Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4479/2022 04.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, iddiaçı – İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinə qarşı “işdən azad olmaya dair əmrin ləğvi və işə bərpa olunması” tələbinə dair iddiası ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsinə qarşı "işdən azad olmaya dair əmrin ləğvi və işə bərpa olunması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 sədri Himalay Məmişovun 17 mart 2021-ci il tarixli **********0 nömrəli əmrini ləğv edilməsi və onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının ştatdankənar texniki işçi-gözətçisi vəzifəsinə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 sədri Himalay Məmişovun 17 mart 2021-ci il tarixi, **********0 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialının ştatdankənar texniki işçi-gözətçisi vəzifəsindən azad edilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz və əsassız sayır. Belə ki, o ilk dəfə adı qeyd edilən təşkilata 2014-cü ilin iyul ayında işə götürülmüşdür. İşdən çıxarılmağı barədə əmrdə onun 2020-ci ilin avqust ayının 14-də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Miidatlə Fondunun 9 saylı regional ərazi filialına ştatdankənar texniki işçi-gözətçisi vəzifəsinə təyin olunması qeyd edilsə də, lakin həmin tarix də düzgün göstərilməmişdir, çünki o sonuncu dəfə cavabdeh təşkilatla müqaviləni xx.xx.2020-ci ildə 1 illik bağlamış və əmək müqaviləsinin bitmə tarixi xx.xx.2021-ci ilədək nəzərdə tutulmuşdur. Göründüyü kimi müqavilənin müddəti bitməmiş o, əsassız olaraq işdən azad edilmişdir. O, işdən azad edildikdən sonra əmri çətinliklə əldə etdikdən sonra ona bəlli olmuşdur ki, guya ki, o, müəssisədaxili intizam qaydalarını pozduğuna görə onunla əmək müqaviləsinə xitam verilmişdir. Halbuki o, işlədiyi müddətdə hər hansı bir müəssisədaxili intizam qaydalarını heç bir zaman pozmamışdır. Nizamintizam qaydalarına daimi riayət etmişdir. Həmçinin həmin əmrdə əsas olan hallardan biri kimi onun izahatının alınması göstərilmişdir. Halbuki ondan bu barədə heç bir izahat alınmamışdır. Həmin əmr qanunsuz və əsassız olduğundan işə bərpa edilməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət edərək, İddiaçı 2(004)-4479/2022 saylı iş üzrə “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiasının iddia müddətinin keçməsinə görə rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il 14 avqust tarixli **********6 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı xx.xx.2020-ci il tarixli **********6 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon filialına ştatdankənar işçi vəzifəsinə təyin edilmişdir. İddiaçı Azərbaycan Respblikasmın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli **********0 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Sözügedən hal İddiaçı həmin tarixdə məlum olmuşdur. Belə ki, həmin tarixdən etibarən iddiaçı işə getməmiş, ona son haqq-hesab qanunvericiliyin tələblərinə uyğun olaraq ödənilmişdir. Bundan başqa, İddiaçı xx.xx.2022-ci il tarixli MSB/3-00248 nömrəli mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdehə müraciət etmişdir. İlkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixə saat 16:45-ə təyin edilmişdir. Lakin, bundan sonra iddiaçı tərəfindən hər hansı hərəkət edilməmişdir. Növbəti dəfə İddiaçı xx.xx.2022-ci il tarixli MŞB/9-00079 nömrəli mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdehə müraciət etmiş və ona Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/9-00079 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Bundan sonra İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir Daha sonra cavabdeh xx.xx.2022-ci il tarixdə yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı xxxxxxx000400 nömrəli əmək müqaviləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən xx.xx.2020-ci il tarixindən 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanılmışdır. Həmin əmək müqaviləsi həm işçi, həm də işəgötürən tərəfindən imzalanmışdır. Bundan sonra, iddiaçı N.Mərdivev Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 14 avqust 2020-ci il tarixli **********6 nömrəli əmri ilə Fondun Cəlilabad rayon filialına ştatdankənar gözətçi vəzifəsinə təyin olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş 04 dekabr 2020-ci il tarixli Əmək müqaviləsinə əlavə və dəyişikliklərə görə İddiaçı 04 dekabr 2020-cı il tarixindən 9 saylı regional ərazi filialına ştatdankənar texniki işçi-gözətçi vəzifəsinə keçirilmişdir. İddiaçı əmək müqaviləsinə əlavə və dəyişikliklərdən göründüyü kimi onun vəzifə təlimatı iş yerinin ərazisinin mühafizəsi, qıfıl və başqa bağlayıcı qurğuların, siqnalizasiyanın, telefonun sazlığının, işıqlanmanın təmin olunması, obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsi, yanğın söndürülməsi üçün tədbirlərin görülməsi, giriş-çıxış sahəsini lazımi sanitariya vəziyyətində saxlanılması və s. müəyyən edilmişdir. Buna baxmayaraq, İddiaçı heç bir əsas olmadan maddi-məişət şəraitinin müayinəsi üzrə yoxlamalarda iştirak etmişdir. Belə ki, iddiaçı barəsində vətəndaşlar tərəfindən 142 “Çağrı Mərkəzi” vasitəsilə şikayətlər daxil olmuş, şikayətlərin əsası kimi Nicat adlı əməkdaşın onların maddi-məşət şəraitinin yoxlanılmasında iştirak etdiyi və ünvanlı dövlət sosial yardım təyinatı qarşılığında vətəndaşlardan pul tələb etdiyi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 27 noyabr 2019-cu il tarixli **********3 nömrəli Əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi strukturunda çalışan dövlət qulluqçusu olmayan əməkdaşlar üçün etik davranış Qaydaları”nın 4.2.31-ci yarımbəndinə əsasən əməkdaş öz xidməti vəzifələrinin icrası ilə birbaşa bağlı olmayan xidməti məsələlərə müdaxilə etməməli, başqa əməkdaşların xidməti vəzifəsi ilə bağlı məsələlərin həllinə təsir etməyə cəhd etməməli, xidməti zərurət olmadan digər əməkdaşların icraatında olan məsələlərə və sənədlərə maraq göstərməməlidir. İşin faktiki hallarından da göründüyü kimi İddiaçı vəzifə təlimatlarında qeyd olunmadığı halda, vəzifə təlimatlarına zidd olaraq müxtəlif vətəndaşların maddi-məişət şəraitinin yoxlanılmasında iştirak etmişdir. Həmçinin, AR ƏMnin 80-ci maddəsinə görə ƏM-nin 70-ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İstinad olunan maddənin 2-ci hissəsinə görə Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Hazırki iş üzrə icraat materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı səhəri üzrə X1 Komitəsinin 16 mart 2021-ci il tarixli 09 nömrəli “X1 Təşkilatının razılığının təqdim edilməsi haqqında" yazılı qərarına görə 9 saylı regional ərazi filialının ştatdankənar texniki işçi-gözətçisi İddiaçı müəssisədaxili intizam qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia müddəti ötürüldüyündən, həmçinin əmək müqaviləsinə xitam verilməsinə dair qəbul edilmiş əmr qanuni və əsaslı olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. O, verilmiş suallara əsasən əlavə olaraq bildirdi ki, işəgötürən tərəfindən ona son haqq-hesab işdən azad edildiyi ay ödənilmişdir. Hesab edir ki, iddia müddətini ötürməmişdir, çünki əmək kitabçası onda olmasına baxmayaraq cavabdehin əmrdən çıxarışı və əmək kitabçasının ona nə vaxt təqdim edilməsinə dair sübutu yoxdur. Bundan başqa o, 2022-ci ilin yanvar ayında işə bərpa olunması ilə bağlı Mediasiya Şurasına müraciət etsə də, yanaşı olaraq idarəyə işə bərpa olunması üçün müraciət etmiş, rəhbərlik isə ona yalan vədlər vermişdir ki, işə bərpa edəcəkdir. Bu səbəbdən bir müddət məhkəməyə müraciət etməmişdir. Bundan başqa Mətin Əsgərli onu aldadaraq hədələmişdir ki, onun ümumiyyətlə məhkəməyə müraciət etmək hüququ yoxdur. Lakin sonradan o, rəhbərlik tərəfindən aldanıldığı anlamış və yenidəm mediatora müraciət etmişdir. Nəticədə mediator tərəfindən ona 06 iyun 2022-ci il tarixli cavabdehin mediasiya prossesində iştirak etməməsi barədə arayış verilmişdir. Həmçinin izahatında bildirmişdir ki, 2022-ci ilin yanvar ayında mediasiaya müraciət etdikdə onun iddia müddətini mediasiya gecikdirmişdir. Həmçinin haqq-hesabı əmri verilən ay verilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsin nümayəndəsi Nümayəndə etirazı müdafiə edərək izahatında bildirdi ki, iddia tələbi əsassız olduğundan həmçinin iddia müddəti keçdiyindən rədd edilməlidir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - əmək müqaviləsi və əmək kitabçasından müəyyən edilir ki, iddiaçı 02 iyun 2014-cü il tarixdən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsində gözətçi vəzifəsinə işə götürülmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il 14 avqust tarixli **********6 nömrəli əmrin surətindən görünür ki, İddiaçı ştatdankənar gözətçi vəzifəsinə təyin olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 sədri X3 9 saylı Regional Ərazi Filialının gözətçisi barədə şikayətin araşdırılması haqqında xidməti məruzədən müəyyən edilir ki, İddiaçı etik davranış qaydalarını pozması Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən müəssisə daxili intizam qaydalarının pozulması, habelə bu Məcəllənin 10-cu maddəsində əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi kimi qiymətləndirilmiş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 9 saylı Regional Ərazi filialının ştatdankənar texniki işçisigözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair razılıq verilməsini xahiş etmişdir. - Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı şəhəri üzrə X1 Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 sədri Himalay Məmişova 16 mart 2021-ci il tarixdə ünvanlanmış məktubdan görünür ki, məruzəyə əsasən 9 saylı Regional Ərazi filialının ştatdankənar texniki işçisi-gözətçisi İddiaçı müəssisədaxili intizam qaydalarını pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 sədri Himalay Məmişov tərəfindən imzalanmış 17 mart 2021-ci il tarixli **********0 nömrəli əmrin surətindən müəyyən edilir ki, müəssisədaxili intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı Regional Ərazi filialının ştatdankənar texniki işçisi-gözətçisi İddiaçı işdən azad edilmiş və onunla xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə 17 mart 2021-ci il tarixdən xitam verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçı 28 yanvar 2022-ci il tarixdə ünvanlanmış **********8 nömrəli məktubdan görünür ki, onunla Fond arasında 14 avqust 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən bağlanmış müddətli əmək müqaviləsinə 17 mart 2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və son haqq-hesabın aparılması təmin edilmişdir. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırma ilə məhkəməyə təqdim edilən sübutlarla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 sədri Himalay Məmişov tərəfindən imzalanmış 17 mart 2021-ci il tarixli **********0 nömrəli əmrin qanunsuz və əsassız olmasına dəlalət edən hər hansı hal aşkar edilmədi. Məhkəmə həmçinin iddia müddətinin tətbiqi ilə bağlı qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin “ç” bəndinə əsasən 17 mart 2021-ci il tarixdə xitam verilmişdir. Həmin vaxt iddiaçı bu barədə məlumatlı olmuşdur. Belə ki, o, izahatında etiraf etmişdir ki, ona son haqq-hesab işdən azad edildiyi ay ödənilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixli MSB/3- 00248 nömrəli mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdehə müraciət etmişdir. İlkin mediasiya sessiyası xx.xx.2022-ci il tarixə saat 16:45-ə təyin edilmişdir. Lakin, bundan sonra iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdir. Növbəti dəfə İddiaçı xx.xx.2022-ci il tarixli MŞB/9-00079 nömrəli mediasiya prosesinin tətbiqi barədə təkliflə cavabdehə müraciət etmişdir. İddiaçı Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/9-00079 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. İddiaçı isə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı mediasiya təşkilatına müraciət edildikdən sonra belə qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülmüşdür. Göründüyü kimi iddiaçı sonuncu xx.xx.2022-ci il tarixli mediasiya arayışını əldə etdikdən sonra belə 1 aylıq iddia müddətini ötürməklə, yalnız xx.xx.2022-ci il tarixdə işə bərpa olunmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 57-ci maddəsinə əsasən işəgötürən işçinin əmək funksiyasını - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Məhkəmə qeyd edir ki, əmək funksiyası əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. Əmək müqaviləsi üzrə öhdəliklər isə Əmək Məcəlləsinin 10-cu maddəsində sadalanmış əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; əmək qanunvericiliyinin tələblərinə əməl etmək vəzifələridir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsində isə əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar müəyyən edilmişdir. Belə ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək kimi intizam tənbehlərindən birini verə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2ci maddəyə görə həmin maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3-cü maddəyə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.6-cı maddəyə görə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. 296.7-ci maddəyə görə mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Mülki Məcəllənin 375.2-ci madəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 mart 2021-ci il tarixli **********0 saylı əmrinin etibarsız hesab edilməsi və iddiaçının işə bərpa edilməsi üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə əməl edilmişdir. Həmçinin iddia ərizəsi qanunla müəyyən edilmiş 1 aylıq iddia müddəti ötürülməklə, yəni xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qarşı "əmrin ləğv edilməsi, işə bərpa edilməsi” tələbinə dair iddia tələbi iddia müddəti keçdiyindən rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-4479/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4479/2022
04.11.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver