Məhkəmə qərarları › İş №2(004)-4471/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4471/2023

12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4471/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 Səvat oğlu, X6, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10, Cavabdeh11 qızı və Cavabdeh12 qarşı “kommunal xidmətlərinə görə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK iddia ərizəsi və daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər:

1. Cavabdeh1 2253,55 (iki min iki yüz əlli üç manat 55 qəpik) manat,

2. X3 1127,55 (bir min yüz iyirmi yeddi manat 55 qəpik) manat,

3. Cavabdeh5 2094,66 (iki min doxsan dörd manat 66 qəpik) manat,

4. Cavabdeh6 3050,52 (üç min əlli manat 52 qəpik) manat,

5. Cavabdeh7 3575,76 (üç min beş yüz yetmiş beş manat 76 qəpik) manat,

6. Cavabdeh10 1404,14 (bir min dörd yüz dörd manat 14 qəpik) manat,

7. Cavabdeh11 qızından 3360,33 (üç min üç yüz altmış manat 33 qəpik) manat,

8. Cavabdeh12 2113,79 (iki min yüz on üç manat 79 qəpik) manat kommunal borcu tutularaq, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MTK tərəfindən Bakı şəhər İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamına əsasən ünvan 1 ünvanda çoxmənzilli (351 ədəd yaşayış mənzili) 2 yaşayış binası inşa edilmiş, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 591 saylı Sərəncamı ilə təsdiq edilmiş dövlət qəbul komissiyasının Aktına əsasən həmin binalar istismara qəbul edilmişdir. Binalarda məskunlaşma başlasa da, sakinlər qanunvericiliklə onlara verilmiş hüquqlardan və səlahiyyətlərdən istifadə etməyərək binaya kommunal xidməti həyata keçirmək və ümumi əmlakı idarə etmək (sonralar: kommunal xidmətlər) məqsədi ilə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmadıqları və binanın mühəndis - kommunal avadanlıqlarının istismarına aid cari xidməti müqavilələr (öhdəliklər) İddiaçı MTK ilə bağlanmış olduqları səbəbindən İddiaçı MTK məcbur qalıb dövlət komissiyasının aktı verilən ana mövcud olan aidiyyatı qurumlarla vaxtilə bağlanmış kommunal - mühəndis xidmətləri müqavilələri əsasında sakinlərə kommunal xidmətlərini təşkil etməkdə davam etmişdir. Buna görə də İddiaçı MTK tərəfindən AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 40 saylı Qərarı ilə müəyyən edilmiş tariflər əsasında hər bir mənzilə kommunal xidmətlərinin və ümumi əmlakın saxlanma xərclərinin, həmçinin idarəetmə xərclərinin həcmi və məbləği müəyyənləşdirilmişdir. Bu məqsədlə cəmi bina üçün hesablanmış kommunal və idarəetmə xidmətlərinin dəyərinin ümumi məbləği istifadədə olan cəmi sahələrə bölünmüş, hər bir yaşayış və qeyri yaşayış sahəsinin tikinti müqaviləsi üzrə göstərilmiş sahəsinə düşən bir kv.metrinə uyğun aylıq kommunal xidmət haqqının və əmlak saxlama xərclərinin dəyəri əvvəl 34 qəpik, xx.xx.2019-cu il tarixdən isə 28 qəpik olmaqla təyin edilmişdir (misal, 78,0 kv.metr sahəsi olan mənzil üçün aylıq kommunal xidmət haqqının dəyəri 78,0 kv.metr x 0,34 manat = 26 manat 52 qəpik təşkil etmişdir). Bununla bağlı MTK tərəfindən bina sakinlərinin kommunal xərclərlə bağlı ümumi yığıncağı çağırılmış və onun Qərarı əsasında MTK sədrinin müvafiq Əmri verilmiş, bütün sahə mülkiyyətçilərinin, ocümlədən cavabdehlərin mülkiyyətində və ya istifadəsində olan sahələr üçün kommunal xidmət haqqı hesablanmış, paylı mülkiyyətdə olan ümumi əmlakın saxlanılması barədə hər bir üzvün üzərinə düşən xidmət haqqının həcmi müəyyən edilmişdir. Həmin vaxtdan sakinlər,o cümlədən cavabdehlər fasiləsiz kommunal xidmətləri ilə (zibil daşınması, 6 ədəd liftlərin daimi işləməsi üçün texniki xidməti, nasosxana xidməti, generator xidməti, 24 saat mühafizə,abadlıq, cari təmir və s.) təmin olunmuşlar. Baxmayaraq ki, sakinlər tərəfindən üzərlərinə düşən öhdəliklə bağlı ödənişlər uzun müddət qismən və yaxud cox həcmdə ödənilsə də MTK rəhbərliyi daxili borclar hesabına illərdir həmin xidmətlərin həcmini tam şəkildə ödəmiş və binanın kommunal xidmətləri ilə təmin edilməsi fasiləsi, şəkildə aparılmış və hal-hazırda da aparılır. Lakin bir sıra sakinlərin, o cümlədən cavabdehlərin kommunal ödənişlərini qismən və ya tam şəkildə uzun müddət ödəməkdən boyun qaçırması İddiaçı MTK-ya külli miqdarda maddi ziyan vurmuş, ümumi əmlakın qorunmasına, saxlanmasına, istismarına, təhlükəsizi iyinə real təhlükə yaratmışlar. Belə ki, hər ay kommunal xidmət yığımının az olması səbəbindən sakinlərin üzərinə düşən aylıq kommunal ödənişlərinin ödənilməyən hissəsinə görə MTK təsisçiləri tərəfindən məcburiyyət qarşısında külli həcmdə pul məbləğləri ödənilmişdir. Borclu sakinlərdən daxil olası məbləğin ödənilməsi üçün onlara dəfələrlə yazılı və şifahi bildiriş-xəbərdarlıq edilsədə heç bir nəticəsi olmamışdır. Nəticədə bu hal kommunal xidmətə görə hesablanmış vəsaiti vaxtında və tam ödəyən digər sakinlərin haqlı narazılığına, onların paylı mülkiyyətdə qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuş, İddiaçı MTKnın külli miqdarda borclanması hesabına maliyyə vəziyyəti xeyli pisləşmişdir. Hal-hazırda sakinlərdən, o cümlədən cavabdehlərdən daxil olası vəsaitin- debitor borclarının ödənilməməsi səbəbindən bu sahədə ciddi problemlər yaranmağa başlayıb,MTK tərəfindən binada cari təmir,abadlıq və bərpa işlərinin vaxtında aparılmasında ciddi çətinliklər yaranmış, iddiaçının büdcəsinə xeyli miqdarda zərər vurulmuş,vergi orqanları ilə məhkəmə mübahisəsi yaranmış və MTK rəhbərliyinin hüquqları məhdudlaşdırılmış,müəssisənin bank hesablarına həbs qoyulmuş və nəhayət binanın istismarına dair təmir-profılaktik xərcləri artmışdır ki, bu da mövcud ümumi əmlakın vaxtından əvvəl dağılmasına real şərait yaradır. Məhkəmə iclasında iştirak edən İddiaçı MTK-nın nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı MTK üzrə ünvan 3 ünvanında yaşayan sakinlərin kommunal pulu ödənişlərinin hərəkət cədvəlindən görünür ki, Cavabdeh1 2253,55 manat, X4 1127,55 manat, Cavabdeh5 2094,66 manat, Cavabdeh6 3050,52 manat, Cavabdeh7 3575,76 manat, Cavabdeh10 1404,14 manat, Cavabdeh11 qızının 3360,33 manat və Cavabdeh12 2113,79 manat kommunal borcları təşkil edir. Halbuki, mənzil qanunvericiliyinə görə fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Tutulmalı kommunal ödənişlərinin məbləği ilə əlaqədar məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Beləliklə, iddia tələbi əsaslı və qanuni olub təmin edilməli, cavabdehlər Cavabdeh1 2253,55 (iki min iki yüz əlli üç manat 55 qəpik) manat, X3 1127,55 (bir min yüz iyirmi yeddi manat 55 qəpik) manat, Cavabdeh5 2094,66 (iki min doxsan dörd manat 66 qəpik) manat, Cavabdeh6 3050,52 (üç min əlli manat 52 qəpik) manat, Cavabdeh7 3575,76 (üç min beş yüz yetmiş beş manat 76 qəpik) manat, Cavabdeh10 1404,14 (bir min dörd yüz dörd manat 14 qəpik) manat, Cavabdeh11 qızından 3360,33 (üç min üç yüz altmış manat 33 qəpik) manat və Cavabdeh12 2113,79 (iki min yüz on üç manat 79 qəpik) manat kommunal borcu tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-14.2, 77.1, 88, 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. Cavabdehlər:

1. Cavabdeh1 2253,55 (iki min iki yüz əlli üç manat 55 qəpik) manat,

2. X3 1127,55 (bir min yüz iyirmi yeddi manat 55 qəpik) manat,

3. Cavabdeh5 2094,66 (iki min doxsan dörd manat 66 qəpik) manat,

4. Cavabdeh6 3050,52 (üç min əlli manat 52 qəpik) manat,

5. Cavabdeh7 3575,76 (üç min beş yüz yetmiş beş manat 76 qəpik) manat,

6. Cavabdeh10 1404,14 (bir min dörd yüz dörd manat 14 qəpik) manat,

7. Cavabdeh11 qızından 3360,33 (üç min üç yüz altmış manat 33 qəpik) manat,

8. Cavabdeh12 2113,79 (iki min yüz on üç manat 79 qəpik) manat kommunal borcu tutularaq, iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin xeyrinə ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar