.xx.2022-ci il tarixdən etibarən icra olunmağa başlanılmışdır. Belə ki, xx.xx.2022-ci il tarixində işəgötürən tərəfindən icra vərəqəsinin icrasının təmin edilməsi barədə əmr verilərək İddiaçı 43.133.98 manat məbləğində (məhkəmə qərarına əsasən işə bərpa olunma müddətindən başlayaraq, yəni xx.xx.2020-ci il - xx.xx.2020-ci il tarixləri üzrə xəstəlik vərəqəsinə əsasən 8 gün hesablanmış məbləğlə birlikdə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək 438 gün üçün ödənilmiş əmək haqqı məbləği, cəmi 446 gün üçün pul vəsaiti ödənilmişdir. Bundan əlavə xx.xx.2022-ci il tarixdən sonrakı hər gün üçün hesablanmalı olan əmək haqqı məbləği işdən çıxma dövrünədək hər ayın sonu müvafiq əmək haqqı onun hesabına köçürülmüşdür. Eyni zamanda xx.xx.2020-ci il tarixli xxxxxxx0002XO nömrəli bildirişin etibarsız hesab edilməsi barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə dəfələrlə həm yazılı, həm də şifahi olaraq müraciət edilmişdir. Sözügedən bildiriş X2 Xidməti tərəfindən xx.xx.2022-ci il tarixində etibarsız hesab edilmiş və dərhal sonra Bank tərəfindən xx.xx.2022-ci il tarixində İddiaçı əvvəlki işinə (əvvəlki adı “8 saylı” filialın müdiri) bərpa edilməsi barəsində əmr verilmiş, ona işə çıxmasına dair bildiriş göndərilmiş, xx.xx.2022-ci il tarixli məktubla ilkin olaraq icra vərəqəsi və işə bərpa ilə əlaqədar müvafiq prosedurların yerinə yetirilməsi məqsədilə (icra sənədinə əsasən əmək kitabçasına müvafiq düzəlişin edilməsi, təhlükəsizlik qaydalarına uyğun olaraq müəyyən şifrələrin və kartların verilməsi və s.) xx.xx.2022-ci il tarixdə Bankın Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 81 K ünvanında yerləşən baş ofisinə dəvət edilmiş və gələrkən özü ilə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə əmək kitabçasının gətirilməsi bildirilmişdir. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən görüş zamanı İddiaçı Bankın “8 saylı” filialının (hazırki adı ”28 May” filialı ) müdiri vəzifəsinə işə bərpa olunduğu və icra sənədinin digər hissələrinin də Bank tərəfindən tam icra edildiyi onun və vəkilinin diqqətinə çatdırılmış və bu barədə yazılı məktub təqdim edilmişdir. Lakin İddiaçı əvvəlki iş yeri olan ”28 May” filialına (əvvəlki adı “8 saylı” filial) filial müdiri vəzifəsinə işə çıxmaqdan imtina etmişdir. Daha sonra Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “ç” bəndinə əsasən {müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar) İddiaçı tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda İddiaçı istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi və qanunvericiliklə nəzərdə tutulmuş müavinət ödənilmişdir. Bundan başqa, bildiririk ki, İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və iddianın həcminin artırılması barədə ərizə ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən son nəticədə işdən qanunsuz çıxarılması ilə əlaqədar dəymiş zərər məbləğinin (işləmədiyi müddət (məcburi iş buraxma dövrü) üçün orta əmək haqqının, məhkəmələrdə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi cəmi 980 manat xərcin, 07.2020- 05.2022-ci illər dövrü üzrə məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdə ona ödənilən gross əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan məbləğin, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq tarif (vəzifə) maaşları arasındakı yaranmış fərq məbləğinin (yəni 460 x 4 ay = 1840 manatın), mediasiyaya ödədiyi 60 manat rüsumun cavabdehdən alınıb ona ödənilməsi və 2020-ci ilin son 6 ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia əsasında başlanmış mülki işə baxmış Yasamal rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(004)-5600/2023 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının “07.20xx-xx.2022-ci illər dövrü üzrə məcburi iş buraxmaya görə xx.xx.2022-ci il tarixdə ona ödənilən gross əmək haqqı məbləğinin indeksləşdirilməsi zamanı alınan məbləğin cavabdehdən alınıb ona ödənilməsi və 2020- ci ilin son 6 ayı və 2021-ci ilin tam aylıq tarif (vəzifə) maaşları üzrə məcburi dövlət sosial sığorta məbləğlərinə hesablanmalı indeksasiya məbləğlərinin onun fərdi şəxsi hesabına köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbləri üzrə işin icraatına xitam vermiş, eyni tarixli qətnamə ilə iddianı qismən təmin edərək, 2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq əmək haqqının - 1840 manatla 2300 manat arasında yaranmış fərqin Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı ödənilməsi, İddiaçı hüququnun müdafiəsi ilə bağlı çəkdiyi xərcin əvəzi olan 330 manatın və ödənilmiş mediasiya xərcinin əvəzi olan 50 manatın Cavabdeh ASC-dən İddiaçı xeyrinə tutulmasını, iddianın qalan hissədə təmin olunmamasını qət etmişdir. İddiaçı və Cavabdeh ASC-nin həmin qətnamədən ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apelyasiya Məhkəməsi, iş üzrə qəbul etdiyi 2(103)-1853/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamə ilə Yasamal rayon Məhkəməsinin 06.12. 2022-ci il tarixli qətnaməsinin “hüquqi yardımın göstərilməsinə görə çəkilmiş xərclərin ödənilməsi” tələbinin təmin olunmayan hissəsində ləğv olunmasını, hüquqi yardımın göstərilməsi haqqında müqavilələrə əsasən ödənilmiş cəmi 586) manatın Cavabdeh ASC-dən tutulub İddiaçı ödənilməsini, qətnamənin “2020-ci ilin oktyabr-dekabr ayları üzrə aylıq əmək haqqının - 1840 manatla 2300 manat arasında yaranmış fərqin Cavabdeh ASC tərəfindən hesablanaraq İddiaçı ödənilməsi” hissəsində dəyişdirilmsini, 2020-ci ilin sentyabr-dekabr ayları üzrə aylıq əmək haqqının - 1840 manatla 2300 manat arasında yaranmış fərqin "Yelo Bank” ASC tərəfindən hesablanaraq İddiaçı ödənilməsini qət etmişdir. Göründüyü kimi, İddiaçı iiə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2020-ci il tarixli i 28/A saylı əmrin ləğv ilə bağlı məcburi işburaxma müddəti üçün əmək haqqı və digər ödənişlər, habelə xx.xx.2022-ci il tarixli əmrlə bağlı istifadə edilməmiş məzuniyyət günlərinə görə pul və qanunvericiliklə nəzərdə tutulmuş müavinət də daxil olmaqla son haqq hesab İddiaçı tam şəkildə ödənilmişdir. Həmin hesablamalar zamanı Cavabdeh ASC tərəfindən hər hansı riyazi və sair səhvlərə yol verilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası əsassızdır və təmin edilməməlidir. Bunlardan başqa, hesab edir ki, İddiaçı hazırki iddiası həm əsassız olduğuna görə, həm də iddia müddəti ötürüldüyü üçün rədd edilməlidir. Yuxarıda qeyd olunduğu kimi, İddiaçılə bağlanmış əmək müqaviləsinə ilk dəfə xx.xx.2020-ci il tarixdə işəgötürənin əmri ilə xitam verilmişdir. İddiaçı həmin əmrin ləğv edilməsi və sair iddia tələbləri ilə Nəsimi rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Sözügedən iş üzrə qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Cavabdeh ASC-nin xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi. İddiaçı əvvəllər tutduğu vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh ASC tərəfindən həmin qətnamənin icrası ilə bağlı xx.xx.2022-ci il tarixdə İddiaçı ödənilməli olan bütün ödənişlər onun hesabına köçürülmüşdür. İddiaçı həmin vəsaiti qəbul etmişdir. İddiaçılə bağlanmış əmək müqaviləsinə təkrarən xx.xx.2022-ci il tarixdə Cavabdeh ASC tərəfindən xitam verilmiş və xx.xx.2022-ci il tarixdə də İddiaçı son haqq hesab, o cümlədən istifadə edilməmiş məzuniyyət və müavinət pulları düzgün hesablanaraq onun hesabına köçürülmüşdür. İddiaçı həmin vəsaiti də qəbul etmişdir. Göründüyü kimi, xx.xx.2020-ci il tarixli əmrlə bağlı ödənişlər xx.xx.2022-ci il tarixdə, xx.xx.2022-ci il tarixli əmrlə bağlı isə elə həmin gün, yəni xx.xx.2022-ci il tarixdə İddiaçı hesabına köçürülmüş, sonuncu da həmin ödənişləri qəbul etmişdir. Lakin buna baxmayaraq İddiaçı hazırki iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı Əmək Məcəlləsində nəzərdə tutulan 1 illik iddia müddətini üzrlü səbəb olmadan ötürmüşdür. Həmçinin cavabdeh "xxxx" ASC arayışla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı X1 iddia ərizəsində qeyd etdiyi 14-15 mart 2020-ci tarixlərində (şənbə və bazar günləri) işə cəlb olunmağına görə, 2019-2020-ci i! iş üzrə 6 (altı) gün əsas məzuniyyətə görə və 2020-2022 (məcburi iş buraxma) dövrü üzrə 12 (on iki) gün əlavə məzuniyyətə görə ümumilikdə 2.954,56 manat məbləğindəki iddiaçının qeyd etdiyi məbləğdən artıq həcmdə məbləğlər Bakı Apellyasiya Məhkəməsinin verdiyi 2(103)-9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən həmin məbləğlər xx.xx.2022-ci il tarixində 1.905,75 manat, 29 iyun 2022-ci il tarixdə 2.026,50 manat olmaqla cəmi 3.932,25 manat məbləğində iddiaçının hesabına ödənilmişdir. Göründüyü kimi iddiaçının iddia tələbinin həmin nisssələri cavabdeh tərəfindən 2022-ci ildə ödənildiyinə görə əsassızdır və rədd edilməlidir. İddiaçı Cavabdeh ASC tərəfindən ona köçürülmüş məbləğləri dəfələrlə mübahisələndirmiş və bununla bağlı dövlət orqanların (DSMF və DVX) müraciətlər etmiş, lakin Bank tərəfindən hesablamalarda və ödənişlərdə hər hansı yanlışlığın olmaması müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi 2022-ci ilin iyul ayı üzrə iddiaçıya ödənilməli olan 1.815,75 manat məbləğində əmək haqqına münasibətdə bildirir ki, həm iddiaçının özünün dəfərlərlə təsdiq etdiyi, həm Bank daxili işəçıxmamağa görə tərtib edilmiş aktlara əsasən, eyni zamanda Yasamal rayon İcra Şöbəsinin də təsdiq etdiyi kimi İddiaçı 2022-ci ilin iyul ayı ərzində faktiki olaraq işdə olmamış və qanunvericiliklə müəyyən edilmiş üzrlü səbəbdən işdə olmadığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı müvafiq iş vaxtı ərzində işdə olmadığından, əmək funksiyalarını icra etmədiyi üçün həmin müddət, yəni 2022-ci ilin iyul ayı üçün ona əmək haqqı hesablanmamışdır. Bu səbəbdən də iddiaçının qeyd etdiyi tələb əsassız hesab edilməlidir. Həmçinin iddiaçının iddia ərizəsində qeyd etdiyi əmək məzuniyyətinə görə 62,17 gün pul əvəzinin səhv hesablandığına görə 3.939,22 manat məbləğində fərq və orta əmək haqqının 3 misli məbləğində müavinatın səhv hesablandığına görə 69.172,50 manat məbləğində fərqə dair tələb hissəsi də tamamilə əsassızdır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alman məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayma vurulur. Yuxanda qeyd edilən maddənin tələbləri nəzərə alınaraq, müqaviləyə xitam verilən zaman xitamdan əvvəlki 12 təqvim ayı nəzərə alınaraq ödənilmişdir. Eyni zamanda, məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilməsi göstərişi icra edilmişdir. Qanunvericiliyin tələbləri yerinə yetirildiyi üçün iddiaçının tələbi bu hissədə əsasızdır. Odur ki, qanunvericiliyin yuxarıda qeyd edilən müddəası nəzərə alınmaqla tərəfimizdən məzuniyyət vaxtı üçün hesablanmış orta əmək haqqı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmsallaşdırılaraq ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmiş və izahatında bildirmişdir ki, arayışla tanış olub, arayış etirazın qısa formasıdır. Nə etiraza, nə də arayışa qoşma əlavə edilməmişdir. O, dəfələrlə rəsmi müraciət edərək sənədlərin ona təqdim edilməsini xahiş etsə də, cavabdeh tərəfindən sənədlər təqdim edilməmişdir. Ayayışda gəstərilən müavinətlərin hesablanması hissəsində də düzgün deyildir. Odur ki, iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 etirazla eyni məzmunlu izahat verərək iddianın təmin olunmamasını xahiş etmiş və izahatında bildirmişdir ki, onlar tərəfindən çıxarış təqdim edilmişdir. Əmək haqqı birdəfəlik deyil, aylar üzrə bölünərək ödənilmişdir. Mülahizədə qeyd olunanlar da əsassızdır və təmin edilməməlidir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsinə əsasən İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilməsi haqqında xx.xx.2020-ci il tarixli 128/A saylı əmri və əmrə əsasən ******* saylı əmək kitabçasının 27-ci səhifəsindəki 29-cu qeyd nömrəsi ilə yazılmış “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin 2-ci hssəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə xitam verilsin” qeydinin etibarsız sayılması, İddiaçı əvvəlki işinə bərpa edilməsi, xx.xx.2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı və əmək qabiliyyətinin olmaması vərəqəsi üzrə xəstə olduğu müddətdə xəstəlik vərəqəsi üzrə ödənilməli olan məbləğin, dövlət rüsumu olan 30 manatın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(103)-8540/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4149/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 02 avqust 2021-ci il tarixli 2(102)-2974/2021 saylı qərarına əsasən "xxxx" ASC-nin kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 02 dekabr 2020-ci il tarixli 2(103)- 8540/2020 saylı qətnaməsi iddianın müqavilənin müddətsiz bağlanmış hesab edilməsi, həmçinin məhkəmə haqqının ödənilməsi tələblərinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissələrdə iş yeni baxışa göndərilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-262/2023 saylı qətnaməsinə əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı xx.xx.2022-ci il tarixli 113/A saylı əmrin ləğv edilməsi barədə iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2588/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin olunaraq Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-262/2023 saylı qətnaməsinin ləğv olunması, iddianın təmin olunaraq İddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-hissəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə "xxxx" ASC-nin İdarə Heyəti sədrinin xx.xx.2022-ci il tarixli 113/A saylı əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə bərpa olunması və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edilmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2588/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və iş üzrə Ali Məhkəmə Mülki Kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixdə yekun məhkəmə aktı qəbul edilərək qətnamə ləğv olunmuş və iddia tələbinin rədd olunması qərara alınmışdır. Mülki Prosessual qanunvericiliyin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin maddədə göstərilən qeydə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Beləliklə, araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, 14-15 mart 2020-ci tarixlərində (şənbə və bazar günləri) işə cəlb olunmağına görə, 2019-2020-ci il iş üzrə 6 (altı) gün əsas məzuniyyətə görə və 2020-2022 (məcburi iş buraxma) dövrü üzrə 12 (on iki) gün əlavə məzuniyyətə görə ümumilikdə 2.954,56 manat məbləğindəki iddiaçının qeyd etdiyi məbləğdən artıq həcmdə məbləğlər Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9642/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən həmin məbləğlər xx.xx.2022-ci il tarixində 1.905,75 manat, 29 iyun 2022-ci il tarixdə 2.026,50 manat olmaqla cəmi 3.932,25 manat məbləğində iddiaçının hesabına ödənilmişdir. İddiaçı Cavabdeh ASC tərəfindən ona köçürülmüş məbləğləri dəfələrlə mübahisələndirmiş və bununla bağlı dövlət orqanların (DSMF və DVX) müraciətlər etmiş, lakin Bank tərəfindən hesablamalarda və ödənişlərdə hər hansı yanlışlığın olmaması müəyyən edilmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi 2022-ci ilin iyul ayı üzrə iddiaçıya ödənilməli olan 1.815,75 manat məbləğində əmək haqqına münasibətdə isə həm iddiaçının özünün dəfərlərlə təsdiq etdiyi, həm Bank daxili işəçıxmamağa görə tərtib edilmiş aktlara əsasən, eyni zamanda Yasamal rayon İcra Şöbəsinin də təsdiq etdiyi kimi İddiaçı 2022-ci ilin iyul ayı ərzində faktiki olaraq işdə olmamış və qanunvericiliklə müəyyən edilmiş üzrlü səbəbdən işdə olmadığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. İddiaçı müvafiq iş vaxtı ərzində işdə olmadığından, əmək funksiyalarını icra etmədiyi üçün həmin müddət, yəni 2022-ci ilin iyul ayı üçün ona əmək haqqı hesablanmamışdır. İddia ərizəsində qeyd etdiyi əmək məzuniyyətinə görə 62,17 gün pul əvəzinin səhv hesablandığına görə 3.939,22 manat məbləğində fərq və orta əmək haqqının 3 misli məbləğində müavinatın səhv hesablandığına görə 69.172,50 manat məbləğində fərqə dair tələb hissəsində isə məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayma vurulur. Müqaviləyə xitam verilən zaman xitamdan əvvəlki 12 təqvim ayı nəzərə alınaraq ödənilmişdir. Eyni zamanda, məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilməsi göstərişi icra edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə əmək haqqının, istifadə edilməmiş məzuniyyət günləri üçün və işdən çıxma müavinətlərinin düzgün hesablanmaması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübuutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə və üçüncü şəxs X2 Xidmətinə qarşı "əmək haqqının, istifadə edilməmiş məzuniyyət günləri üçün və işdən çıxma müavinətlərinin düzgün hesablanmaması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar