Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-4485/2024 18.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 34000 manat pulun və ödənilmiş 192 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının aylıq 2500 manat icarə haqqı və 10000 manat malların dəyərini ödəməyi müqabilində cavabdeh özünə məxsus olduğunu bildirdiyi marketə iddiaçını icraçı direktor vəzifəsinə işə qəbul etmişdir. İddiaçı tərəfindən cavabdehə 30000 manat malların dəyəri ödənilmişdir. Bir müddət keçdikdən sonra cavabdeh icarə haqqının aylıq 4000 manat olduğunu bildirmişdir. İddiaçı etiraz etsə də, 4000 manat icarə haqqı ödəmişdir. Ümumilikdə iddiaçı tərəfindən cavabdehə 34000 manat pul ödənilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddia tələbi üzrə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. MM-in 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki iş üzrə sübutların təqdim edilməsi məqsədilə ümumilikdə 2 (iki) hazırlıq, 1 (bir) baxış iclası keçirilsə də, iddiaçı tərəfindən iddia ərizəsində göstərilən xüsusatları təsdiq edən sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, sübutetmə funksiyası həyata keçirilməmişdir. İddia tələbi üzrə ümumiyyətlə məhkəməyə sübut təqdim edilməmiş, əsaslı mülahizələr bildirilməmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş ilk məhkəmə iclasında məhkəmə iddiaçıya tələb üzrə sübutların təqdim edilməsinin zəruriliyini bildirsə də, iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmiş, məhkəmə iclaslarında da iştirak edilməmişdir. İddia ərizəsinin tərtibatına əsasən tələbin faktiki və hüquqi əsasları belə qeyrimüəyyəndir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı, cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və s.) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlər nəzərə alınmaqla, iddia tələbi təmin edilmədiyindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən və əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 192 (yüz doxsan iki) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-4485/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-4485/2024
18.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver